Edvard Nalbandyan və Avropa İttifaqının nümayəndəsi Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalberlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparıb.
APA-nın “armtoday.info” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in açıqlamasında deyilir.
Görüş zamanı Edvard Nalbandyan ötən ay Azərbaycan və Ermənistan prezidentləri arasında Berndə keçirilmiş görüşün yekunları barədə məlumat verib.
Öz növbəsində, Herbert Zalber Avropa İttifaqının bundan sonra da ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləməyə hazır olduğunu bildirib.
Tərəflər Ermənistan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı da fikir mübadiləsi aparıblar.