Sergey Lavrov: “Mövcud sənədlər Qarabağ münaqişəsinin həllinə yardım etmir”
“Dağlıq Qarabağ danışıqlarında yeganə mövcud olan sənədlər Minsk qrupunun həmsədrləri tərəfindən hazırlanan sənədlərdir. Mənim, yaxud digər şəxsin hazırladığı hansısa sənəd yoxdur”.
Publika.az Rusiya mediasında istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmsədrlərin hazırladığı sənədlər indiyə qədər münaqişənin həllinə təsir göstərməyib: “Mövcud olan sənədlərdə münaqişə ilə bağlı nüanslar ətraflı qeyd olunmur”.
S. Lavrov əlavə edib ki, Rusiya münaqişənin sülh yolu ilə həllinə yardım etməkdə maraqlıdır.
“Biz münaqişənin nizamlanması yollarını axtaran tərəflərlə birgə yeni ideyalar axtarırıq”, – Rusiya XİN rəhbəri bildirib.