Rusiya və İran Qarabağ münaqişəsini müzakirə etdi
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada iranlı həmkarı İbrahim Rəhimpur ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Məlumatda bildirilir: "Regional gündəmin bəzi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Cənubi Qafqazdakı vəziyyətə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət yetirilib".
Virtualaz.org xatırladır ki, İran XİN-in başqa bir rəsmi nümayəndəsi bir müddət əvvəl bildirmişdi ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır.