Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

AŞPA-da Qarabağla bağlı mühüm sənəd qəbul edilmədi

Bu gün Avropa Şurası Parlament Assambleyasının plenar iclasında Azərbaycanla bağlı iki hesabatın müzakirəsinə başlanıb.

APA-nın Avropa müxbirinin xəbərinə görə, bunlardan biri AŞPA-nın Siyasi məsələlər komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, digəri isə Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olanı parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatlardır.

Məruzəçi Robert Valterin deputat mandatının vaxtı bitdiyindən, o, hazırda assambleyada təmsil olunmur və hesabatı prosedura uyğun olaraq komitənin sədri, Sosialist qrupunun üzvü, danimarkalı Mogen Yensen təqdim edib. Erməni tərəfi bu hesabatın təsdiqlənməsinə müqavimət göstərir və sənədin baxılması üçün yenidən komitəyə qaytarılmasını istəyir. Onların əsas arqumentləri məruzəçi R. Valterin assambleyada olmaması, hesabatı hazırlayarkən onun Ermənistan və Dağlıq Qarabağa səfər etməməsi və sənədin bir tərəfin mövqeyini əks etdirməsidir. Eyni zamanda, ermənilər və onların assambleyadakı tərəfdarları ATƏT-in Minsk Qrupunun bu yaxınlarda verdikləri bəyanatı xatırladaraq hesabatın assambleyada müzakirə edilməsinə öz etirazlarını bildiriblər.

Sonra xanım Militsa Markoviç “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı məruzəsini təqdim edib.

Hər iki məruzəçi ilk olaraq bu sənədlərin erməni tərəfinin etirazlarına baxmayaraq, komitələrdə qəbul olunduğunu söyləyiblər. M. Markoviç çıxışında deyib ki, 2014-cü ildə hesabatı hazırlayanda Ermənistana və Sərsəng su anbarı yerləşən bölgəyə səfər etmək istəyib, lakin erməni tərəfi onun bu səfərinin reallaşmasına əngəl yaradıb:

“Onlar bu və ya digər bəhanələr gətirərək məni qəbul etməkdən imtina edirdilər. Bundan başqa, məndən Dağlıq Qarabağın hökumət nümayəndələrinə müraciət etməyimi istəyirdilər. Yəni, heç cür məni əraziyə buraxmaq istəmirdilər”. 

Daha sonra hər iki hesabat ətrafında müzakirələr başlayıb. İspaniyalı deputat Yordi Çukla hər iki hesabatın qəbul edilməsinə çağırıb. O, AŞPA məruzəçilərinin Ermənistana və Dağlıq Qarabağa buraxılmamasının yolverilməz olduğunu vurğulayıb: “Biz burada Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi ilə bağlı danışmırıq. Burada spesifik mövzu barədə, şiddətin artması mövzusundan, onun siyasi, sosial nəticələrindən danışırıq. Bu müzakirədə əsas mövzu orada yaşayan insanların sudan məhrum edilməsidir. Bəzən suyun Afrikada, Orta Asiyada müharibə səbəbi olmasından danışırıq. Şəxsən deməliyəm ki, Minsk Qrupunun məktubunu alanda çox təəccübləndim. Bu məktubun zarafat və ya saxta bir məktub olduğunu fikirləşdim. Bu, AŞPA-nın çalışmalarını nəzərə almayan bir məktubdur”.

Bəzi deputatlar isə hesabatların qəbulunun əleyhinə çıxıblar. Bunlar əsasən sol qrupların üzvləridir.

Deputatların çıxışlarından sonra söz alan məruzəçi Militsa Markoviç ermənilərin arqumentlərinə cavab verərək, onların hesabatda "Dağlıq Qarabağın işğal edilməsi" termininə etirazlarının əsassız olduğunu bildirib və Azərbaycan ərazilərinin işğal edilməsi faktı ilə bağlı AŞPA tərəfindən qətnamə qəbul olunduğunu deyib.

AŞPA-nın Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb.

Bu gün AŞPA-nın plenar iclasında keçirilən müzakirənin sonunda hesabat tam şəkildə səsə qoyulub. Lehinə 66, əleyhinə 70 nəfər olmaqla, sənəd keçməyib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031