Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Təhlükə altında olan Azərbaycan mədəniyyəti – Qasımuşağı xalçaları

Yeraltı, yerüstü sərvətlərlə zəngin olan Azərbaycanın yaxın-uzaq qonşuları onun ərazisini hər zaman işğal etməyə çalışıb və ya işğal edilib.
 
Tez-tez döyüş meydanı olan bir ərazidə maddi və mənəvi mədəniyyəti dağıdılır, yandırılır və qarət olunur. I Şah Abbas dövründən bu yana ötmüş tarixə nəzər yetirsək görərik ki, bu gün hayların işğalı altında olan Qarabağ torpaqları müxtəlif vaxtlarda fərqli şəkildə döyüş meydanına çevrilib. Qarabağ torpağının bir parçası olan indiki Laçın rayonunun ərazisidə bu döyüşlərin məkanı olub. Nəticədə bir çox maddi və mənəvi mədəniyyət abidələri məhv olub, dağıdılıb və qarət edilib.Lakin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən bu ərazilər əvvəlki döyüşlərdən fərqli olaraq daha çox dağıntıya məruz qaldı. 
 
Haylar bu gün də Qarabağın maddi və mənəvi mədəniyyət abidələrini məhv etməklə yanaşı, onları tam “erməniləşdirilməyə” çalışırlar. Bir çox ziyalılarımız öz haqq səsini ucaltmaqla düşmənin yeritdiyi siyasətin qarşısını almaq üçün əllərindən gələni etməyə çalışırlar. Belə Vətən övladlarından birinin, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri, dəyərli ziyalı, gözəl tarixi araşdırmalar və tədqiqatlar müəllifi Faiq İsmayılovun dəstixətti bir çoxumuza yaxından tanışdır. Ömrünün gənc çağlarını Azərbaycanın, doğulduğu Laçın rayonunun inkişafına və çiçəklənməsinə sərf etmiş bu insan bu gündə bu yolda yorulmadan mübarizə aparır. Onun əsas məqsədi haylar tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində sahibsiz qalmış tarix və mədəniyyət abidələrinin məhvinə yönəlmiş antihumanist hərəkətlərini ifşa etmək, bununla da Bəşər Mədəniyyətinə erməni təcavüzünü beynəlxalq səviyyədə təbliğ etməkdir. Bunun üçün Faiq İsmayılov bəzi məlumatları digər millətlərin oxuyub yaxından tanış olması üçün xaricdə yayımlanan ingilis dilli mətbu orqanlarında çap edilməsinə nail olur. Onun növbəti yazısı – “Focus on Gasimushagi Carpets” (“Qasımuşağı xalçaları diqqət mərkəzində”) rubrikasından Gasimushagi carpets – Azerbaijan culture under threat (“Təhlükə altında olan Azərbaycan mədəniyyəti — Qasımuşağı xalçaları”) məqaləsi The European Azerbaijan Society (TEAS) jurnalının 1 yanvar 2016-cı il tarixli sayında işıq üzü görüb.
 
Yazıda işğal altında olan Qarabağ ərazisində toxuculuğun gedişi, 1750-ci ildən sonra mərkəzləşdirilmiş şəkildə inkişaf etdirilməsi xüsusi ilə vurğulanır. Burada toxuculuğun inkişafı indiki Laçın rayonunun ərazisinədə öz təsirini göstərir. Toxunan xalçaların iplikləri təmiz yundan olmaqla təbii boyalarla boyanmasından danışılır.
 
Məqalədə Laçında toxunan Qasımuşağı xalçalarının keçmiş tarixi, bu günü və gələcəyi, mənfur qonşularımız tərəfindən yaradılmış təhlükə barədə də söhbət açılır. Qasımuşağı xalçalarının istehsalı, yaranma tarixi, toxunma qaydaları, texniki xüsusiyyətləri haqqında geniş məlumat verilib.
 
Mətndə Qasımuşağı xalçalarının çeşnisinin Qasımuşağı tikmələrindən toxunduğu qeyd edilir. Xalçanın özünəməxsus xüsusiyyətləri qabardılaraq diqqətə çatdırılır. Lakinhayların işğalından sonra bu ərazilərdə "Qasımuşağı xalçaları"nın istehsalına son qoyulması, Qasımuşağı obasının əhalisi Azərbaycan Respublikasının bir çox rayon və obalarına məcburi köçkün həyatı yaşamasını söyləyən müəllif çətin bir işin öhdəsindən layiqincə gəlmişdir. Bu yazısı ilə Faiq İsmayılov təhlükə altında olan Azərbaycan mədəniyyətinin kiçik, lakin dəyərli bir hissəsi olan Qasımuşağı xalçalarını diqqət mərkəzində saxlamağa çalışmışdır.
 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031