Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI – “Tərlan”ı oynayan erməni aktyor

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
”Onu bağışlamaq olarmı?” filmi Azərbaycan kino tarixində özünəməxsus yeri və rolu olan ekran əsəridir.
Rejissor Rza Təhmasibin 1959-cu ildə çəkdiyi filmdə cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. Süjetin əsasını isə qatı cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir.
Yəqin ki, Azərbaycan tamaşaçılarının əksəriyyəti filmin baş qəhrəmanı Tərlanı  hansı aktyorun oynadığı barədə müfəssəl məlumata malik deyil. Elə isə tanış olun: Tərlan rolunun ifaçısı erməni aktyoru Qurgen Tonuntsdur. Filmdə erməni aktyorun canlandırdığı Tərlan obrazını məşhur aktyorumuz Həsənağa Salayev səsləndirib. Yeri gəlmişkən, Həsənağa Salayevin özü də bu filmdə kapitan Qüdrət rolunda oynayır.
Bəs Qurgen Tonunts kim olub?
Qurgen Ovanesoviç Tonunts tanınmış erməni mənşəli sovet kinoaktyorudur. 1922-ci il sentyabrın 2-də Tbilisidə anadan olub.

1938-1941-ci illərdə Murmansk gəmiçilik məktəbində oxuyub. Tonunts paralel olaraq yerli teatr studiyasında çalışıb. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Hərbi xidmətini Şimal donanmasındakı SKR-19 mühafizə gəmisində (“Semyon Dejnev adına buzqıran paraxod) keçib. 1942-ci il avqustun 27-də Dikson limanında alman ağır kreyseri “Admiral Şeer”lə döyüşdə iştirak edən Qurgen Tonunts yaralanıb.

Onun kino debütü 1947-ci ildə baş tutur. Həmin il erməni aktyor Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur və Lev Kuleşovun qrupunda təhsil alır. Təhsilini 1952-ci ildə başa vurur. 

1952-1956- cı illərdə Qazaxıstanın Kustanay vilayətinin Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib. 1957-ci ildən Moskvada kinoaktyorlar üçün təşkil edilən teatr studiyasında aktyorluq edib.
1957-ci ildə ilk dəfə “Şəxsən tanış olan” filmində “Kamo” rolu Qergen Tonuntsa məşhurluq  gətirir. Filmdə o, erməni inqilabçı Kamo obrazını canlandırır.

Tonunts məktəbdən sonra Murmansk Ali Dənizçilik məktəbinə gətirir. Dəfələrlə o, çətin şimal səfərlərində, “Sedov” paroxodunun buzlardan azad olunmasında iştirak edib və Dikson, Şpiçbergen, Frans-İosif torpağı adalarında, Kolımada olub. Böyük Vətən Müharibəsi zamanı Tonunç hərbi əməliyyatlarda, o cümlədən “Dejnev” buzqıran paraxodunun heyətində ağır alman kreyseri “Admiral Şeer”lə toqquşmasında iştirak edir. Bir neçə qəfil hərbi əməliyyatların keçirilməsinə rəhbərlik edib.  

Müharibədən sonra Qurgen Tonunts Gerasimov adına Ümumrusiya Kinematoqrafiya institutuna gəlir. Lev Kuleşovun qrupunda rejissorluq, Belokurovanın qrupunda isə aktyorluq dərsləri alan Qurgen aktyorluğa başlayır.

Onu 1959-cu ildə ”Azərbaycanfilm”də çəkilən “Onu bağışlamaq olarmı?” filminə çağıraraq baş rola çəkirlər. Bu, sovet ideologiyasının diqtəsi idi, Azərbaycan filmlərinə digər respublikalardan olan aktyorlardan da kimsə çəkilməliydi.

Qurgen Tonunç 1997-ci il sentyabrın 21-də Moskvada vəfat edib. Aktyor Troekurov qəbirstanlığında dəfn olunub.

Erməni aktyorun teatr rollarına gəldikdə Voyniçin “Ovod” əsərində Panşin, İvan Turgenevin “Dvoryan Yuvası”nda Panşin, Evgeni Şeremet “Kənardakı ev”, “On ikinci gecə” əsərində “Ser Tobi”, Ostrovskinin “Personal iş” əsərində Poludin rollarını ifa edib. Qurgen Tonunç Yakutiya MSSR-nın əməkdar artisti (1961), Ermənistan SSR-nin (1967) və Rusiya Federasiyasının (1993) xalq artistidir.  (modern.az)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031