Ermənilər Ağdam sakinini yaraladılar
Ağdamda mülki vətəndaş erməni gülləsinə tuş gəlib.
APA xəbər verir ki, hadisə cümə günü, yanvarın 22-si rayonun Təzəkənd kəndi ərazisində baş verib.
Ağdam rayon Güllücə kənd sakini, 58 yaşlı Fərəcov Məhəmməd Fərəc oğlu, təsərrüfatında suvarma işləri apararkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yaxınlarının verdiyi məlumata görə, həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məlum olub ki, güllə dərini zədələyib, lakin daxilə keçməyib.
Hazırda M.Fərəcovun səhhətində heç bir problem yoxdur. O, xəstəxanadan evə buraxılıb.