Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Uğursuzluq sindromu: Ermənistanın yeni çətinlikləri

2016-cı ilin gəlişi ilə erməni ekspertlər İrəvanın qarşısına çıxan problemləri geniş təhlil etməkdədirlər. Onlar bütövlükdə ölkədə vəziyyətin acınacaqlı olduğunu etiraf edirlər. Daxildə sosial-iqtisadi durumun getdikcə pisləşməsi fonunda təhlükəsizliyin təmininin də narahatedici olmasını vurğulayırlar. Bu iki aspektin bir-biri ilə sıx əlaqəsi vardır. Məsələ İrəvanın uzun müddətdir qeyri-konstruktiv, müasir geosiyasi reallığa zidd olan siyasət yeritməsi ilə bağlıdır. Bu kontekstdə Ermənistan rəhbərliyi kifayət qədər zavallı vəziyyətə düşmüş kimi görünür. Ekspertlər qeyd edirlər ki, hazırkı situasiyada hakimiyyətin xilas yolu yoxdur. O, nə Avrasiya İqtisadi İttifaqında uğur qazana bilir, nə də Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək qüdrətinə malikdir. Bu dilemma nə qədər davam edə bilər? Ümumiyyətlə, Ermənistanın geosiyasi çıxış yolu varmı?

Seçim kasadlığı: İrəvanın tarixi səhvi

Ermənistanın iqtisadi və təhlükəsizlik aspektlərində kifayət qədər ciddi risklərlə üz-üzə qaldığı barədə erməni mütəxəssislər son zamanlar tez-tez danışırlar. Bu qənaətə onlar ölkədaxili vəziyyətlə yanaşı, beynəlxalq miqyasda gedən geosiyasi proseslərin də təhlili əsasında gəliblər. Burada yeni bir fikrin irəli sürülmədiyi aydındır, lakin maraqlısı odur ki, artıq reallığı Ermənistanın özündə də etiraf etməyə başlayıblar (bax: məs., Роза Ованнисян. Армении придется снова выбирать / Lragir.am, 7 yanvar 2016).

Yaranmış vəziyyətin kökündə iki məqamın dayandığını düşünürük. Onlardan biri İrəvanın illərdir ki, yürütdüyü qeyri-konstruktiv xarici siyasət kursu ilə bağlıdır. Erməni mütəxəssislər də hesab edirlər ki, birtərəfli mövqe tutmaq ölkəni çoxlu sayda çətinliklərlə qarşı-qarşıya qoydu. İqtisadçı Aşot Yegizaryan hesab edir ki, Avrasiya İqtisadi İttifaqına daxil olmaqla Ermənistan iki sferada tənəzzülə uğradı. İqtisadiyyatda xarici ticarət dövriyyəsi azaldı, daxili istehlak aşağı düşdü, bir sıra sahələrdə isə geriləmə qeydə alındı (bax: əvvəlki mənbəyə).

Bununla yanaşı, təhlükəsizliyin təminində də problemlər yarandı. O cümlədən Ermənistan yeni risklərlə üzləşdi (bax: əvvəlki mənbəyə). Məsələnin bu tərəfini ekspertlər qlobal siyasətdə özünü göstərən ikinci bir məqamla əlaqələndirirlər. O, yeni dünya nizamının formalaşması prosesindən qaynaqlanır. Həmin aspekti A.Yegizaryan belə xarakterizə edir: Belə görünür ki, inkişaf zonaları formalaşır, məsələn, Transatlantik əməkdaşlıq kimi, dünyanın digər hissələrində isə əyalət adlana biləcək zonalar cızılır (bax: əvvəlki mənbəyə).

İqtisadçının fikrinə görə, inkişaf zonaları ABŞ-ın rəhbərliyi ilə formalaşan yeni dünya nizamı daxilində yerləşir, geridə qalan əyalətlər isə siyasi və hərbi cəhətdən qeyri-stabil olan, texnoloji ləngliyi ilə seçilən ərazilərdir. Avrasiya İqtisadi İttifaqı da məhz əyalətdə qalan hissəyə aiddir. Ermənistan məhz ikinci variantı seçdiyindən o, perspektivli yeni dünya nizamı çərçivəsindən kənarda qalmış olur (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, Ermənistan inkişaf istiqamətini itirib. Onun bu vəziyyətdən çıxması üçün, erməni ekspertin fikrinə görə, Avropa İttifaqı ilə əlaqələri dərinləşdirməsi gərəkdir. Ancaq bu istiqamətdə İrəvan müəyyən yerə qədər – daxil olduğu Avrasiya İqtisadi İttifaqının maraqları sərhədinədək irəliləyə bilər. Elə bir məqam gələcək ki, İrəvan iki yoldan birini seçməli olacaq – ya Qərb, ya da Rusiya. Bunu isə Ermənistan rəhbərliyi edə bilməyəcək. Çünki o, müstəqil deyil, xarici siyasəti kənar qüvvədən tam asılıdır və Dağlıq Qarabağ problemini həll etmək iqtidarında deyil.

Bunlar aydın göstərir ki, Ermənistan, faktiki olaraq, dilemma qarşısında qalıb: bir tərəfdən, sivil dünyanın yeni nizamlılıq səviyyəsinə keçməkdə olduğunu dərk edir, digər tərəfdən də indiyə qədər həyata keçirdiyi xarici siyasət strategiyasının dalana dirəndiyinin fərqindədir. İrəvan üçün ağlamalı (A.Yegizaryan) vəziyyətin mahiyyəti ondan ibarətdir ki, belə mürəkkəb və təhlükəli məqamda belə, Ermənistan hakimiyyətinin seçim etmək cəsarəti yoxdur. Bu səbəbdən ölkənin qeyri-müəyyən geosiyasi zonaya qədəm qoyduğu haqqında nəticə çıxarmaq olar.

Günahkarın kənarda axtarışı: siyasi şüurun korluğu

Maraqlıdır ki, Ermənistanın özünü ağır bir duruma salması fonunda, onun qonşu dövlətlərlə münasibətlərini necə qurmalı olduğu barədə dəqiq təsəvvürlər yoxdur. Erməni ekspertlər hətta ən yaxın müttəfiqləri saydıqları Rusiyanı belə ciddi tənqid atəşinə tutur, Moskvanın Bakı ilə əlaqələrini inkişaf etdirməsini özlərinə qarşı təhlükə sayırlar. Onlar hesab edirlər ki, Azərbaycana Rusiya silah satırsa, Ermənistanla müttəfiqliyinə xəyanət etmiş olur (bax: Акоп Бадалян. Как Москва приблизила Кавказ к войне / Lragir.am, 6 yanvar 2016). Moskva, əslində, Türkiyə ilə münasibətlərinin kəskinləşməsi fonunda Ermənistana ən yeni silahlar verməli və Azərbaycandan kənarda durmalıdır.

Əgər Türkiyə-Rusiya gərginliyi uzun müddət davam edəcəksə və Kreml İrəvanı silahla təmin etməyəcəksə, o, öz dostluq vədlərinə dönük çıxmış olacaq. Görünür ki, ermənilər hələ də köhnə siyasi təfəkkürlərinin əsiri olaraq qalırlar. Onlar dövlətlərarası münasibətlərə daha çox silahlanma prosesi kontekstində qiymət verirlər. Açıq görünür ki, İrəvanda Azərbaycanın hərbi qüdrətinin sürətlə artmasından narahatdırlar. Bunu özlərinin silahlanması ilə kompensasiya etməyə çalışırlar. Günahkarı isə adəti üzrə kənarda axtarırlar.

Reallıqda Azərbaycanın hərbi uğurları kompleks surətdə illərdir aparılan uğurlu siyasətin birbaşa nəticəsidir. Burada nə Rusiyanın, nə də bir başqa qonşu dövlətin günahı yoxdur. Moskva hansı səbəblərdən Cənubi Qafqazın ən perspektivli ölkəsi ilə əməkdaşlığını inkişaf etdirməməlidir. Yaxud nəyə görə Azərbaycanla əməkdaşlıq birbaşa Ermənistana xəyanət anlamına gəlməlidir? İrəvanın bu birtərəfli və xoflu mövqeyi onun öz başında çatlamaqdadır.

Digər tərəfdən, Türkiyə-Rusiya münasibətlərini daima düşmənçilik müstəvisində görmək ermənilərin öz ümummilli arzularıdır. İki böyük dövlət isə mütləq əməkdaşlıq müstəvisinə çıxacaqlar. Çünki dünya miqyasında geosiyasi proseslərin məntiqi bunu tələb edir. Bəlkə də Ermənistan rəhbərliyini narahat edən bu perspektivi görməklə bağlıdır. Onlar bulanıq suda balıq tutmaq sevdalarının puça çıxdığını hiss etməkdədirlər.

Bunu digər bir məqamla da izah etmək mümkündür. Erməni KİV-i narahatlıqla yazır ki, Ukrayna və Gürcüstanla Avropa İttifaqı viza rejimini aradan qaldırmağa hazırlaşır. Avropa Komissiyası son hesabatında hər iki ölkədə lazım olan dəyişikliklərin aparıldığını bildirib. Faktiki olaraq, Aİ-nin sərhədləri Ermənistana gəlib çıxır. Nəzərə alsaq ki, Türkiyə ilə də viza rejiminin aradan qaldırılması Brüsselin gündəmindədir, o zaman İrəvanın hansı çətinliyə düşdüyünü təsəvvür etmək mümkündür. Ermənistan özünü bu proseslərdən kənarda qalan və çıxış yolu olmayan zavallı ölkə kimi hiss edir.

Onun İranla da əməkdaşlığı inkişaf etdirmək imkanlarına erməni ekspertlər şübhə ilə yanaşırlar (bax: məs., Акоп Бадалян. Новый год и газ через Армению / Lragir.am, 5 yanvar 2016). Çünki İranla istənilən əməkdaşlıq proqramına Kreml ciddi nəzarət edir. Hətta bu ölkədən çəkilməli olan qaz kəməri də Qazpromun marağı daxilində aparıla bilər. Deyək ki, Rusiyanın şirkəti İrandan Ermənistan ərazisində qaz alacaq, ancaq Gürcüstandan öz qazını Avropaya satacaq. Bir sözlə, faktiki olaraq, təbii qazın mübadiləsi baş verməlidir. Təbii ki, Ermənistan bu əməliyyatlardan heç nə qazana bilmir (bax: əvvəlki mənbəyə).

Ermənistanın acizliyini göstərən başqa bir məqam ABŞ prezidenti Barak Obamanın Azərbaycanın dövlət başçısını Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsinə göstərilən münasibətdə öz ifadəsini tapıb. Bunu ermənilər Azərbaycan rəhbərliyinə göstərilən hörmət və ölkəmizin beynəlxalq aləmdə təhlükəsizliyə töhfəsinə verilən yüksək qiymət kimi qəbul edə bilmir, müxtəlif arqumentlər gətirməklə İrəvanın siyasi fiaskosunu ört-basdır etməyə çalışırlar (bax: məs., Наира Айрумян. Обама пригласил Алиева в Вашингтон / Lragir.am, 6 yanvar 2016).

Həmişə olduğu kimi, indi də dünyada geosiyasi vəziyyət gərginləşdiyindən, İrəvan təlaş içindədir. Erməni ekspertlərin yuxarıda şərh etdiyimiz fikirlərindən də göründüyü kimi, Ermənistan rəhbərliyini daha çox onları heç kəsin ciddiyə almaması narahat edir. Bunun günahı özlərindədir, çünki müstəqil siyasət yeridə bilmirlər. Ermənistan üçün ən yaxşı çıxış yolu, nəhayət, empatiya etməsində, yəni öz daxilinə nəzər salmasında ola bilər. Təbii ki, əgər buna qabiliyyəti çatırsa!

metbuat.net

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031