Gözlənilən qatar artıq Azərbaycanda
Ukrayna – Gürcüstan – Azərbaycan – Qazaxıstan – Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən eksperimental konteyner qatarı artıq Azərbaycandadır.
Bu barədə məlumatı ANS PRESS-ə Azərbaycan Dəmir Yolları QSC -nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. Onun sözlərinə görə, qatar səhər saat 05:30 radələrində Azərbaycana daxil olub.
"06:10 -da isə Böyükkəsir dəmiryolunda qatarını qəbul etmişik. Bir saat bundan əvvəl qatarGəncə istiqamətində hərəkətdə idi.Çox güman ki artıq başqa marşurtula hərəkət edir.Bakiya isə təxminən saat 17:00-18:00-də çatacaq."
Nadir Əzməmmədov – Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri
Ukrayna yanvarın 15-də bərə keçidləri və quru yolu daxil olan Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət eksperimental qatarı yola çıxarıb. Qatar Gürcüstan limanına çatan zaman heç bir texniki nasazlıq müşahidə olunmayıb. Qatarın Qazaxıstan-Çin sərhədində “Dostık” stansiyasına qədər məsafəni 11-12 günə qət edəcəyi gözlənilir.
Yüklə doldurulmuş qatar daha sonra Çin tərəfdən geriyə hərəkət edərək Azərbaycana qayıdacaq.
Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu