Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

ATƏT-in sədri: “Gərginliyin artması heç kimə sərfəli deyil”

Trend-in ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə müsahibəsi.

– Almaniya və Azərbaycan arasında mövcud ikitərəfli siyasi əlaqələri necə qiymətləndirirsiniz? Almaniyanın yaxın gələcəkdə Azərbaycanla əlaqələrdə əsas prioritetləri nələr olacaq?

Bizim üçün enerji resursları ilə zəngi olan Azərbaycan strateji Cənubi Qafqaz və Xəzər dənizi regionunda vacib tərəfdaşdır. 2015-ci ildə iqtisadi əməkdaşlığımız artdı və bu təkcə Almaniyanın Azərbaycandan xeyli həcmdə neft almasına görə deyil. Almaniya-Azərbaycan Ticarət Palatası çox fəaldır.

Bundan başqa, biz mədəni və humanitar mübadilimizin genişləndirilməsində maraqlıyıq. Bizim səfirlik və Almaniyanı Kapelhaus mədəniyyət mərkəzi çoxlu mədəni tədbirlər, konsertlər və sərgilər keçirir. Azərbaycanın 9 məktəbində birinci xarici dil kimi alman dili tədris edilir və bizim azərbaycanlı tələbələr üçün bir neçə stipendiyamızı da var.

Bunların hamısı ikitərəfli əməkdaşlığımızın vacib vektorlarıdır və biz bundan sonra da onları inkişaf etdirmək niyyətindəyik. Biz istəyirik ki, Azərbaycan regionda sabitliyin vacib elementi olsun.

– Almaniya bu il ATƏT-də sədrlik edəcək. ATƏT ərazisində davam edən münaqişələri diqqətə alaraq Almaniya hansı formada Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllinə və sülh sazişi üzərində işə başlamağa yaxınlaşdıra bilər?

Sədrliyimizin əsas istiqaməti dialoq və etimadın bərpa edilməsi, eləcə də təhlükəsizliyin bərqərar edilməsidir. Biz ATƏT çərçivəsində regional münaqişələrin həllinin tapılması cəhdlərinə aktiv diqqət yetirəcəyik. Lakin biz ATƏT-i açıq və konstruktiv dialoq üçün platforma kimi də inkişaf etdirmək istəyirik. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, düşünürük ki, bu yaxınlarda müşahidə etdiyimiz gərginliyin artması heç kimə sərfəli deyil. Buna görə də ATƏT-in sədri kimi ATƏT-in Minsk qrupunun münaqişənin həlli işində səylərini dəstəkləyəcəyik. Bu, bütün regionun sabitliyi üçün çox vacibdir və biz hər iki tərəfin konstruktiv yanaşmasına ümid edirik.

– Almaniya ATƏT-in sədri olaraq Türkiyə ilə Rusiya arasında gərgiliyin azaldılmasına necə köməklik göstərə bilər?

Türkiyə ilə Rusiya beynəlxalq cəmiyyətin və ATƏT-in mühüm üzvləridir. Hər iki dövlət regionda sülhün və sabitliyin təmin olunmasında böyük məsuliyyət daşıyır. Bu ölkələr həmçinin Suriyada vətəndaş müharibəsinin qarşısının alınması, eləcə də İŞİD-ə qarşı mübarizədə beynəlxalq səylərdə mühüm rol oynayır. Buna görə də biz Türkiyə və Rusiyanı ikitərəfli münasibətlərdə yaranmış böhrandan konstruktiv çıxış yolları tapmağa çağırırıq.

– Hazırda Avropada qaçqın böhranı yaşanmaqdadır. Sizin fikrinizcə, bu böhrandan çıxış yolları hansılardır?

– Böyük sayda qaçqınlar bizim ölkələrimiz və cəmiyyətlərimiz üçün böyük sınaq və çağırışdır və biz bu məsələləri təcili həll etməliyik. Əlbəttə biz sərhədlərimizin müdafiəsinin təmin edilməsi üzərində iş aparmalıyıq. Biz bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq edirik. Və biz əlimizdən gələni edirik ki, Suriyadakı vətəndaş müharibəsi kimi insanları öz ölkələrini tərk etməyə məcbur edən münaqişələrin həlli tapılsın. Bu o deməkdir ki, biz qaçqın probleminin yaranma səbəblərini aradan qaldırmalıyıq. Heç bir ölkə təklikdə bu problemi həll edə bilməz və bu istiqamətdə yekdil bir qərar yoxdur. Ona görə də biz həm Avropa daxilində, həm də Avropadan kənarda xarici tərəfdaşlarımız ilə birgə hərəkət etməliyik.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031