Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Mehmandarovlar soyunun musiqiçi davamçısı

“Dirijorluq sənətində özümü sınamaq qərarına gəldim. Öz-özümə dedim ki, bir şey alınmasa, daha heç zaman bu sənətlə maraqlanmayacağam”.

Mustafa Mehmandarov ölkəmizdən kənarda təhsil alan istedadlı gənclərimizdəndir. Vyana Konservatoriyasının dirijorluq fakültəsində oxuyur. «Xəzər virtuozları» kamera orkestrinin bədii rəhbəri və dirijorudur. Bir sıra beynəlxalq uğurlara imza atıb.

– Mustafa bəy, siz məşhur Mehmandarovlar soyundansınız. Soyunuz, özünüz haqqında dilinizdən eşitmək istərdik.
– Ulu babam Kərim bəy Mehmandarov Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, «Difai» təşkilatının Şuşa şöbəsinin sədri olub. O, Azərbaycanın ilk alitəhsilli həkimlərindəndir. Məşhur general, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Səməd bəy Mehmandarovun əmisi oğlu olub.
Mən 1992-ci ildə Bakıda dünyaya göz açmışam. 1998-2009-cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Orta İxtisas Musiqi Məktəb-Studiyasında mərhum professor Bayandur Mehdiyevin sinfində skripka üzrə təhsil almışam. Sonra ixtisas müəllimim professor Zəhra Quliyeva olub. 2009-2013-cü illərdə Bakı Musiqi Akademiyasında təhsilimi davam etdirmişəm. 2007-ci ildə Bolqarıstanda keçirilən beynəlxalq müsabiqədə II yeri tutmuşam. 2011-ci ildə Lüksemburqda keçirilən beynəlxalq müsabiqədə qızıl medal və laureat adını qazanmışam. 2012-ci ildə İtaliya və Avstriyada düzənlənən beynəlxalq yarışmada birincilik əldə etmişəm. İndi «Caspian Virtuoses» («Xəzər virtuozları») kamera orkestrinin bədii rəhbəri və dirijoruyam.
– TÜRKSOY Gənclik Orkestrinin də üzvüsünüz. Orkestr haqqında nə deyə bilərsiniz?
– 2010-cu ildə TÜRKSOY təşkilatının gənc musiqiçilərdən ibarət kamera orkestri yaratdığını öyrəndim. Mən və iki həmkarım bu layihədə iştirak etmək üçün təklif aldıq. Böyük sevinc və maraq hissi ilə Ankaraya yola düşdük. Bizi orada yüksək səviyyədə qarşıladılar. TÜRKSOY-un bu layihəyə ayrıca diqqət göstərdiyini qeyd etmək gərəkdir. Təşkilatın baş katibi Düsen Kaseinovun bizə dəstəyi, qayğısı və nəzarəti ilk gündən hiss olunurdu. Onu da deyim ki, Düsen bəy də musiqiçidir, peşəkar skripkaçıdır. Onun musiqiçi olmağı, bu layihənin uğurlu alınmasına gətirib çıxardı.
Orkestrin dirijoru Qazaxıstanın Almatı Konservatoriyasının professoru Ənvər Əkbərovdur. Onunla çalışmaq bizim üçün hər zaman xoş olur. Ümumiyyətlə, kollektivimiz çox mehribandır. Orkestrimiz bir ailə kimidir. Bütün türk ölkələrindən gənc musiqiçiləri bir araya yığmaq çox maraqlı və faydalı oldu. Burada dünya şöhrətli bəstəkarların əsərləri ilə yanaşı, türk ölkələrində artıq klassiklərə çevrilmiş bəstəkarların əsərləri ilə də tanış oluruq. Sevinirəm ki, orkestrin repertuarında dahi bəstəkarlarımız Fikrət Əmirov, Qara Qarayev və Niyazinin əsərləri var. Bir çox uğurlu konsertlərimiz, xarici səfərlərimiz olub.
– Vyana Konservatoriyasının dirijorluq fakültəsində təhsil alırsınız. Belə nüfuzlu məktəbdə oxumaq hər kəsə nəsib olmur…
– Məndə dirijorluq sənətinə olan ciddi maraq, tələbəlik illərində başladı. Bu sənət maraqlı olmasına baxmayaraq, çətin və məsuliyyətlidir. Burada insanın bir çox xüsusi keyfiyyətləri olmalıdır. Beləliklə, özümü sınamaq qərarına gəldim. Öz-özümə dedim ki, bir şey alınmasa, daha heç zaman bu sənətlə maraqlanmayacağam. Belə demək olarsa, mənim birinci “imtahan”ım TÜRKSOY Kamera Orkestri ilə baş tutub. Bizim orkestr Almaniyanın cənubunda yerləşən Bayroyt şəhərində gənc musiqiçilər festivalında iştirak edirdi. Plan üzrə iki konsert olmalı idi. Birinci konsertimiz uğurla keçdi. İkinci konsertdən bir gün qabaq Ənvər bəy müəyyən səbəblərə görə konsertdə iştirak etməyəcəyini dedi. Orkestrin üzvləri qərara gəldilər ki, bu konsertə mən dirijorluq edim. Bunu gözləmirdim və doğrusu, çəkindim. Sonra düşündüm ki, əvvəl-axır özümü sınamalıyam. Əlbəttə, böyük həyəcanla səhnəyə çıxdım. Konsert çox uğurla keçdi. Bundan sonra bir-iki dəfə də özümü sınamaq üçün şansım oldu.
Mənim üçün ən əsas sınaq isə görkəmli dirijor, maestro Rauf Abdullayevin rəhbərliyi altında olub. Onun mənə verdiyi dirijorluq dərsləri, fikir və düşüncələri həyatımda böyük rol oynadı. Bu son sınaqdan uğurla çıxdığım üçün artıq Vyanadakı imtahanlara yollandım. Vyana Konservatoriyasının opera-simfonik dirijorluğu fakültəsinə daxil oldum. Hazırda burada təhsilimi davam etdirirəm.
– Vyana orkestri dünyada ən məşhur orkestrdir. Onlarla əlaqən varmı?
– Vyanada dünyaca məşhur iki simfonik orkestr var. Vyana Filarmonik Orkestri və Vyana Simfonik Orkestri. Bu kollektivlərin, xüsusilə Vyana Filarmonik Orkestrinin zəngin musiqi tarixi var. Bu orkestrlərlə çıxış etmək dünya şöhrətli dirijorlar, ifaçılar üçün böyük fəxrdir. Hələlik mənim bu kollektivlərlə əlaqəm yoxdur. Haçansa bu arzuma çatacağıma inanıram.
– Rəhbərlik etdiyiniz kamera orkestri haqqında nə deyə bilərsiniz?
– 2015-ci ilin fevral ayında Vyanada mənim təşəbbüsümlə «Xəzər virtuozları» kamera orkestri yarandı. Bu orkestrin başlıca xüsusiyyəti onun tərkibi və repertuarındadır. Orkestrdə bir çox ölkələrdən olan musiqiçilərlə yanaşı, Avropanın müxtəlif ölkələrində təhsil alan və çalışan istedadlı həmvətənlərimiz də toplaşıblar. Hər zaman çalışıram ki, yaddan çıxan, unudulan və yaxud hansısa səbəblərə görə ifa olunmayan əsərləri repertuara daxil edim. Bununla yanaşı, yeni, xüsusən Azərbaycan bəstəkarlarının əsərlərini ifa etməyi özümə borc bilirəm. Bilirsiniz, bunu mən etməsəm, hansısa əcnəbi musiqiçi edən deyil. Hesab edirəm ki, bütün azərbaycanlı musiqiçilər belə etməlidirlər. Əlbəttə, keyfiyyət yüksək səviyyədə olmaq şərti ilə.
«Xəzər virtuozları»nın ilk konserti Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində oldu. Sonra biz Slovakiyanın paytaxtı Bratislavada Slovak Filarmoniyasında çıxış etdik. Vyanada son konsertimiz də uğurla keçdi. Çox istərdim ki, haçansa Bakıda da konsertimiz olsun.

S.Soltanlı

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031