Ermənistanda “donuz qripi”dən daha 2 nəfər öldü
Bu gün Ermənistanda “donuz qripi” ( H1 N1) virusundan daha iki nəfər dünyasını dəyişib.
Xəbəri Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anahit Haytayan təsdiqləyib.
A.Haytayanın sözlərinə görə, ölən iki nəfər qadın olub və onlar vaxtında müalicəyə müraciət etmədikləri üçün ağır vəziyyətdə olublar.
Qeyd edək ki, bununla Ermənistanda donuz qripindən ölənlərin sayı 18- ə çatıb.(lent.az)