Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağ qazisi: “BMP-nin içində sağ qalan ermənini güllələdik…”

Reportajımız 12 iyun 1993-cü il Mərzili kəndində erməni UAZ-nı və daha sonra elə həmin döyüş meydanından çıxıb Mərzilinin girişində erməni tankını vuran və gəlib yenidən yaralıları oradan çıxaran Əsədov Fərrux haqqında olacaq.

Əsədov Fərrux Nəsrəddin oğlu. Yevlax rayon Borçalı kəndində doğulub. Sovet ordusunda xidmət edib və onun sıralarını yarımçıq tərk edib. Könüllü olaraq Azərbaycanda orduya yazılıb. 10-15 gün Qaradağda təlim keçildikdən sonra Ağdama göndərilib. Ağdamda Nail Kazımovun komandiri olduğu 864 saylı hərbi hissəyə düşüb. Vəzifəsi piyadaların döyüş maşınında (BMP) atıcı olub. 1996-cı ilin iyununa qədər hərbi xidmətdə olub. Bir dəfə başından güllə yarası alıb. Başından yaralanan gün də minaya düşüb. Yaralarına baxmayaraq Fərrux hələ də əlillik dərəcəsi ala bilməyib.

Fərrux Əsədovla yaşadığı Mingəçevir şəhərində görüşürük. Fərruxa 12 iyun 1993-cü il Mərzilidəki döyüşlə bağlı danışacağımızı deyəndə, cavab verdi ki, əşşi, o adi bir döyüş idi, ondan daha qanlı döyüşlərimiz olub. Ancaq həmin döyüşün başqaları tərəfindən adlarına çıxıldığını deyəndən sonra Fərrux o döyüşü detalları ilə danışacağını bildirdi.

Aldadıcı düşmən manevri və Mərzilidə başa çatan oyun

"Səhər alatoranlıq idi. Həyəcan siqnalı verildi. Batalyondan çıxanda Xəyal Məmmədov hospitaldan qayıdırdı. Soruşdu ki, hara gedirsiniz? Dedik, ermənilər Ağdama hücum edib, köməyə gedirik. Mən də gedirəm deyib, oturdu "BMP -"ə.

Biz Uzundərə yoluna çatanda gün çıxdı. Əvvəl Ağdama getdik. Oradan bizə xəbər gəldi ki, geri qayıtmaq lazımdır. Gəldik Ağdamın Novruzlu kəndinə. Oradan Mərzili kəndinə keçmək istəyirdik, ancaq qoyun sürüsü, traktorlar, iribuynuzlu heyvanlar imkan vermirdi körpünü keçək. Rizvan qışqır bağır salandan sonra yolu açdılar, körpünü keçdik. Körpünü keçib Mərzili istiqamətində dayandıq. Orada bizdən başqa digər batalyonların da uşaqları var idi. Orada böyük qrup yaratdılar. Qoşunun çox hissəsini Yusifcanlıdan Qiyaməddinliyə köməyə göndərdilər. Biz ora çatanda Qiyaməddinlidə atışma gedirdi. Tanklarla Qiyaməddinlini ermənilər vururdu. Oradakı söhbətləri dəqiq eşitmədim, oturmuşdum yerimdə. Bir onu bildim ki, Rizvan dedi, gedirik Mərziliyə. BMP ekipajından əlavə 6 nəfər əsgər də özümüzlə götürdük. Mərziliyə çathaçatda Rizvanla ekipajdan olmayan əsgərlərdən biri BMP-dən düşüb kəşfiyyata getdi. Biz dayanmışdıq. Aradan 10 dəqiqə keçəndən sonra Rizvan əl elədi. Mexanikimiz Əkə (Akif) "BMP"-ni birbaşa kəndin içərisinə sürdü. Rizvangili götürmədik. Kəndin içərisində dayanmadıq. Birbaşa kəndin digər başına getdik. Ergi düzündən Mərzili kəndinə girəcəkdə dayandıq. Bir müddət sonra Rizvanla yanındakı əsgər də gəlib çıxdı. Əsgərin adını bilmirəm, ona görə ki, biz "BMP" tağımı idik, onlar isə piyada. Onlarla bir-birimizi ancaq üzdən tanıyırdıq. Rizvan gəldi. Hərəyə bir yer göstərdi ki, orada dayanaq. Özümüzə əla mövqe seçmişdik. Rizvanla radistimiz Elfaq yaxındakı evlərdən birinin üstünə çıxdı. Ətrafı müşahidə edib dedilər ki, Qiyaməddinlidən ermənilər çıxıb gəlir. Mərzilidə nə erməni var idi, nə də bizimkilər. Əgər kimsə olsa idi, mütləq "BMP"nin səsi çıxardı.

Yarım saatdan çox olardı ki, mövqeyimizdə dayanmışdıq. Bir onu eşitdim ki, hamı "su", "su" qışqırdı. Suya görə uşaqlar mövqelərini tərk etdilər. Hamı su içməyə getdi. Su içməyə düşmədim. "BMP"nin üstündə oturmuşdum. Ayaqlarımı da lyukdan içəri sallamışdım. Mexanikimiz Əkə də (Akif) düşdü. Xəyal isə ekipaj komandirinin yerində oturmuşdu. Yolun kənarındakı döngədə arx var idi, Əkə (Akif) gedib orada oturdu, ayağını arxın içərisinə salladı. Aradan 2-3 dəqiqə keçməmiş bir də gördüm qabağımda UAZ dayandı.

– UAZ-ın gəldiyini uzaqdan görmədin?

– BMP işlək vəziyyətdə olduğu üçün səsdən UAZ-ın gəlməyindən xəbərim olmayıb. "UAZ" düz qabağımda dayandı. BMP-nin puşkasını isə yola tərəf tutmuşdum ki, dedilər erməni tankı gəlir, tank yolda görünən kimi onu vurum. UAZ dayanan kimi içərisində olanlar düşdü aşağı. Düşən kimi onlar avtomatı Əkənin (Akif) üstünə tutdular. Əkə oturdu, təzədən ayağa qalxdı. Onlar Əkəyə nəsə deyirdilər, ancaq eşitmirdim. Bu məqamda yavaş-yavaş lüləni UAZ-ın üstünə tərəf fırlatdım. Ermənilərin başı Əkəyə qarışmışdı, bu zaman gördülər ki, "BMP"nin lüləsi onların üstünə tərəf fırlanır. Həmin məqamda avtomatı çevirdilər mənə tərəf və atəş açmağa başladılar. Atdıqları güllələr lyuka dəydi, özümü tulladım atıcı yerinə. Özümü cəmləyib pulemyotdan 4-5 güllə atdım. Pulemyotdan əlimi çəkib "UAZ"a bir mərmi atdım. "UAZ"a nə oldu onu bilmədim. Ardınca saçmalı mərmi ilə yolun kənarındakı dirəyə atəşə açdım. Həmin zaman ortalıqda olan hər kəs qaçdı. Bilmədim kimə dəydi, nəyə dəydi, bir onu bilirəm hər tərəf toz-duman idi. Üçüncü mərmini qoydum. Gördüm divarın arxasından baş çıxıb, üçüncü mərmini də ona atdım, orada olan kim idisə onun tikəsi də ələ gəlməzdi. Üçüncü mərmini atan kimi gördüm "BMP" tərpəndi. Qorxu canımı aldı. Fikirləşdim ki, ermənilər "BMP"yə mindi, əsir düşdüm. Ekipaj komandirinin yerində oturan Xəyal da tamam yadımdan çıxıb. Avtomatımı da Rizvana vermişəm, yanımda ancaq qumbara var. Üstündə də "R" yazılmışdı. Qumbara Rizvanın idi, ona görə də, üstünə "R" yazmışdı.

Əsirlik qorxusu və intiharın bir addımlığında

Həyatda ən qorxduğum şey əsir düşmək idi. Qumbaranı əlimdə hazır tutmuşam, BMP-ni və özümü partlatmaq istəyirəm…

Birdən elə bil kimsə dedi, əyil içəri bax. Əyilib baxdım ki, "BMP"dəkilər öz uşaqlarımızdır. Mexanikimiz Əkə də özünü necə itiribsə, "BMP"ni yavaş-yavaş döndərir, halbuki, onu bir hərəkətlə də döndərmək olardı. Həmin yerdən aralandıq, bir xeyli getmişdik, ya idarə idi, ya da məktəb, onun həyətində dayandıq. Hər tərəf ağaclıq idi. "BMP"ni elə yerə vermişik ki, kənardan görsənmir. Həmin ərazidən 50-60 metr irəlidə çay var idi. Orada mexanik Əkəyə qışqırdım ki, yerə düşmə. Əkə məni eşitmədi, yenə yerə düşdü. Mən də oturmuşam "BMP"nin üstündə, ayağımı lyukdan içəri sallamışam. Fikrim qalıb Rizvangilin yanında. Bu məqamda "BMP-2" gəldi. Əkə onlara yol göstərdi ki, bizimkilər haradadır. Gördüm çayın o tərəfindən tank gəlir, üstündə də 13-15 nəfər adam var. BMP-nin üstündə oturub, ayağımla lüləni tanka tərəf fırladıram. Elə bilirəm ki, tank bizimkidir. Ancaq hər ehtimala qarşı tankı nişan almışam. Tank oradan körpünü keçib bizim üstümüzə gəlməlidir, biz yolun kənarında dayanmışdıq. Mexanikimiz Əkə "UAZ"ın yanında o qədər qorxmuşdu ki, tankı görəndə "BMP"yə minmək əvəzinə onun yanına uzandı. Xəyal da komandirin yerində oturmuşdu. Tank körpünü keçəndə gördüm çayın yanı ilə-yolla bizim briqadanın tırtıllı qoşqu maşını gəlir. Qoşqu maşınının yanından "UAZ" keçdi, o "UAZ"da briqadanın idi. Elə bu məqam tank qoşqu maşınını vurdu. Maşın alışıb yandı. Sonradan eşitdim ki, qoşqu maşınının içərisində 3 nəfər yanmışdı, yananlardan biri qız olub.

"O ərazidə heç bir canlı sağ qala bilməzdi"

Tank körpüyə çatdı, üstündəkilər yerə tökülüşüb UAZ-ı atəşə tutdu. Dəqiq bildim ki, bizim zabitlər idi. 3 zabitimiz şəhid oldu…

Tank bizim qoşqu maşınını vurduğuna görə tam əmin oldum ki, ermənilərindir. "BMP-1"in mərmisi tanka o dərəcə təsir etmir. Ancaq tankın zəif yerləri var. Tankın əsas zəif yerlərindən biri qülləsidir. Qüllənin arasını nişan alıb, atəş açdım. Toz-duman qopdu, ikinci mərmini də atdım. Ermənilər hamısı tankın qabağında dayanmışdı. Onların ortasından tankı yenə vurdum, bu dəfə saçmalı mərmi ilə atəş açdım. Keçdim pulemyota. Tanka tərəf azı 200 güllə atdım, ürəyim soyumadı, "BMP-1"dən bir mərmi yenə atdım. Bu qədər güllədən sonra o ərazidə heç bir canlı sağ qala bilməzdi. Gördüm bizim "BMP-1" hərəkətə başladı. Artıq heç yeri nişan ala bilmədim. "BMP-2"də çox yaxşı maşındır. Tərpənsə də, eyni yeri nişangahda saxlayır, ancaq "BMP-1"də elə deyil. Əkə "BMP-1"i sürətlə sürdü. Bu dəfə "UAZ"ı vurduğumuz yerə yolla yox, kəndin içi ilə getdik, divarları, evi, darvazaları aşıra-aşıra gəlib çıxdıq həmin yerə. Rizvan ağır yaralanmışdı, Rizvandan əlavə bizimlə gələn piyada əsgərlər də yaralı idi. Onları "BMP-1"ə yüklədik. O biri yaralıları desant bölməsinə yüklədik, Rizvana yer olmadı deyə, onu qaldırıb "BMP-1"in üstünə qoyduq. Oturdum atıcı yerində, Rizvan da ayaqlarını çiynimdən aşağı salladı… Elfaqı ermənilər əsir götürmüşdü…

Əkə qorxudan yenə özünü itirmişdi, BMP-ni döndərə bilmirdi. Evin bir böyrünü də uçurdu, sonra yola düzəldi. Gəlib o vurduğum tankın yanından keçəndə yerə sərili xeyli meyit gördüm, açığı sürətlə gedirdik deyə saya bilmədim. Yanımızdan daha bir "BMP -2" keçdi Mərzili tərəfə. Orada bir "UAZ" dayanmışdı, yaralıları UAZ-a mindirib, su içib, "BMP-1"ə minib yenidən qayıtdıq Mərziliyə.

Qənimət BMP

Gəldik ki, bir dənə "BMP-1" var, üstündə "BTR"in lüləsi. "BMP-1"-in üstündə xaç işarəsi, yerdə iki can verən erməni. Çıxdıq BMP-nin üstünə gördük içəridə bir nəfər var. İçəridəkini görən kimi bildim ki, ermənidir. Onu orada güllələdik. Erməni "BMP-1"ni bizim piyada əsgərlər vurmuşdu. Ona görə ki, "BMP-1"in üstündə heç bir iz yox idi. Yerdə can verənlər də avtomat gülləsi ilə vurulmuşdu. Bizdə də əlavə adam yox idi ki, o "BMP 1"i sürüb gətirək batalyona. Bu zaman Xətai Baxışovun batalyonunun uşaqları gəlib çatdı yanımıza. Bizdə BMP-ni çıxarda biləcək adam olmadığı üçün onlara dedik ki, "BMP-1"i çıxartsınlar. O "BMP-1" əslində bizim batalyona verilməli idi, onun üstündə xeyli mübahisə getdi. Ancaq "BMP" Xətai Baxışovun batalyonunda qaldı. Vurduğum "UAZ"ın yanına çatanda ermənilər oradan gəlib Ergi düzü tərəfə keçib getmişdi. Bizimkilər elə bilirdi ermənilər Mərzilini alıb, ancaq almamışdılar. Onlar Mərziliyə girib, ot tayalarını yandırıb, Yusifcanlı və Qiyaməddinliyə hücum etmişdilər.

Bəxti gətirən erməni

UAZ-ı vurduğum yerin yanında xeyli yaralı var idi. "BMP-1"dən düşüb hamısını maşına yüklədik. Gətirdik hospitala. Açığı yaralılara fikir vermirdim, nəfəsi gəlib gedəni götürürdük. Qozpitalda yaralılar özlərinə gələndən sonra məlum oldu ki, gətirdiklərim arasında erməni yaralısı da olub. Sonradan o ermənini əsirlərimizdən biri ilə dəyişdilər.

Qeyd: Xəyal Məmmədov 12 iyun 1993-cü il Mərzilidə baş verən döyüşün əvvəlindən sonuna kimi "BMP-1"də olub. Döyüşün canlı şahidlərindəndir. Onunla bağlı geniş reportajı yaxın günlərdə oxucularımıza təqdim edəcəyik…

Səxavət Məmməd
Ölkə.Az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031