Milli Məclis növbədənkənar iclasa toplanır – 7 məsələyə baxılacaq – SİYAHI
Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək. Modern.az saytı xəbər verir ki, növbədənkənar iclasın çağırılmasında əsas məqsəd valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlər əsasında hazırlanan təkliflərə uyğun olaraq qanunvericilik bazasının dəyişdirilməsidir.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında deyib ki, növbədənkənar iclasda aşağıdakı 7 məsələyə baxılacaq:
1. “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi
2. “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması
3. Vergilər Məcəlləsinə dəyişiklik edilməsi
4. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi
5. “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi,
6. "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklik edilməsi,
7. "Gömrük tarifi haqqında" qanuna dəyişiklik edilməsi.