Mədəniyyət işçiləri və alimlərin maaşını artırıldı
Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında da sərəncam imzalayıb.
Sənədə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Bundan başqa, Prezident İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamla dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə hər iki sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.