Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Zıkkımın kökü

Hər yay tətilində kəndə nənəmgilə gedərdik. Kəndin kəndarına ayaq basanda xüsusi bir yaşıllıq qoxusunu çəkərdik nəfəsimizə. Axsam babam qoyun-quzunu qarşılayar, bostandan gətirdiyi qarpız-yemişi kəsər,  xoşbəxtcəsinə yeyib-içib yarardıq. Babam rayonun vəzifəli şəxslərindən idi. Amma kənddən rayona köçməmişdi. Onun üçün rayonun asfalt deyil, kəndin tozlu-torpaqlı yollarına ayaq basmaq daha dəyərliydi. O,  tutduğu yüksək vəzifəyə baxmayaraq, bağçasında əkib-becərməkdən zövq alardı.
İnsanların içində, onların dərdinin içindəydi.

Əslində o zaman kəndlinin elə bir dərdi də yox idi. Əkib-becərər, heyvandarlıqla məşğul olardılar. Bol məhsullarını satmazdılar. Şəhərdə olan qohumlarına kəndin meyvə-tərəvəzindən, yağından, qaymağından pay da göndərərdilər. Paytaxtdan da kəndə "Nağıl", "Abşeron" tortu pay gələrdi. Hətta paytaxta çörək növbəsi olanda, ət, yağ talonla alınanda kəndli bunu hiss etmirdi. Əksinə, paytaxtdakı yaxınına dəstək çıxmağa çalışırdı.

O zaman nə kəndli, nə də şəhərli dollarla tanış olmuşdu. Kəndlinin şəhərdə yaşamağa marağı yox idi, o zaman torpaqlar işğal edilməmişdi. Kəndlilər soğanını da əkərdi, turpunu da. Onların başında turp əkilməyən zamanlar idi…

Sonra hər şey dəyişdi. Kənddə həyat bitdi sanki. Əkilənlər, biçilənlər işə yaramadı. Çünkü bazarları xaricdən alınan meyvə-tərəvəz doldurdu. Kəndlinin əkdiyi kartof-soğan qapısənda çürüdü, məhv oldu. Kəndlinin bazarın bağlayanlar kim idi?  Ölkədə 1 milyondan çox məcburi köçkün oldu. İşsizlik artdı.

Bunları niyə yazıram? Çox hörmət etdiyim Aqil Abbasın müsahibəsini oxudum. Ona nəsə yazmaq bəlkə mənim həddim deyil. O yazanda mən uşaqdım falan-filan… Amma sayın yazarımız, millət vəkilimiz, siz yazar olmağa başlayanda mən öz yurdumdaydım. Alnımda böyük hərflərlə “qaçqın” kəlməsi yazımamışdı. O üzdən sizə bir vətəndaş kimi acizanə yazıram. Deyirsiniz ki, qaçqınlar çörəkpulu alır, işıq,  qaz pulu ödəmir… Yəni kefdədilər, başqa nə istəyirlər?

Adı üstündə qaçqın. O, 18 manat çörəkpulu alan məcburi köçkünün, yurdu vardı, evi vardı, bağı-bağçası vardı, qapısında mal-qarası vardı. Onun əvəzinə aldığı 18 manat çörəkpulu, 30 manat qaz, işıq pulumu gözə çox görsəndi?  Sizi hər zaman dəli-dolu, sözünün əri insan kimi tanımışıq. Sizi bizdən biri bilmişik. Kaşki müdafiə şəklinizi fərqli seçsəydiniz və çörək savaşında olan insanları çörəkpuluyla vurmasaydınız…

Gəlin belə danışaq, qaçqınlara torpaqların, evlərin, o qaplarındakı mal-qarasını, bağını-bağatını geri alaq, onlar  öz çörəkpullarını qazanar. Bu gün aldıqları o iki çörəyin pulu zıkkım olub boğazlarına taxılmaz.

Əslində, bu cür düşünən tək siz deyilsiniz. Siz formalaşmış fikri ifadə etmisiniz… Yazının başında babamdan misal çəkmişdim. Mənim 30 il rayon katibi işləyən babam sizin dediyiniz o çörəkpuluna möhtac öldü. Çünkü onun nə bağı qaldı,  nə soğan əkəcəyi bağçası. Əminəm, o yaşadığı kənd  həyatına qurban verərdi işıqpulun da, çörəkpulun da. İndi onun işsiz övladları aldıqları çörəkpuluna möhtac qalmazdılar.

Sizin 18 manat çörəkpuluna ehtiyacınız yoxdu. Deyirsiniz ki, dövlət köçkünlərə ev verib. Dövlət bunu etməyə borcludur. Köçkünlərin evi yoxmuydu? O evlərin əvəzinə verilən iki otaq çoxmu oldu? Bu arada, mənim gəncliyim uçuq-sökük yataqxana köşələrində keçdi. Buz kimi yataqxana divarlarında qışı evdə  paltoyla oturduq. Bu arada mənim ailəm hələ də yataqxanadadır. 23 ildi ömrümüz qaralır burda. Sizin dediyiniz kimi bizi evlə şərəfləndirməyiblər. Sizi demirəm, hansısa bir  məmur, millət vəkili iki gün bizim evdə yaşaya və məmnun qala bilər?
İstəyən varsa, biz yataqxanamızda onu  qonaq edə bilərik. Biz sizə güvənmişdik, nə olur-olsun, siz söz adamısız. O beşilliklər bitər, söz qalar. Sözünüzlə əzməyin bizi. Bu arada dediniz ki, Amerikada da işsizlik var. Amma biz Amerika kəşf etməyək. Biz önümüzə və özümüzə baxaq… Yediyimiz zıkkımın kökü olub bizi boğmasın…

Məhsəti Şərif

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031