“Qarabağ” bu gün ilk yoxlama görüşünə çıxacaq.
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama görüşünə çıxacaq.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays" klubu ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" yanvarın 20-də "Diosqior" (Macarıstan), bundan 3 gün sonra isə "Admira Vaker" (Avstriya) və "Yaqelloniya" (Polşa) klubları ilə qarşılaşacaq.