Ermənistanda uşaq alverinin sayı 2 dəfə artıb – PROKURORLUQ
“Ən dəhşətli məqam ondan ibarətdir ki, ötən il üç azyaşlı uşaq evindən ikinci ölkəyə qaçırılıb və bu hadisə istintaqdan altı həftə gizlədilib”.
Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, bunu İrəvan prokurorluğunun sözçüsü Nelli Duraniyan deyib. Duraniyan bildirib ki, ötən illə müqayisədə uşaq alveri qurbanlarının sayında kəskin artım qeydə alınıb:
“Bu həyəcan siqnalıdır. Artım 2 dəfəyə yaxındır. Ümumilikdə, 22 yetkinlik yaşına çatmayan şəxs uşaq alverinin qurbanı olub. Onlardan üçü 1 yaşına çatmamış körpə, 6-sı isə valideyn himayəsindən məhrum olmuş uşaqdır. Prokurorluq 22 nəfərin oğurluğu ilə bağlı 19 cinayət işi açıb. Hələlik isə 14 nəfər şübhəli saxlanılıb”.