Alimlər Birliyinin İşçi toplantısı olacaq
Bu yaxınlarda təsis olunmuş Azərbaycan Alimlər Birliyinin (AAB) yanvarın 18-də İşçi Toplantısı keçiriləcək. Bu barədə məlumatı AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Qəzənfəroğlu verib. Onun sözlərinə görə, İşçi Toplantıda Alimlər Birliyinə üzv olmaq istəyənlərin müraciətlərinə baxılmaqla yanaşı, elmi qurumun yeni saytı və dərgisiylə də bağlı fikir mübadiləsi aparılacaqdır. Eyni zamanda alimlərin toplantısında önəmli elmi məsələlər də müzakirə ediləcək, ABB-nin bildirişləri olacaqdır. F.Qəzənfəroğlu bildirdi ki, Alimlər Birliyi öz hüquq və haqlarını müdafiə etmək istəyən, eyni zamanda Azərbaycan elminin inkişafına çalışan bütün alimlərin üzünə açıqdır.