Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Üzeyir Hacıbəyli və Mirzə Vəli İsmayılovun xatirələrdə yaşayan dostluğu

Dövrünün görkəmli ziyalılarından olan Mirzə Vəli İsmayılovun həyat və fəaliyyəti, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə dostluq əlaqələri tədqiqatçılar tərəfindən geniş araşdırılmasa da, Qarabağın yaşlı sakinlərinin yaddaşında bununla bağlı bir sıra xatirələr yaşayır.
AZƏRTAC-ın müxbiri Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayan İsmayılovlar ailəsi ilə görüşərək, Mirzə Vəli, həmçinin onun Üzeyir bəylə dostluğu barədə maraqlı məlumatlar əldə edib. Mirzə Vəli İsmayılovun qardaşı nəvəsi Aqil İsmayılov bildirib ki, bu dostluğun maraqlı tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn kişinin Rəncbərlər kəndi ilə qohumluğu Mirzə Vəlinin 5 yaşında ikən 1890-cı ildə Üzeyirlə birlikdə Şuşa realnı məktəbinə getməsinə səbəb olub. Bu məktəbi bitirən dostlar 1900-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasına qəbul olmaq üçün Qoriyə yollanıblar. Üzeyir bəy seminariyaya həmin il, Mirzə Vəli isə iki il sonra qəbul olub. 1907-ci ildə seminariyanı bitirən Mirzə Vəli təyinatla Qubada ikisinifli rus-tatar məktəbinə rus dili müəllimi, 3 ildən sonra isə Bakıda realnı məktəbə müəllim təyin edilib. Eyni zamanda, “Kaspi” qəzeti ilə əməkdaşlıq edib. Mirzə Vəli, həmçinin Hacı Zeynalabdin Tağıyevin neft kontorunda rus dili üzrə məktublar şöbəsində mirzə işləyib. 1918-ci ilədək Bakıda yaşayıb işləyən Mirzə Vəli sonradan Qarabağa qayıdıb, Şuşa və Ağdam İnqilab komitələrində çalışıb, ömrünün sonunadək müəllimlik edib. 1960-cı ildə, 75 yaşında doğma kəndi olan Rəncbərlərdə dünyasını dəyişib. Aqil İsmayılov deyib ki, Üzeyir Hacıbəyli ilə Mirzə Vəli arasında möhkəm dostluq əlaqələri olub. Üzeyir bəy saatını və eynəyini Mirzə Vəliyə hədiyyə edib, onun oğlu Ənvərə tar göndərib. Ü.Hacıbəylinin yadigarı olan bu saat, eynək və tar ailə tərəfindən ən əziz xatirə kimi bu günədək qorunub saxlanılır. İsmayılovlar nəslinin digər nümayəndəsi – 90 yaşlı Ağca İsmayılova bildirib ki, Üzeyir bəy Mirzə Vəli ilə əlaqəni heç vaxt kəsməyib: “Onlar həmişə bir-birinin evinə gedib-gəliblər. Üzeyir bəyin Mirzə Vəlinin oğlu Ənvər üçün göndərdiyi tarı ən dəyərli xatirə kimi saxlayırıq”. Dahi bəstəkarın göndərdiyi tar ailədə musiqiyə maraq oyadıb. Təsadüfi deyil ki, Ağca xanımın oğlanları Hafiz və Rəsul İsmayılovlar musiqi sənətini özlərinə peşə seçərək, tar ixtisası üzrə müəllim işləyirlər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031