İstanbulda terror törədən şəxsin anası erməni imiş
İstanbulun Sultanəhməd meydanında terror aktını törədən Nabil Fadlinin anası erməni imiş. Bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, N.Fadli 1988-ci ildə Səudiyyə Ərəbistanında anadan olub. Atasının adı Abdülatif, anasının adı isə Brijitdir. İnformasiyaya əsasən, Brijit Suriya ermənisidir və bu ölkənin kəndlərindən birində anadan olub. Qeyd edək ki, yanvarın 12-də İstanbulda Sultanahmet meydanında törədilən terror nəticəsində 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. (report)