Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

Ətraflı

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

Ətraflı

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

Ətraflı

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

Ətraflı

“İnstitutlara, iqtisadçı alimlərə müraciət edirəm” – Rafiq Əliyev postneft dövrü Azərbaycanı üçün yeni iqtisadi model təklif etdi – MÜSAHİBƏ

Bu müsahibəni əslində milli maraqlarını hər şeydən üstün tutan alimin , ziyalının həyəcan təbili də adlandırmaq olar. Dünyada baş verən iqtisadi-siyasi proseslər, neftin qiymətinin aşağı düşməsi, hasilatın azalması və bunun Azərbaycana vura biləcəyi mənfi təsir qeyri-səlis məntiq nəzəriyyəsinin dünya çapında tanınan professoru həmyerlimiz Rafiq Əliyevi çox narahat edir. Elə müsahibəyə başlamazdan, daha doğrusu, postneft dövründəki dünyanın, Azərbaycanın düşə biləcəyi vəziyyətdən çıxış yolu üçün təklif etdiyi qeyri-səlis iqtisadi modeli tanıtmazdan qabaq həyəcan təbilini indi yox, çoxdan vurduğunu deyir. 2008-ci ildən başlayaraq  bu istiqamətdə mətbuatda səsləndirdiyi elmi proqnozları göstərir:

– Hələ 2008-ci ildə demişəm ki, Azərbaycanın neftdən sonrakı dövrünü düşünmək lazımdır. O zaman məndən müsahibə almışdılar. Ordan bir neçə çıxarışı sizə oxuyuram: 2012-ci ildən sonra bizdə neftin artımı aşağı düşəcək. Dünyada neft, su və çörək uğrunda böyük müharibələr gözlənilir. Amma bəşəriyyəti çətin vəziyyətlərdən həmişə elm xilas edib. Mən inanıram ki, insan zəkası alternativ yollar tapacaq”.
Orada dünyadakı iqtisadi inkişaf  modelləri  və onların Aərbaycana uyğunluğu  barəsində də danışmışam: “Dünyada 4 iqtisadi inkişaf modeli var: bilik istehsal edən ölkələr, texnoloji iqtisadi modellə işləyən ölkələr, xammal istehsal edən ölkələr, aqrar yönümlü ölkələr. Ölkənin iqtisadi modelinin düzgün seçilməsi vacib şərtdir. Bəzən belə çıxışlar edirlər ki, gəlin biz də bilik istehsal dən ölkələr modelinə keçək. Çox yaxşı, amma necə? Bu iqtisadi model üçün elmə külli miqdarda vəsait ayırmaq lazımdır”.
2011-ci ildə də demişəm ki, dünyada atom bombasından da qorxulu dürüstlüyün olmamasıdır. İqtisadiyyatı yalnız bir amilə bağlamaq olmaz.  Bunu indi də deyirəm: Azərbaycan üçün postneft dövrünü də düşünmək lazımdır. Neft bu gün var, sabah yoxdur – bu bir. İkincisi, səni xaricdən çox asan idarə edə bilərlər. Lütfi Zadənin bir yaxşı cavabı var. Bir dəfə jurnalist ona sual verəndə dedi ki, “mən Azərbaycana nə arzu edə bilərəm ki? Cənubi Koreyaya baxın, Sinqapura, Malaziyaya baxın. Nə qızılı, nə nefti var. Amma kollektiv beyni var. Beyinə görə də o cür inkişaf edirlər”.

– Rafiq müəllim, 2008, 2011, 2012-ci illərdə səsləndirdiyiniz elmi proqnozlaşdırmalarla tanış olduq. Maraqlıdır, bu gün üçün nə düşünürsünüz?

-Bu gün dünya yeni iqtisadi kataklizmlər astanasındasdır. İqtisadi kataklizmlər həmişə siyasi kataklizmlərə, çətinliklərə gətirir. Bu, indi dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır. Son vaxtlar neftin qiymətinin aşağı düşməsi müşahidə olunur və 83 dollara kimi  enib. Bunun birinci səbəbini mən siyasi səbəb hesab edirəm. Əfsuslar olsun ki,  bu gün dünya çox kiçikdir, ovuc içi boydadır. Bu səbəbdən də hər şey- siyasi, iqtisadi, sosial proseslər bir –  birilə əlaqədardır. Mən bir dəfə Almaniyada bir qəzetə müsahibə verirdim. Xanım jurnalist məndən dünyadakı iqtisadi böhran barəsində soruşanda dedim ki, “bu hələ onun birinci mərhələsidir. İkinci mərhələsi daha qorxuludur”. Bunu deyəndə o iki əli ilə saçlarını tutdu. Bunlara səbəb nə idi? Mən təsadüfən demirəm ki, dürüstlüyün olmaması atom bombasından daha təhlükəlidir. Amerika banklarının nəfsi o qədər çox kredit payladı ki, insanlar onu qaytara bilmədi. Nəticədə bir böyük bank çökdü. Sonra isə zəncirvari şəkildə o biri böyük banklar da çökdü. Bayaq dediyimiz “dünya ovuc içi boydadır” fikri də burada özünü göstərdi. Dünyada iqtisadi əlaqələr həddən çox genişləndi, lakin bu əlaqələrin koordinasiyası bu genişlənməni izləyə bilmədi. Bu, beynəlxalq böhrana ən birinci səbəb oldu. İndi kim düşünür ki, neftin qiymətinin aşağı düşməsi ancaq bir neçə ölkəyə mənfi təsir edib o birilərinə etməyəcək, o çox  böyük yanlışlığa yol verir. Dünya ölkələri bu gün hörümçək toru kimi bir-birinə bağlıdır. Təki Azərbaycana təsir etməsin. Amma mən düşünmürəm ki, dünyada elə bir ölkə olsun ki, bu gedişat  ona təsirsiz ötüşsün.

Bəs bunun çıxış yolları nədən ibarətdir?

– Belə məqamlarda həmişə nəinki bir dövləti o cümlədən bəşəriyyəti iqtisadi kataklizmlərdən elm xilas edib. Odur ki, gec olsa da,  Azərbaycanın neftdən sonrakı  iqtisadi modeli  barədə danışmaq lazımdır. Düzdür,  deyilir ki, qeyri – neft sektorunu inkişaf etdirmək lazımdır. Amma bir var söz, bir də var elmi hesabat. Sözlə,  adi konsepsiya ilə iqtisadi inkişafı təmin etmək mümkün deyil. Mütləq elmi hesabatlara söykənmək lazımdır. O hesabat nədir? – Bütün dünyada geniş tətbiq olunan iqtisadi modellərdən birinin burada tətbiq olunmasıdır.  Bu və ya digər ölkə elmi və iqtisadi səviyyəsindən asılı olaraq özünə iqtisadi model seçir.
Dünyada 4  iqtisadi model var. Bəzən deyilir ki,  iqtisadi model hər hansı dövlətin yalnız özünə aiddir. Elə deyil! Dünyada qəbul olunan  4 iqtisadi model var: biliyə söykənən , texnologiyaya söykənən, xammala söykənən və aqrar iqtisadi model. Bu gün qızılını, neftini çıxaran ölkə elmə o qədər də üstünlük vermir. Mən də bir yazımda yazmışdım ki , Allah insanı, (milləti də) Parerto optimal yaradır. Yəni birini verir, birini vermir. Payımıza “nöyüt” düşdü, amma, onunla bərabər zəka tənbəlliyi də verdi.  Amma biri tükənəndə gərək o biri haqqında da düşünəsən. Neft tükəndi,  bəs bunu nə ilə əvəz etmək olar?
Fikirləşmək lazımdır ki, postneft dövründə  biz hansı modelə keçəcəyik. Bunun üçün uyğun elmi kollektivlər bir yerə  toplaşıb birgə fəaliyyət  göstərməlidir. Bu gün belə iqtisadi modelləri inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr, hətta  Qırğızıstan da yaradıb. Türklər 2000-ci illərdə xaricdən alimlər dəvət edib, öz alimləri ilə birgə güclü potensiala malik elmi qrup yaratdılar, məsləhətləşmələr aparıldı və Türkiyə üçün iqtisadi tarazlıq modeli yaradıldı.
Mən indi belə modelin adı, özü, mahiyyəti barəsində danışacağam. Amma əvvəlcə onu deyim ki, bu gün dünyanın əksər ölkələrində, Amerikanın hər bir ştatında belə modellər tətbiq olunur. Elə bir inkişaf etmiş ölkə yoxdur ki, elmi dildə iqtisadi tarazlıq modeli adlanan belə modeli tətbiq etməsin.

Siz bir alim kimi bu model haqqında nə deyə bilərsiniz?

– 2008-ci ildən başlayaraq iqtisadi elmi araşdırmalarla məşğul oldum. Çünki söhbət açdığımız modellər iqtisadiyyat sahəsinə aid olsa, onlar məhz iqtisadiyyat, informatika,  kibernetika, kompüter elmlərinin sintezində yaranmalı idi. Bu gün bu problem o qədər vacibləşib ki, o modelləri yaratmağın hazır kompüter paketləri var. Bu və ya başqa bir ölkə götürür, öz iqtisadi imkanlarına adaptasiya edip, uyğunlaşdırır. 2008-ci ildən bəri bir neçə iqtisadiyyat alimi və  iqtisadi qruplarla görüşdüm. Birinci dəfə professor Nazim İmanovla və Banklar Assosiasiyasının o vaxtkı rəhbəri Eldar müəllimlə, o cümlədən onların iqtisadi ekspertləri ilə görüşdüm, iki dəfə seminar keçirdik. Belə iqtisadi modellər ətrafında müzakirələr apardıq. “Həmin iqtisadi model nəyə lazımdır, necə qurulmalıdır” sualları ətrafında diskussiyalarımız oldu. İndi o modelin strukturu haqqında danışacağam. Amma onu da deyim ki, bu iş müxtəlif səbəblərdən yarımçıq qaldı. Bəlkə də maliyyə çatışmadı, bəlkə də kadr çatışmadı, bilmirəm, amma yarımçıq qaldı. Bir neçə il sonra isə başqa iqtisadiyyatçılar qrupu ilə görüşdüm. Qubad İbadoğlu, Azər Mehtiyev, çoxlu müstəqil ekspertlər cəlb olunmuşdu. Onlarla bir neçə seminar keçirdik . Yenə də “bu modeli necə yaratmaq olar” sualı ətrafında müzakirələr apardıq. Hamısı çox müsbət qarşıladı. Amma yenə də çox təəssüflər olsun ki,  yarımçıq qaldı. Bu gün  sizin sayt vasitəsilə  iqtisadi qruplara,  iqtisad yönümlü institutlara,  iqtisadçı alimlərə müraciət edirəm: nə qədər ki, gec deyil, diskriptiv statistikaya söykənən araşdırmalardan kənar olub, modelləşdirmə, proqnozlaşdırma, qərar qəbuletmə nəzəriyyələrinə və praktikasına söykənən iqtisadi model üzərində çalışmaq lazımdır. Azərbaycanın postneft dövrü üçün iqtisadi model qurmaq lazımdır. Bunun üçün elmi tədqiqat institutları işləməlidir. Burda təbii ki, dövlət dəstəyi lazımdır. Çünki ölkənin neftdən sonrakı dövrü üçün bu model yaradılır. Neftdən sonrakı dövr deyəndə mən demirəm ki, neft tam sıfır olan vaxtdan danışırıq. Mən bugünkü şəraiti nəzərdə tuturam. Neftin qiyməti ucuzlaşır, hasilat azalır. Elə bu günün özü postneft dövrüdür. Həmin iqtisadi model gərək bu günə hazır olmalı idi. Özü də tək kağız üstündə yox, o həyata keçməli idi.

– Nəhayət iqtisadi model haqda…  O nədir, strukturu necədir?

– Hökümətin alternativ iqtisadi siyasətlərinin qiymətləndirilməsinin tətbiqi ümumi tarazlıq modelinə əsaslanmalıdır. Belə model iqtisadi vahidlər, agentlər arasında qarşılıqlı əlaqəni müəyyən etməyə imkan verir, eyni zamanda fond, istehlak, yığım və başqa endogen parametrlərin alternativ siyasətlərə təsirini öyrənməyə şərait yaradır.  

Bu model iki hissədən ibarətdir. Birinci  hissə “Sosial hesablar matrisi” adlanır.  Burada nə nəzərdə tutulur? – Burada iqtisadiyyatın içindəki bütün transaksiyaların transfer olunması,  bir birinə keçirilməsi selləri təsvir olunur. İndi fikrimi sadələşdirəcəyəm: əvvəla bilmək lazımdır ki,  hansı biznes, istehsal,  kənd  təsərrüfatı və başqa sahələrdə nə nəzərdə tutulacaqsa, onlar üçün milli hesablar bir matris şəklinə salınır. Milli hesabların strukturu “giriş-çıxış” və “gəlir-xərc bərabərliyi” konsepsiyaların kombinasiyasına əsaslanır. Tutaq ki, maşınqayırma sahəsinin inkişaf etdiriləcək məqamlarını cədvələ (matrisə) daxil edirik. Bu sahənin inkişafı üçün başqa sahədən nə gəlməlidir? Yaxud,  kənd təsərrüfatını 10 faiz inkişaf etdirmək istəyirik. O sahənin 10 faiz inkişafı üçün başqa sahələrdən nə gəlməlidir. Bisnesdən, təhsildən bu sahənin inkişafına nə gəlməlidir?  Bunların hamısı hesablanmalıdır. Amma bu modelin özü deyil. Bu hələ onun strukturudur. Yəni birinci hissəsidir. Bu sahəyə nə verilməlidir, o biri sahədən nə alınmalıdır, bu sahənin inkişafı üçün o biri sahənin qarşılıqlı əlaqəsi nə qədər olmalıdır kimi prinsiplərin hamısı hesablanmalıdır. Bunlar hamısı vahid sellər  şəklində cərəyan etməlidir. Bütün bu sellər pul ekvivalentindədir. Bu hələ modelin ancaq bir hissəsi,  rəqəmlərdən ibarət verilənlər bazasıdır.  Modelin əsas hissəsi  odur ki, verilənlər bazası əsasında kalibirləşmə, yəni iqtisadi tarazlığı təmin edən parametrlər hesablanmalıdır. Elmi hesablamaya söykənmədikdə sistemin tarazlığı dağılar. Verilənlər bazasına uyğun elə optimallşadırma aparılmalıdır ki, sistem normal işləyə bilsin. Bu iqtidasiyyat tarazlı ola bilsin. Burada da müxtəlif iqtisadi qanunlar işləyir.Məsələn, yuxarı səviyyədə bir iqtisadi qanun, aşağı səviyyədə başqa bir iqtisadi qanun işləməlidir. Bu model ölkəmiz üçün çox gərəkli ola bilər. Çünki bura həm kadr məsələsi,  həm təhsil,  həm elm,  həm iqtisadi məsələlər bir birilə əlaqələndirilir. Bütün sahələrin fəaliyyət tarazlığını hesablamaq lazımdır.Bunun üçün də paketlər var. İnformatika ilə məşğul olan mütəxəssislər bu işləri iqtisadçılarla bərabər görsələr daha effektiv olar.

– Bəs bu istiqamətdə şəxsən özünüzün hazırladığınız paketlər var?

– Xeyr,  mən özüm bu sahədə paket hazırlamamışam. Bu sahə mənim elmi araşdırma sahəm deyil. Bu işlər mənim  elmi marağıma daxil deyil, bu işlər mənim milli marağıma daxildir. Mən ancaq qərarqəbuletmə nəzəriyyəsi ilə məşğulam. O da bir blok kimi burada tətbiq oluna bilər. Amma yenə deyirəm,  bu mənim elmi yox, milli marağım daxilindədir. Biz burda nə edə bilərik? – bu günə qədər olan modellərin hamısı müfəssəl informasiyanın əsasındadır. Yəni, güya bütün müddəalar verilənlər yüzdə yüz əsaslandırılıb. Bir şeyin yüzdə yüz baş vərəcəyini Tanrıdan başqa heç kim deyə bilməz.  Burada 90, 95,  91 kimi faizlər də olacaq. Mən də onun tərəfdarıyam ki, hazır paketlərdən birini götürüb işlədək. Amma Azərbaycan elminin töhfəsini istəyiriksə, onda bu modeli qeyri-səlis modellə əvəz etmək olar. 

– Mümkünsə, bu qeyri-səlis modelin təfərrüatından danışaq

– Məsələn, deyək ki, Azərbaycanda 2015-18-ci illərdə kənd təsərrüfatından büdcəyə 15, yaxud 15,6 faiz (on beş tam onda altı) daxilolunma olacaq. Əvvəla gələcəyi heç kəs həmin on beş nöqtə altıynan, yəni dəqiqliyinəcən deyə bilməz. Burada qeyri-səlislik olmalıdır. Çünki hadisələrin gedişində çox şey dəyişə bilər. Kənd təsərrüfatıdır, ona havanın dəyişimi belə təsir edəcək. Tək bu deyil ki? İqtisadi – siyasi maraqlar dəyişilə bilər. Bütün bunların hamısının nəticəsində 2015-2018-ci illərdə kənd təsərrüfatından büdcəyə gələcək gəlirdə qeyri-müəyyənlik olacaq. Qeyri-müəyyənlik hər zaman var. Mən indi bir kitab yazıram, Amerikada çap olunacaq. “Yeni hesab” adlanır. Amma bu hesab o hesabdan deyil. Qeyri-müəyyənliklər hesabıdır. Mən deyirəm ki,  daha ağıllı adam heç vaxt 15 nöqtə 8 deməz. Deyər 15 və 16 intervalındakı bir rəqəm. Amma bir az da dəqiq adam onu qeyri-səlis deyər: 15-lə 16 intervalında,  ən çox ehtimal olunan 15,5 olar.  Hər şeyin tam doğru, dəqiq olacağını Tanrıdan başqa kimsə bilmir. Bunu nə Rafiq Əliyev bilir, nə də Elmin. Yaxşı variant informasiyanı qeyri-səlis təqdim edib yanında da inam ölçüsünü göstərməkdir. Burada baxılan kəmiyyətin qiyməti də  var,  yanında qeyri-müəyən etibarlılıq dərəcəsi də. Onları vurub bölmək, kvadrata yüksəltmək, bir sözlə hesablamaq çətindir. Lap sadə dildə deyək: tutaq ki, siz saytınızda bir adama deyirsiz ki, sizə bir yazı üçün 100 manat qonarar verirəm. Amma sizin o qonararı almaq ehtimalınız 90 faizə yaxın ehtimaldır. İkinci seçim də var. Deyir, sənə 80 manat qonarar yazıram, amma alma ehtimalınız  97 faizdir. Siz hansını seçərdiniz? 

– Mən ikinci variantı seçərdim.

– İkincini götürsən, pis olmaz. Amma adama görə bu seçim dəyişir. Seçim həmin adamın dövlətli olub olmamağından, nə qədər riskli olmağından asılıdır. Elə jurnalist var ki, 100 min pulu var, o saat deyəcək ki, yox mən ancaq birincini, yəni yüzü istəyirəm.

– İndi bu metodu öz mövzumuzla əlaqələndirək…

–  Klassik üsullarda, paketlərdə, modellərdə rəqəmlər hamısı yüzdə yüz inamla qoyulub. Məsələn, yazılır ki, mən kənd təsərüfatından 17.1 faiz gəlir alacağam. Mən deyirəm ki,  bu mümkün deyil. Bu real həyatda özünü doğrultmayacaq. Bu rəqəmlərdə qeyri-müəyyənlik var, axı gələcəyi yüzdə yüz dəqiqliklə demək olmaz. Belə iqtisadi model qeyri – səlis nəzəriyyə əsasında özünü doğrultsa tək,  Azərbaycan yox,  dünya üçün xeyir verə bilər. Yəni elə bir model ola bilər ki, onun içərisindəki verilənlər və ondan alınan nəticələr reallığı daha yaxşı əks etdirər.

– Bir dəfə demişdiniz ki, Allah Lütfi Zadəyə bir az da ömür versin, onun iqtisadiyyat sahəsində gördüyü işlər var ki, o nominassiyada onlara görə Nobel ala bilər. Hazırda bunun ehtimalı nə qədərdir?

–  Zadənin iqtisadiyyatın inkişafı naminə gördüyü işlərin çoxu elə bizim bərabər yazdığımız kitablardır. Bu il fizika üzrə Nobel mükafatına 3 alim layiq görüldü. Ən azı, 15-20 məqalə yazıldı ki, niyə Zadəyə və onun əməkdaşlarına iqtisadiyyat sahəsindəki işlərə verilmir. Çünki o fiziklərin işi bəzi işıq proseslərinin avtomatlaşdırılması idisə Zadə ilə mənim işim insan düşüncəsinin avtomatlaşdırılmasıdır. Bilirəm ki, siz jurnalistika ilə bərabər, elmi sahə ilə məşğulsuz. Ən yüksək elm Tanrının yaratdığına nisbətən yaxınlaşmaqdır. Qeyri -səlis məntiq Tanrı məntiqindən çox aşağı səviyyədədir. Zadənin mənə sonuncu məktubu odur ki, Rafiq, onlar bu işə adət etməlidirlər. Nobeli alan fiziklərin 1990-cı ildəki işlərinə Nobel mükafatı verildi. Lütfi Zadə də onu yazırdı ki, Nobeli verənlər buna adət etməlidirlər. Məsələn, mən SSRİ dövlət mükafatını üçünücü dəfədən aldım. Birinci dəfə alınmadı, ikinci dəfə alınmadı, mənim elmi rəhbərim Akadik B.Petrov (o, SSRİ Elmlər Akademiyasının vitse-prezidenti idi) mənə dedi ki, Rafiq, onlar bu işə alışmalıdır. İndi də vəziyyət belədir. Sağlıq olsun!

– Azərbaycanın postneft dövrü vəziyyətini alim gözü ilə təsvir edək…

– Yaman çətin sualdır. Bilirsiz niyə? Elə indi dediyimiz model onu aydınlaşdıracaq. Bunları, sözlə yox,  elmi hesabatla demək lazımdır. Hesablanmış mənzərəni demək daha düzgün olar.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.06.2021, 15:57

Şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün əkinlər yekunlaşmışdır

• 15.06.2021, 18:47

Müdafiə sənayesi sahəsində əlaqələrimiz fərqli şəkildə inkişaf edəcək – Ərdoğan

• 15.06.2021, 18:41

Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

• 15.06.2021, 18:39

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

• 15.06.2021, 18:36

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

• 15.06.2021, 18:34

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

• 15.06.2021, 18:31

Əliyev Ərdoğanla “Zəngəzur dəhlizi” ilə bağlı razılaşma əldə edildiyini bəyan etdi

• 15.06.2021, 18:10

İlham Əliyev və Ərdoğan Şuşa bəyannaməsini imzaladı

• 11.06.2021, 17:02

Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk Azərbaycan Prezidenti

• 11.06.2021, 16:59

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

• 11.06.2021, 16:54

NATO sammitində Qarabağ müzakirəsi… – Ərdoğan

• 11.06.2021, 16:44

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

• 11.06.2021, 16:41

Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirir

• 11.06.2021, 16:34

Azərbaycan və Ermənistan münasibətləri sıfırdan necə qurmalıdırlar?

• 11.06.2021, 16:32

“Gallup”un sorğusunda Koçaryan Paşinyanı üstələdi

• 11.06.2021, 16:28

Müharibə əlilləri bu rüsumlardan azad ediləcək

• 11.06.2021, 16:19

Bayden və Makronun Ərdoğanla görüşünün SİRLƏRİ AÇILDI: Qarabağa dönüş və Rusiyanın…

• 11.06.2021, 16:16

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı ÇIXDI

• 11.06.2021, 16:13

Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

• 11.06.2021, 16:11

“15 iyun Azərbaycan xalqına bəxş olunan Qurtuluş Günüdür” ŞURA SƏDRİ ŞƏRH ETDİ

• 11.06.2021, 14:41

Füzulinin Gecəgözlü kəndi

• 09.06.2021, 15:44

Ərdoğan Şuşaya səfər edəcəyini söylədi – VİDEO

• 31.05.2021, 11:03

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılsın və çevik tədbirlər görülsün – Zakir Həsənov

• 31.05.2021, 10:44

Zəngilanda erməni təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi xəbərləri həqiqəti əks etdirmir – DSX

• 27.05.2021, 11:45

28 May – Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2016
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031