Ermənistanı “donuz qripi” bürüyüb: Ölənlərin sayı 11-ə çatdı
Publika.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu, 57 yaşlı Astrix Manvelyandır.
Ermənistan Səhiyyə Nazirliyi isə ölkədə “donuz qripi”nin qarşısın alındığını deyir. Rəsmi məlumatda “Erebuni” tibb mərkəzində ölən qadının şəkərli diabetdən dünyasını dəyişdiyi deyilsə də, mətbuat onun məhz H1N1 virusundan öldüyünü yazır.
Qeyd edək ki, bu Ermənistanda “donuz qripi”ndən ölən 11-ci şəxsdir.