Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Vəziyyət o dərəcə deyil ki, təşvişə səbəb olsun”

"Prezidentin vurğuladığı kimi xalqın maraqları hər şeydən üstün olmalıdır. Ondan üstün heç nə ola bilməz. Cənab prezident xalqın elçisi, xalq tərəfindən seçilən bir insandır. Hökumətdəkilər isə hamısı təyin edilən şəxslərdir. Xalqın etimadını qazanan adamın verdiyi tapşırıqlar, göstərdiyi istiqamətlər müzakirə olunmayan məsələlərdəndir. Artıq ölkə başçısı tapşırıqlarını verib, siyasi mövqeyini ortaya qoyub. Bu mövqe xalqın fikrinə əsaslanaraq ortaya qoyulub və verilən tapşırıqların da hamısı məmurlar tərəfindən vicdanla, insafla, xalqı nəzərə alaraq dərhal icra olunmalıdır. Prezidentin tapşırıqlarını yerinə yetirməyənlər bilməlidirlər ki, əks təqdirdə buna görə qanunayğun şəkildə cavab verməli olacaqlar".

“Qafqazinfo” xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər və qoyduğu tapşırıqlara münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, prezident hər zaman olduğu kimi bu dəfə də insanları, cəmiyyəti narahat edən məsələləri, hökumətin görməli olduğu işləri sıraladı və bu sahədə hökumət üzvlərinin hansı addımları atmalı olduğunu, istiqamətləri çox dəqiq göstərdi. F.Muradovun fikrincə, bunlardan biri yeni iş yerlərinin açılması ilə bağlıdır: "Cənab prezident son illər neft gəlirlərini düzgün istiqamətləndirərək yeni iş yerlərinin açılması məqsədilə ciddi proqramlar imzalayıb. Azərbaycanda kifayət qədər dövlət qurumu var ki, bu illər ərzində neft gəlirlərindən bəhrələnərək müəyyən işlər görüblər. Bu, eyni zamanda yeni iş yerlərinin də açılmasına stimul olub. Konkret ad çəkmək istəmirəm, amma indi bizə məlumatlar gəlir ki, təəssüflər olsun ki, bəzi dövlət qurumları bu illər ərzində dövlətdən çox böyük dotasiyalar, zəmanətlər alaraq, müxtəlif beynəlxalq maliyyə qurumlarından, eyni zamanda dövlət büdcəsindən, infrastruktur layihələrdən bəhrələnib, fürsətdən istifadə edərək sıravi işçilərin ixtisarına başlayıblar. Axı cənab prezident çox açıq şəkildə bəyan etdi ki, hökumət bu gün sosial baxımdan zəif təbəqəni qorumalıdır. Ona görə də mən həmin dövlət qurumlarını cənab prezidentin göstərdiyi istiqaməti dərindən təhlil etməyə çağırıram. Dövlət qurumlarında gedən bu ixtisarlar, əsasən, fəhlə təbəqəsinə, sosial təminatı aşağı olan təbəqəyə təsir edir. Ona görə də bunun qarşısı alınmalıdır”.

Komitə sədrinin sözlərinə görə, bəzi insanlar, hətta ola bilsin ki, qruplar bu şəraitdən sui-istifadə edərək öz məqsədlərinə nail olmaq üçün müəyyən dividentlər qazanmaq istəyirlər: "Burada siyasi divident də ola bilər, başqa şeylər də ola bilər. Amma Azərbaycan xalqı birmənalı olaraq bilir ki, bu gün dövlət başçısı bütün lazımi addımları atır və lazımi tapşırıqları verir, hökumət üzvləri də gündəlik olaraq bu məsələlələrin həlli ilə məşğuldur. Yəni burada uzun müddətdir həm yeni iş yerlərinin açılması, həm də bundan əvvəl açılmış iş yerlərinin saxlanması barədə danışılan islahatlar başlayıb. Fikrimcə, bu məsələlərə ciddi nəzarət olmalıdır".
Onun fikrincə, bu məsələdə əhali də aktiv olmalıdır: "Əhali də öz dəstəyini göstərməlidir. Cənab prezident dəfələrlə bildirib ki, ictimai nəzarət çox güclü olmalıdır. Cəmiyyət hər hansı nöqsan və ya qanunsuzluqla bağlı dərhal reaksiya verməlidir. Biz də millət vəkili olaraq bu istiqamətdə öz işimizi görməli, fikirlərimizi bildirməliyik.

Dövlət Azərbaycanda bu günədək olan sosial rifah, yüksəlişi qoruyub saxlamaq marağındadır və bununla bağlı işlər də görülür. Sadəcə olaraq, dünyada gedən ümumi proseslər, neftin qiyməti ilə bağlı məsələlər, bəzi siyasi oyunlar və konyuktur yanaşmalar öz təsirini göstərir. Amma vəziyyət o dərəcə deyil ki, təşvişə səbəb olsun. Buna lüzum və səbəb yoxdur. Təəssüf ki, bu, bəzi qruplar tərəfindən camaatı çaşdırmaq məqsədi güdür. Əminəm ki, bu istiqamətdə dövlət başçısının hüquq-mühafizə orqanları qarşısında qoyduğu tapşırıqlar öz nəticəsini verəcək.

Xüsusən regionlarda icra hakimiyyətləri anlamalıdırlar ki, indi hər birimiz hansısa şəxsi maraqlarımızı yox, cəmiyyət olaraq birlikdə vəziyyətdən çıxmaq və dövlətçiliyimizi qorumaq barədə düşünməliyik. Azərbaycanın müstəqilliyindən vacib heç nə yoxdur. Bu müstəqilliyin qorunması isə cənab prezidentin qoyduğu tapşırıqların icrasından, görülən işlərdən asılıdır".

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031