Sərkisyan keçmiş baş naziri səfir vəzifəsindən azad etdi
Ermənistan prezidenti Serj Sərkisyanın sərəncamı ilə ölkənin ABŞ-dakı səfiri Tiqran Sərkisyan vəzifəsindən azad olunub.
Ermənistan KİV-i xəbər verir ki, onun yerinə Meksikada səfir işləmiş Qrayr Ovanisyan Vaşinqtona gedəcək.
Xatırladaq ki, Avrasiya İqtisadi Birliyinin Moskvadakı görüşündə Tiqran Sərkisiyanın Avrasiya İqtisadiyyat komissiyasının sədri təyin olunması qərara alınmışdı. O, 2016-cı il 1 fevraldan işə başlayacaq.
Xatırladaq ki, Tiqran Sərksiyan 2008-213-cü illərdə Ermənistanın baş naziri olub. Vəzifə dövründə onun adı bir neçə korrupsiya qalmaqalına hallaınb.