“Qarabağ” yeni hücumçu axtarışında
Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" hücumçu axtarışındadır.
Qol.Az-ın məlumatına görə, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "ATV" televiziyasına müsahibəsində bildirib.
O, qışda ən azı hücum xəttinə bir futbolçu almaq istədiklərini vurğulayıb. Q.Qurbanov yeni oyunçu axtarışında olmalarına baxmayaraq, belə büdcəyə qənaət edəcəklərini deyib.