Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb
Ermənistanda "donuz qripi"ndən 9-cu ölüm faktı qeydə alınıb. APA-ın “news.am” saytına istinadən verdiyi xəbərə görə, “Surb Qriqor Lusaroviç” xəstəxanasında 50 yaşlı kişi ölüb. Xəstəxanadan bildirilib ki, pasiyentdə H1N1 virusu aşkarlanıb və o, süni tənəffüs aparatına qoşulub.
Ermənistan Səhiyyə Nazirliyi isə ölkədə "donuz qripi"nin olmasını faktını təkzib edir.