Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Bakını dəyişdirən görüntüyə az qaldı

"Yaxın vaxtlarda Böyükşor gölünün təmizlənməsinin ikinci mərhələsinə başlanılacaq. Hazırda göldə müvafiq işlərin aparılması üçün sənədləşdirmə prosesi həyata keçirilir. Yəni layihədə nələrin olacağı, layihənin smetası, mühəndis işləri ilə əlaqədar lazımı sənədlər hazırlanır. Sənədləşmə işi tam başa çatdıqdan sonra isə gölün dibinin təmizlənilməsinə başlanılacaq".

Bu barədə açıqlamanı ANS PRESS-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev verib. Ümumiyyətlə Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edir. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. 


Abbas Əliyev – İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. Bu gölün ekoloji bərpasının ilk mərhələsi 2014-2015-ci illərdə həyata keçirilib. Nəticədə Olimpiya stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazi bərpa olunub, yəni neftlə çirklənmiş sahə təmizlənərək abadlaşdırırlıb. Ərazinin qərb sərhədini müəyyən edən altı xətli magistral şose isə Ziya Bünyadov prospekti, digər tərəfdən Balaxanı-Binəqədi şosesi ilə birləşərək nəqliyyatın yükünü xeyli azaldıb.


Böyükşor gölü

Paralel olaraq bu cür işlər Zığ gölündə də aparılır. Burada da sənədləşmə işləri başa çatdıqdan sonra çirklənmiş ərazilər təmizlənəcək. Yerində isə yaşıllıq zolaqları salınaraq abadlıq işləri görüləcək.

Ölkədə "Ekalogiya ili" elan olunmasından artıq 5 il ötsə də bölgələrlə paralel paytaxtda da, ağacəkmə aksiyası hələ də davam edir. Bu cür aksiyalar əsasən ildə iki dəfə yaz və payız fəsillərində keçirilir. Buna səbəb əkilən ağacların mövsümə uyğun bitməsidir. ETSN -nin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanovun sözlərinə görə paytaxtdaki yaşıllıq zolaqları Yaşıllaşdırma idarəsi tərəfindən mütəmadi aparılır. 

"Əsasən meşə əmələ gətirən palıd, vələs, fıstıq, akasiya, söyüd ağacları əkilir. Sözsüz ki, iqlim şəraiti nəzərə alinaraq bu ağacların əkilməsi həyata keçirilir. Bunun üçün əlimizdə illik plan olur, plana müvafiq ağaclar əkilir. Məsələn, 3 ha sahədə əkin işləri görülməlidisə, ağacların bitmə prosesinə uyğun olaraq bu işlər iki mərhələdə aparılır. Yəni plandakı ərazidə ağaclar hissə-hissə əkilir", – deyə Sadiq Salmanov bildirdi.


Gəncədə ağacəkmə aksiyası

Təkcə ötən il departament əməkdaşları tərəfindən 10141 ha ərazidə meşə zolaqları salınıb. Bunun 2636 ha-ı əkin-səpinin, yerdə qalan digər hissə isə rekonstruksiya işlərinin üzərinə düşüb. 

Ekoloji tədbirlərin mütəmadi aparılmasının vacibliyi dövlət başçısının keçirdiyi sonuncu iclasda da vurğulanıb. Ötən il 4 milyondan çox ağac əkildiyini deyən prezident, bu siyasətin davamlı aparılmasını zəruri hesab edib.

"Bu siyasət davam etdirilməlidir. Yadımdadır, əvvəllər biz buna kampaniya deyirdik, “Ekologiya ili”ndə biz bu işə fəal başlamışdıq. Ancaq hələ o vaxt mən deyirdim ki, bu, kampaniya olmamalıdır, bu, daimi proses olmalıdır. Bakıda və Abşeron yarımadasında ağacəkmə daimi proses olmalıdır. "


İlham Əliyev – Azərbaycan prezidenti

Ölkə başçısı çıxışı zamanı Böyükşor və Zığ gölünün təmizlənməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsinin ötən il uğurla həyata keçirilib..Hazırda qarşıda duran əsas məsələ hər iki gölün çirkli sahələrdən təmizlənməsidir.Buna görə dövlət büdcəsində bu məqsədlər üçün vəsait toplanılmalıdır.


Böyükşor gölü

Xatırladaq ki, 2010 -cu il ölkədə “Ekologiya ili” elan olunub. Buna görə Dövlət Neft Fondunun büdcə xərcləri 20 mln. manat artırılıb. Artım üçün nəzərdə tutulan vəsait ekoloji tədbirlərin və dövlət proqramlarının maliyyələşdirilməsinə, ekoloji-təmiz alternativ enerji mənbələrinin yaradılması ilə bağlı xərclərə yönəldilib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031