Amerika şokda: İran 10 ABŞ əsgərini saxladı
Əsgərlərin azadlığa buraxılacağına dair təminat verildiyi bildirilib.
Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi donanmasının gəmisinə aid 2 qayıq İran İslam Respublikasının hərbçiləri tərəfindən saxlanılıb. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, saxlanılan 2 qayıqda ümumilikdə 10 ABŞ əsgəri olub.
Artıq faktla bağlı ABŞ Müdafiə Nazirliyi Pentaqon açıqlama yayıb. Açıqlamada 10 ABŞ əsgərinin ən yaxın vaxtda sərəbst buraxılacağına dair İrandan təminat alındığı bildirilir. Həmçinin Pentaqonun açıqlamasında qayıqlarla Küveyt-Bəhreyn arasında əlaqənin kəsildiyi, texniki nasazlıq səbəbindən qayıqların İran sahillərinə sürükləndiyi bildirilib.
Hadisə barədə açıqlama verən Ağ ev isə ABŞ hərbçilərinin azadlığa buraxılması üçün rəsmi Tehran danışıqların davam etdiyini bildirib.
Bundan başqa, İran xarici işlər naziri Cavad Zərifin amerikalı həmkarı Con Kerriyə saxlanılan 10 əsgərin azadlığa buraxılacağına dair təminat verdiyi bildirilib.