Rusiyalı turistlər Qarabağın məşhur Kirs dağında – FOTOLAR
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ən önəmli dağ zirvələrindən olan Böyük Kirs dağının son görüntüləri yayılıb. Modern.az-ın erməni sosial şəbəkələrindən əldə etdiyi məlumata görə, işğal altındakı torpaqları qanunsuz ziyarət edən rusiyalı turistlər Qarabağ silsiləsinin 2724 metr hündürlüyə malik zirvəsinə qalxıblar. Şuşa və Turşsu arasında yerləşən Böyük Kirs zirvəsi Dağlıq Qarabağın ən önəmli strateji nöqtələrindən biri sayılır.