Erməni general keçmiş meri döydü
Ermənistanın “Çoxord İşxanutyun” qəzeti ölkədəki özbaşlalıqla bağlı yeni epizod barədə yazıb.
Modern.az qəzetə istinadən xəbər verir ki, Ermənİstan ordusunun keçmiş general-mayoru və hazırki parlamentin üzvü Manvel Qriqoryan Eçmiədzin şəhərinin keçmiş meri Qraçik Abqaryanı amansızlıqla döydürtdürüb.
“Heç kəsə sirr deyil ki, “Yerkrapa” könüllülər birliyinin sədri və deputat Manvel Qriqoryan Eçmiədzini öz mülkü hesab edir. O xoşuna gəlməyən insanların hətta maşını parketmə qaydalarını pozmasını da həzm etmir. Bizim əməkdaşımızın məlumatına görə, Yeni il öncəsi şəhərin supermarketlərindən birinin qarşısında öz “Cip”ini park edən keçmiş mer Qraçik Abqaryan Manvel Qriqoryanın adamları tərəfindən döyülüb.
Belə ki, generalın mühafizəçiləri qəsdən Abqaryanın maşının təkələrini deşiblər və onu təxribata çəkiblər. Nəticədə Manvel Qriqoryanın da arasında olduğu qrup keçmiş meri həyat yoldaşı və gəlinin gözü qabağında döyüb”.
“Coxord İşxanutyun” yazır ki, Qraçik Abqaryanın yaxınlarda oğlunu itirməsi belə, Manvel Qriqoryanı durdurmayıb.