Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

ABŞ-ın “Qarabağ PLANI”: Ermənistan üçün sürpriz hazırlanır?

“Dağlıq Qarabağ ətrafındakı vəziyyətə nəzarət edən dünya dövlətləri münaqişəni Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqələndirirlər. Buna görə də ötən ilin payızından başlayaraq, vasitəçilər nizama salınma ilə daha fəal məşğul olmağa məcbur oldular”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Vestnik kavkaz” nəşri yazıb.
Nəşr son dövrlər münaqişənin nizama salınmasında amerikalı həmsədr Ceyms Uorlikin fəallığına diqqət çəkərək yazır ki, Minsk qrupunun rusiyalı və fransalı həmsədri bunu normal qəbul etsə də, ortada başqa nüanslar da var.

“Bununla belə bu ilin başlanğıcında belə şübhələr yarandı ki, ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında öz oyununu aparır. Söhbət o haqda gedir ki, Ceyms Uorlik ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ed Roysla münaqişənin həlli üçün sıx işləmək haqda razılığa gəlib. Hansı ki, Ed Roys ABŞ-da ermənilərin sıx yaşadığı Kaliforniyadan olan konqresmendir. Bakıda Konqres üzvlərinin ermənipərəst mövqeləri haqda bilirlər. Buna görə də Uorlikin Roysla əməkdaşlığı narahatlıq doğurmaya bilməz. Xüsusilə konqresmen Kristofer Smitin “Azərbaycanda demorkatiya aktı” layihəsindən sonra Konqresin etibarı kifayət qədər zədələnib. Bu akt Ed Rosyun rəhbərlik etdiyi komitədə müzakirəyə çıxarılmalıdır. Analitiklər hesab edirlər ki, əgər Smitin layihəsi Roysun rəhbərlik etdiyi komitədə dəstəklənəcəksə, onun reallaşması şansları yüksələcək. Hərçənd, sağlam düşüncə Bakıya qarşı bu sanksiyaları absurd hesab edir”, – deyə sayt yazır.

Məqalədə Azərbaycana qarşı sanksiya təşəbbüsləri erməni lobbisinin birinci addımı kimi xarakterizə edilir: “İkinci məsələ qoşunların təmas xəttində snayperlərin geri çəkilməsi, təmas xətti boyunca hücumların mənbəyini müəyyənləşdirmək üçün müasir atəş lokatorlarının və səs avadanlıqlarının yerləşdirilməsi ilə bağlı tərəflərin razılığının əldə olunması və nəhayət, atəşkəs rejiminin pozulması ilə bağlı nəzarəti yaxşılaşdırmaq üçün təmas xəttinə ATƏT-in əlavə müşahidəçilərinin cəlb edilməsi təklifləridir. Bu, hər şeydən öncə Ermənistan üçün vacibdir. Çünki o, işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil”.

“Vestnik kavkaz” yazır ki, ABŞ-ın da burada öz məqsədi var: “Vaşinqton bu addımı münaqişə zonasına Rusiyanın “mavi dəbilqəliləri” – sülhməramlı qoşunlarının yerləşdirilməsi təhlükəsinə qarşı atmaq niyyətindədir. Bunu Bakı da qəbul etmir, lakin irəliyə doğru istənilən addım Qarabağda status-kvonun dəyişməsinə gətirib çıxaracaq ki, bu da Ermənistanın uzun müddətli işğalçılıq siyasətinə son qoymağa imkan yaradacaq. Digər ehtimala görə, ABŞ-ın Qarabağda “idarəçilik mexanimzi” Moskvanın regionda aktivləşməsinə qarşıdır”.

Qeyd edək ki, ABŞ-ın irəli sürdüyü Qarabağda “idarəçilik mexanizmi” ideyasının müəllifləri Ed Roysla Eliot Engeldir. Ötən həftə Ed Roys Ceyms Uorliklə birgə keçirdiyi brifinqdə Barak Obama Administrasiyasını Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Roys-Engel təkliflərinin həyata keçirilməsini sürətləndirməyə çağırıb.

Publika.az-ın hər iki konqresmen haqda apardığı kiçik araşdırmada onların erməni diasporu ilə sıx əlaqələrinə dair faktlar ortaya çıxıb.

Ed Roys ABŞ-da Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən bir neçə il öncə yaradılan Ermənistana dəstək qrupunun həmsədri olub. Respublikaçı konqresmen Roys həmçinin, uzun illər “Türkiyədə müsadirə olunmuş xristian kilsələrinin və digər əmlakların geri qaytarılması”na çağırışlar edərək, “erməni soyqırımı”nı tanıtmaq cəhdləri edib. O, eyni zamanda 1992-ci ildə “Azadlığa dəstək akt”na edilən və Azərbaycanı federal yardım alan ölkələrin siyahısından təcrid edən 907-ci düzəlişin saxlanılmasının tərəfdarıdır.

Konqresmen Eliot Engel də siyasi mövqe baxımdan Roysla yaxındır. O, 

Konqresdə müzakirələr zamanı dəfələrlə qondarma “erməni soyqırımı” ilə bağlı məsələ qaldırıb. Bir neçə il öncə Ermənistan KİV-nin yaydığı məlumatlara görə, Engel 2011-ci ilin martında Amerikanın Erməni Assambleyasında Türkiyənin İsrailə qarşı düşmən münasibətindən danışaraq, Ankaranı üzr istəməyə çağırıb, həmçinin, 1915-ci il hadisələrinə görə Türkiyəni ermənilərdən üzr istəməyə razı salmağın vacibliyini diqqətə çatdırıb.

Bu faktlar amerikalı həmsədr Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik göstərməsinin səbəblərinə aydınlıq gətirir. Uorlikin ötən ilin sonlarında qondarma “DQR”-in nümayəndəsi ilə görüşməsi də onun “vasitəçi diplomatiyası” haqda çox şey deyir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031