Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Azərbaycan İvanişvilinin Fondunda

Gürcüstanın sabiq baş naziri, iş adamı Bidzina İvanişvili "Ortaq investisiya Fond" yaradıb. 

ANS PRESS-in məlumatına görə, İvanişvili yeni fondu barədə siyasətdən getdikdən sonra verdiyi ilk müsahibəsi zamanı danışıb. Fonda müxtəlif səhmdarlar tərəfindən kapital qoyulacaq. İş adamının sözlərinə görə, sərmayədarlarda biri də Azərbaycan Dövlət Neft Fondudur. 

“"Ortaq investisiya Fondu "-nun 9 investoru var. Fondun əsas sərmayədarları Maşkeviç, Patarkatsişvili ailəsi, Birləşmiş Ərəb Əmirliyinin iki şirkəti (Dabi Qrup və RAK Investment Authority ), Azərbaycan Dövlət Neft Fondu, həmçinin Qazaxıstanın "KazTransOil",Türkiyənin Çalık Holding AS , Çinin "Milestone" şirkətləri və mənəm. Fondakı kapital payım 1 milyard dollardır. Bir layihə üçün investisiyanın dəyəri 5 milyon dollardan aşağı olmamalıdır. Fondun illik gəliri 15%-dən az olmamalıdır”,-deyə İvanişvili bildirib. 

6 milyard maliyyə vəsaiti olan "Ortaq investisiya Fondu "-nun əsas məqsədi isə Gürcüstan iqtisadiyyatını inkişaf etdirməkdir. Sərmayədarların hər biri fonda yüz milyon dollardan 1 milyarda qədər kapital yatıra bilcəklər. 


Bidzina İvanişvili – Gürcüstanın sabiq baş naziri, iş adamı

İvanişvili qeyd edib ki, fondu idarə edənlər Gürcüstanda maraqlı layihələr seçəcək və ora pul qoyacaqlar.

"Daha kiçik innovativ layihələrin həyata keçirilməsi üçün biz xüsusi kapital fondu yaradırıq. Burada layihələrin dəyəri maksimum 30 milyon dollar ola bilər”.

İvanişvili bildirib ki, fonda daxil olan pulların hansı sahələrə yatırılması üzərində böyük bir işçi qrupu işləyir. “Artıq bizdən milyard dollarlıq proyektlər alıblar. Bunlar su elektrik stansiyasıları, otel və bəzi kənd təsərrüfatı layihələridir. İnsanlar başa düşürlər ki, investorlar var. Əvvələr həyata keçirə bilmədikləri layihələri başlamağa hazırdırlar. Amma əvvələr belə layihələri reallaşdıra bilmirdilər. Çünki lazımi qədər maliyyə vəsaiti yox idi”,-deyən sabiq baş nazir əlavə edib ki, bir neçə ay ərazində 6 milyarda dollar əldə edəcəyik. 

Belə nəticəyə gəlmək olar ki, Azərbaycan Dövlət Neft Fondu da bu layihələrin sərmayədarlarından biri kimi bu gələcəkdə gəlirlərini genişləndirmək imkanı əldə edəcək. 

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Neft Fondu ilə əlaqə saxladıq. Fonddan bildirildi ki, bu məsələ ilə bağlı gün ərzində məlumat veriləcək. 

Dövlət Neft Fondunun əməkdaşlıq etdiyi təşkilatının rəhbəri Gürcüstanın sabiq baş naziri İvanişvili hazırda siyasətdən uzaqlaşsa da, bəzi mənbələrdə onun faktiki olaraq hazırki hakimiyyətin qərarlarına birbaşa təsir etdiyi bildirilir. Son vaxtlar Gürcüstanda sabiq baş naziri İrakli Qaribaşvilinin tutduğu vəzifədən istefa verməsində və onun yerinə Georgi Kvirikaşvilinin təyin olunmasında İvanişvilinin təsirinin kifayət qədər olduğu bildirilir.

O, 2012 –ci ilin sentyabrından 2013-cü ilin dekabrına kimi Gürcüstanın baş naziri olub. Bidzina İvanişvilinin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili kimi Avropa və ABŞ –la yaxşı münsasibətlər istəsə də, belə münasibətləri Rusiya ilə də arzu edir. 


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili – Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili

O, Azərbaycanla da əlaqələrə xüsusi önəm verir. İvanişvili, baş nazir olduğu vaxt Azərbaycana aşağı qiymətə qaz tədarük etdiyinə görə təşəkkür etdiyi halda hazırda hökumətin Rusiyadan qaz ixrac etməsini dəstəkləyir. Bidzina İvanişvili sözlərinə görə, hökumətin Rusiyadan qaz almasında heç bir təhlükə yoxdur.

Azərbaycan qazının Rusiya qazından ucuz olmasına münasibət bildirən İvanişvili vurğulayıb ki, biznes həmişə öz xeyrini bilir və bu nöqteyi-nəzərdən hərəkət edəcək. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031