2015-ci ildə öldürülən erməni hərbçiləri – FOTOLAR
Ermənistan ordusu 2015-ci ildə 71 nəfər hərbi qulluqçusunu itirib. Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, onlardan 40-ı Azərbaycan ordsunun hərbçiləri tərəfindən məhv edilib.
Erməni hüquq müdafiəçiləri cəbhə xəttində ödürülən hərbçilərin fotolarını internetdə yerləşdirib.
Xatırladaq ki, bu göstərici Ermənistanda hərbi itkilər barədə statistikanın aparılmağa başlanıldığı 2011-ci ildən bəri rekord göstəricidir.
Belə ki, 2011-ci ildə Ermənistan ordusunun verdiyi itkilər 32, 2012-ci ildə 52 (14 döyüş itkisi), 2013-cü ildə 30 (6-sı döyüş itkisi), 2014-cü ildə isə 44 hərbçidən (26-sı döyüş itkisi) ibarət olub.