Ermənistanda 4 nəfər “donuz qripi”ndən ölüb
Ermənistanda “donuz qripi” virusuna yoluxanların sayı artıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş infeksionisti Ara Asonyan açıqlama verib.
Məlumata görə son günlər 4 nəfər bu virusdan ölüb.
Ermənistanın xəstəxanalarında “donuz qripi”nə yoluxmuş çoxlu sayda xəstə var. Onlardan 150-si uşaq, 120-si isə hamilə qadındır. Müalicə olunanların 8-i ağır vəziyyətdədir. Onlar süni nəfəs aparatına qoşulublar.