“Qarabağ”dan ilk rəsmi transfer
"Qarabağ" klubu keçmiş futbolçusu Muarem Muaremin keçidini rəsmiləşdirib.
ANS PRESS-in məlumatına görə, bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Klub rəsmisi makedoniyalı yarımmüdafiəçi ilə 2+6 illik müqavilə imzalandığını bildirib. 27 yaşlı futbolçu artıq hazırda Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsinə qoşulub. Muarem Muarem yay transfer pəncərəsində Türkiyənin "Eskişehirspor" klubuna transfer olunsa da, cəmi iki ay sonra komandadan ayrılıb.
Muarem Muarem
Qeyd edək ki, Muarem 2012-2015-ci illərdə "Qarabağ"da çıxış edib.