Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Oxumuş təbəqəni çölə atmaq…

…1990-cı illərin ortalarında “beyin axını”, elm adamının ehtiyac üzündən intihar etməsi, universitet müəlliminin ziyalılıq libasından  dilənçi qiyafəsinə keçib, künc-bucaqda əl uzadaraq insanların qarşısında alçalması faktları cəmiyyət üçün təəccüblü olsa da, acı və qabarıq bir gerçəklik  idi. 

Bu ağır mənzərənin analogiyası indi bizə təkrar olaraq nə qədər yaxın, nə qədər uzaqdır, demək çətindir.

Amma görmək çətin deyil ki, işsizlik və ondan doğan ehtiyaclar  ixtisaslı, böyük iş təcrübəsi olan  təbəqənin  əksəriyyətinin hüzuruna çıxa biləcək qaçılmaz taleyə çevrilir.

Ötən ilin fevralında SOCAR, Azerenerji, Azəriqaz-da ixtisarlar başlayanda, rəsmi qurumlar yaranmış işsizlik haqqında cəsarətlə danışmağa çəkinir, rəqəmləri bir qədər təhrif olunmuş şəkildə açıqlayırdılar.

Dünya gücləri arasında gedən  siyasi ədavətin ortaya çıxardığı amansız iqtisadi proseslər indi bu mövzuda açıq müzakirələri xeyli rahatlaşdırıb. İqtisadçılar, səlahiyyətli insanlar tərəfindən, hətta  bəzi dövlət qurumlarının ləğvi və strukturların birləşdirilməsi barədə təkliflər  çox asanlıqla, həm də  mütəmadi dilə gətirilir.  

Bu təkliflə iqtisadi böhran şəraitində dövləti maliyyə yükündən xilas etməyi hədəfləyənlər qarşılığında onun vətəndaş qarşısında ağırlaşan məsuliyyəti  haqqında  nəinki danışmaq, deyəsən, heç düşünmək istəmirlər.

Bəs, söhbət üzərindən kirimişcə keçilən hansı yükdən və  məsuliyyətdən gedir?

Nəqliyyat Nazirliyi strukturundakı dəyişikliklər, bir qrup cinayətkar  məmurun quldurluğunun güdazına gedən MTN-nin  günahsız personalı, ardınca müzakirədə olan prokurorluq orqanlarında, səfirliklərdə ştatların azaldılması, digər dövlət qurumlarının birləşdirilməsi təklifləri nəticəsində yaranacaq ixtisarlar ixtisaslı kadrların üzləşəcəyi ciddi işsizlik problemindən xəbər verir.

Bu birləşmə ona görə nəzərdə tutulmur ki, hər bir qurumun tərkibində qoşa-qoşa şöbələr, idarələr, mərkəzlər və s. yaradılsın, kadrlar bir çətir altına girsin. O səbəbdən aparılır ki, idarəçilik məhdud personalla yürüdülsün, dövlət büdcəsinin vəsaitlərinə qənaət edilsin. Beləliklə, dövləti düşünərkən, insana qarşı dözülməz laqeydlik baş verir.   

Hər bir dövlət qurumundan uzaqlaşmalı olan kadrları üst-üstə gələndə isə, bu, böyük bir rəqəm təşkil edir və maraqlıdır: kimsə bunun fərqinə varırmı ki, kütləvi işsizlik qeyri-savadlı təbəqədən sonra indi hansı kateqoriyada start götürmək üzrədir?  

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mövcud iş yerlərini qoruyub saxlamaq təşəbbüsü ilə çıxış etməsi  və narahatçılığına rəğmən, iş yerləri tədricən itirilir, yaxşı ehtimallar üzərində düşünmək istərkən, pis ehtimallardan da qaçmaq mümkün olmur.

Günbəgün mürəkkəbləşən, yetərincə suallar ortaya çıxmış bir  vəziyyətdə meydanda maliyyə naziri Samir Şərifov olmalıykən, o, kabinetində düşünür, üzünü və sözünü ictimai rəydən gizlədir.    

Çünki insanların təlaşını söndürəcək tutarlı arqumentlər olduqca zəifdir; hökumətin bir sıra səhvləri nəticəsində qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi çox aşağıdır, özəl müəssisələr iqtisadi böhranın zərbəsindən güclə ayaq üstə dayanır, üz tutacaq başqa alternativ variantlar məhduddursa, bütün bunlar o deməkdir ki, başlanacaq islahatlar insan amili üçün amansız olacaq.  Ali təhsilli, təcrübəli  kadrlar, istər-istəməz çölə atılmış vəziyyətə düşəcək və bu tablo heç də hökumətin xeyrinə işləmir.  

Mübaliğəli yanaşmadırsa, əksini ortaya qoya bilən inandırıcı, real alternativlər çıxış yolunun misalları kimi təqdim edilməlidir. Bu haqda isə, istər müstəqil, istərsə də hakimiyyətyönlü  iqtisadçı kəlmələrində də  epizodik bir qeyd yoxdur.

Dövlətin ağırlaşan yükünün və məsuliyyətinin  adı, təkrar edirik:  ali savad almış, mütəxəssis kadrlardan yaranan və yaranmaq üzrə olan işsizlər ordusudur.  Bu isə zəncirvarı proseslərə aparıb çıxarır, hətta bu ilki tələbə qəbulu kvotasını aşağı salmaq, ali məktəb məzunlarının uzun müddət bekar qalmaq, dolayısı ilə təhsilin mənasızlığını ortaya qoyur. 

Çünki iş, təyinat, şəxsi əməkdən əldə olunan maddi qazanc stimulu  ölən yerdə, başqa məntiqlə düşünmək heç cür  mümkün də deyil.     

Bir ildir, başlayan işsizlik və manatın dəyərdən düşməsi tendensiyası kifayət etmirmiş kimi, arası təkliflərlə, müvafiq sənəd-sünədlərlə şişkin qovluğunu  götürüb, Nazirlər Kabinetinin pilləkənlərini işgüzar görkəmdə qalxanlar baş nazirin masasına qoyduqları beyin məhsulunun (dövlət qurumlarını birləşdirib, ixtisarlara getmək-müəl.) cəmiyyətdə hansı fəsadlar doğura biləcəyini də dəqiq hesablamalıdırlar ki, bunun qarşılığında ictimai aqressiya, sosial giley, intihar, dilənçilik kimi faktlardan sığortalanmaq mümkün olsun.

Çünki dolanma faktoru zəncirvari qazancdır, birinin maddi axsaqlığı domino effekti ilə digərlərini də kasıblığa məhkum edir.

Bu qaçılmaz proqnozlar kompleks olaraq,  sosial fəlakət deməkdir, həm də cəmiyyəti zehni yüklənməyə aparır; əsəbdən üzünün əzələsi titrəyən insanların təmkinin həddini qeyri-müəyyənliyə, yaxşı görünməyən naməlum hadisələrə doğru uzada bilər.

Düşünməli olan kimlərdisə, yaxşı düşünsünlər…

Vəfa Allahverdiyeva

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031