Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

S.Sarkisyan və R.Köçəryan Dağlıq Qarabağdakı soydaşlarımıza qarşı törədilən zorakılıqların müəllifləridir

1988-ci ildən 1993-cü ilədək Azərbaycanın Dağlıq Qarabağ regionunda fəaliyyət göstərmiş qondarma DQR-də rəhbər vəzifələrdə işləmiş, Xankəndi və digər yaşayış məntəqələrindən azərbaycanlıların kütləvi surətdə öz doğma yurdlarından məcburi qovulmaları və qətlə yetirilmələri üçün şərait yaratmış, bu işi həyata keçirmiş erməni quldur dəstələrini maliyyələşdirmiş, silah, sursat, ərzaq, nəqliyyat və sairə zəruri vasitələrlə təmin etmiş R.Köçəryan, S Sarkisyan, A.Qukasyan, S.Babayan, K.Babayan və digərlərinin cinayət əməlləri barədə materiallar toplamaq məqsədi ilə MTN-in Əli-Bayramlı şəhər şöbəsi, Sabirabad, Kəlbəcər, Tərtər, Şuşa və digər rayon bölmələrinə verilmiş sorğular nəticəsində daxil olmuş materialların təhlili zamanı aşağıdakılar məlum olmuşdur:

Ermənistan prezidenti (sabiq prezident-red.) R.Köçəryan 1953-cü ildə Xankəndidə anadan olmuş, 1980-ci illərdə Xarkov Sənaye və Texnologiya İnstitutunu bitirmişdir. 1986-cı ildə Xankəndi Şəhər Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışmışdır. 1986-cı ilin noyabr ayında Xankəndi İpək Kombinatına azad partiya təşkilat katibi seçilmişdir. Həmin vaxtdan başlayaraq kombinatda çalışan azərbaycanlılar müxtəlif bəhanələrlə bir-birinin ardınca işdən qovulmuşlar. 1988-ci ildə artıq kombinatda azərbaycanlı milliyətindən olan işçi qalmamışdır.

R.Köçəryan 1993-cü ildə qondarma ‘‘Dağlıq Qarabağ Respublikası”nın prezidenti seçilənədək “Daşnaksütyun”’ partiyasının və millətçi ‘’Krunk” təşkilatının fəallarından biri kimi antiazərbaycan təbliğatının fəal təşkilatçısı olmuşdur. O, 1991-1993-cü illərdə “Dağlıq Qarabağ Respublikası”nın hərbi birləşmələrinin rəhbəri olmuşdur. Dağlıq Qarabağda yerləşən Rusiyanın hərbi qüvvələrinin rəhbərləri ilə sıx əlaqələr qurmuş, onların döyüş sursatları, texniki imkanlarından və canlı qüvvəsindən azərbaycanlı əhalinin faciəli şəkildə doğma torpaqlarından qovulmasında, Şuşanın, Xocalının və Azərbaycanın digər rayonlarının işğal olunmasında istifadə etmişdir. R.Köçəryanın separatçılıq və digər cinayət fəaliyyətində ən yaxın köməkçiləri Serj Sarkisyan, Samvel və Karo Babayan qardaşları, Arkadi Qukasyan və digərləri olmuşlar.

Alınmış məlumata görə, R.Köçəryan Xankəndidə komsomol komitəsində işlədiyi müddətdə onun iş otağı həmin vaxtlarda ermənilər tərəfindən “Daşnaksütyun” və “Krunk”un fəal dayaq nöqtəsi kimi istifadə olunurdu. 1988-ci il fevralın 12-də azərbaycanlılara qarşı ilk mitinq məhz Köçəryanın rəhbərliyi altında təşkil edilmişdir. Hadisələrin ilk aylarından Xocalı şəhərinin girəcəyində 4 evin yandırılması və azərbaycanlı ev sakinlərinin bir neçəsinin yaralanması ilə nəticələnən təxribat aksiyası konkret olaraq R.Köçəryan, Serj Sarkisyan, Arkadi Qukasyanın təşkilatçılığı və bilavasitə rəhbərliyi altında törədilmişdir.

İlk dəfə Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin “acınacaqlı” vəziyyətdə yaşadıqlarını bildirmək üçün keçmiş Sov. İKP MK – nın milli məsələlər üzrə şöbə müdiri Mixaylovun yanına Moskvaya getmiş 8 nəfər ermənidən biri də R.Köçəryan olmuşdur.

R.Köçəryan ipək kombinatında işləyərkən tokar sexini odlu silahlar və partlayıcı maddələr düzəltmək sexinə çevirmiş və müxtəlif döyüş sursatları hazırlatmışdır. R.Köçəryan həmin dövrdə şəxsən özü odlu silah və döyüş sursatı hazırlamışdır.

1992 – ci il 8 mayın 8-clə Şuşa şəhəri işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən zəbt olunan zaman Şuşa avtobazasının həyətində Zirehli Transpartyorun (ZTP-in) üzərində Ermənistan bayrağının dalğalandığı və bayrağın yanında R.Köçəryanınn fəxrlə durduğu müşahidə edilmişdir.

1988-ci il oktyabr ayının axırında Əsgəran rayon təhsil şöbəsinə azərbaycanlıların əleyhinə təbliğat aparmaq üçün Xankəndindən gəlmiş və yığıncaq təşkil etmiş R.Köçəryan çıxışında türklərin və azərbaycanlıların ermənilərə qarşı bədnam “soyqırımı” təşkil etmələrini xatırladaraq pedaqoji kollektivə bu faciələri heç vaxt yaddan çıxarmamağı və şagirdləri millətçi ruhunda tərbiyə etməyi tapşırmışdır.

Yığıncaqda iştirak etmiş Cəmilli kənd məktəbinin direktoru Qasım Qırxqızlı və onun müavini Quliyev Xudayar bildirmişlər ki, onlar R.Köçəryanın millətçi çıxışına öz etirazlarını bildirərək iclası tərk etmişlər.

Dağlıq Qarabağ hadisələri başlayan vaxtdan ermənilər azərbaycanlı müəllim heyətinə hədə-qorxu gəlməklə ərizələrini yazaraq işdən getməyi tələb etmişlər. Könüllü iş yerini tərk etməyən müəllimlər isə fiziki işgəncələrə va təqiblərə məruz qalmışlar.

R.Köçəryan 1988-1989-cu illərdə qatı millətçi-separatçı fəaliyyətini Xankəndindəki bütün təşkilatlarda ardıcıl surətdə həyata keçirirdi. Azərbaycanlıların öz doğma əraziləri olan Xankəndi və Qarabağın digər yaşayış məntəqələrindən kütləvi qovulmalarında R.Köçəryan, S.Sarkisyan, A.Qukasyan, Samvel və Karo Babayanların fəal rolu olmuşdur. Həmin separatçılar həmçinin 1988-ci il sentyabr ayının 16-da Xankəndində azərbaycanlılara məxsus 50 evin yandırılmasının və bu yönümlü digər faciəli hadisələrin fəal təşkilatçıları olmuşlar.

Eyni zamanda hazırda Ermənistanın müdafiə naziri S.Sarkisyan (hazırda Ermənistanın prezidenti-red.) və qondarma “DQR”in prezidenti A.Qukasyan barəsində aşağıdakı məlumatlar alınmışdır.

Sarkisyan Serj Azatoviç 1952-cı ildə Xankəndidə anadan olmuş, sonralar Yerevan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, məlum hadisələr dövründə Xankəndi Şəhər Komsomol Komitəsinin birinci katibi işləmişdir. S.Sarkisyan R.Köçəryandan fərqli olaraq, olduqca hiyləgər, azərbaycanlılara qarşı hər cür vəhşiliklər törətməyə hazır olan bir şəxsdir.

Separatçı-terrorçu rejiminin başçısı Qukasyan Arkadi Arşaviroviç 1951-ci ildə Xankəndidə anadan olmuş və məlum hadisələr dövründə keçmiş DQMV Komsomol Komitəsinin büro üzvü və rus dilində nəşr olunmuş “Sovetskiy Karabax” qəzetinin redaktor müavini işləmişdir. O, həmin dövrdə azərbaycanlıların əleyhinə tarixi faktların saxtalaşdırıldığı yazılarla bədnam şöhrət qazanmışdır.

Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ regionunda azərbaycanlılara qarşı törədilmiş qanlı hadisələrin, soyqırımın, soydaşlarımızın kütləvi şəkildə və zorakılıqla doğma yurd yerlərindən deportasiyasının və son nəticədə torpaqlarımızın işğal olunmasının başında konkret olaraq R.Köçəryan, S.Sarkisyan, A.Qukasyan dayanır.

Ermənistan Respublikasının hazırki müdafiə naziri (hazırda prezidentdir-red.) S.Sarkisyan Xankəndi şəhərində anadan olmuş, təhsilini Yerevan şəhərində almışdır. Hadisələr başlayan dövrdə o, Xankəndi Şəhər Komsomol Komitəsinin birinci katibi vəzifəsində işləyirdi. “Krunk” və “Daşnaksütyun”nun fəallarından olmuşdur. Xankəndində yaşayan ermənilərin silahla təmin edilməsi, azərbaycanlıları daşıyan Ağdam-Şuşa marşurutunda işləyən avtobusların əvvəlcə daş-qalaq edilməsi, sonra odlu silahla atəşə tutulması nəticəsində 25 nəfərin qətlə yetirilməsini, 1989-cu ildə Ağdamdan Şuşaya uçan “Mi-8” vertolyotunun vurulmasını, Malıbəyli kəndinə ilk hücumu, Əsgəran-Ağdam rayonlarının sərhədində iki azərbaycanlının qətlə yetiılməsini konkret olaraq S.Sarkisyan təşkil etmişdi. Həmin dövrdə S.Sarkisyan Ermənistandan odlu silahın və döyüş sursatlarının gətirilməsi və Dağlıq Qarabağda yaşayan ermənilərə paylanılması ilə məşğul olurdu. S.Sarkisyan cinayətkar fəaliyyətinə görə Ernənistan Respublikasının müdafiə naziri vəzifəsinə təyin edilmişdir. Bu faktın özü terrorizmin Ermənistan Respublikasmda dövlət səviyyəsində dəstəklənməsinə əyani sübutdur.

“Erməni cinayətləri (sənədlər əsasında)”

1905.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031