Rus çarı I Pyotrun erməni xalqına 10 noyabr 1724-cü il tarixli ali fərmanından
“Biz sizi, ailələrinizlə və nəsillərinizlə öz ali İmperator Himayəmizə qəbul etmişik və bundan belə sərbəst yaşamanız üçün Xəzər dənizi boyu yeni alınmış İran əyalətlərimizdə sakit yaşayacaq və öz qanunlarınız əsasında xristian məzhəbinizə qulluq edə biləcək rahat ərazilərin ayrılmasını əmr etmişik. Nə qədər ki, Biz, xristianlıq naminə sədaqətli erməni millətini öz himayəmizdə saxlayırıq, biz bunun naminə sizə Əlahəzrətin fərmanını lütf edirik və həmin yeni alınmış İran əyalətlərinin başçılarına Öz Adımızdan fərman göndərmişik ki, sizdən kimsə oralara gələndə, onlar sizi Gilan və Mazandaranda olduğu kimi, Bakıda və digər uyğun yerlərdə nəinki qəbul etsinlər, hətta yaşamaq və məskunlaşmaq üçün rahat ərazilər ayırsınlar və bundan belə hər cür şəfqətdə və təhlükəsizlikdə saxlasınlar…”
Mənbə: Эзов Г.А. Сношения Петра Великого с армянским народом: Документы, извлеченные из Московскаго Главнаго и С.-Петербургскаго архивов Министерства иностранных дел, Австрийскаго Придворнаго и Государственнаго архива, Королевско-Баварскаго Тайнаго Государственнаго архива и других учреждений. Спб, типография Императорской Академии Наук, 1898, 512 с.