Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

NATO komandanı Putinin Qarabağda hərbi güc tətbiqi haqda

NATO-nun Avropadakı qüvvələrinin komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Filip Bridlav Birləşmiş Ştatları Avropada əlavə qoşun birləşdirmələri yerləşdirməyə çağırıb.

Virtualaz.org “Amerikanın səsi”nin rus xidmətinə istinadən xəbər verir ki, general bu haqda Almaniyada jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

Bridlav deyib ki, ABŞ-ın əlavə qüvvələr yerləşdirməsi Rusiyanın fəallaşdığı bir vaxtda Alyansın nizamnaməsinin 5-ci bəndinin həyata keçirilməsi üçün “qabaqcıl imkanlara” malik olmasına imkan verəcək.

“Əgər Rusiyanın 2008-ci ildən başlayaraq Gürcüstanda, Dağlıq Qarabağda, Krımda və Donbassda, indi isə Suriyada həyata keçirdiklərinə baxsaq çoxlarının düşündüyü kimi, revanşist Rusiyanı görərik. Hansı ki, o, öz hədəflərinə çatmaq üçün milli gücün aləti kimi yenidən hərbi qüvvədən istifadəyə geri qayıdıb”-general Bridlav bildirib.

General Rusiyanın Dağlıq Qarabağda məhz nə etdiyini dəqiqləşdirməyib, ancaq istisna deyil ki, o, münaqişə zonasında ağır silahlardan istifadə olunmaqla mövqe döyüşlərinin şiddətlənməsini  və Rusiyanın Qarabağda sülhməramlı qüvvələr adı altında öz qoşunlarını yerləşdirmək planlarını nəzərdə tutur.

NATO komandanının sözlərinə görə, bu o deməkdir ki, ABŞ Avropadakı silahlı qüvvələrinin əməliyyat planlarında dəyişiklik etməlidir. Filip Bridlav deyib ki, son 20 ildə ABŞ öz hərbi qərarlarını planlaşdıranda Rusiyanı özünün partnyoru kimi görürdü. General deyib ki, indi vəziyyət kökündən dəyişib və ABŞ Avropaya əlavə kontingent göndərməlidir. Və bu proses artıq başlayıb. Məsələn, İspaniyaya ABŞ-ın sayca dördüncü esmnetsi göndərilib, ABŞ quru qüvvələri Avropa ölkələrində rotasiya əsasında briqadalar yerləşdirib.

Filip Bridlav

“Biz qərara almışıq ki, 5-ci Maddənin  tətbiqi üçün qabaqcıl imkanlara malik olmaq baxımından hərbi hazırlığı artırmalıyıq”-general deyib. Onun sözlərinə görə, indi Avropa komandanlığının sərəncamına verilən hər bir əsgər, dənizçi, təyyarəçi və ya dəniz piyadası Rusiyaya qarşı döyüş hazırlığına fokuslanacaq.

Bridlavın sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putinin qabaqcıl və modernləşdirilmiş silahlı qüvvələri ilə nə etmək istədiyini bilmir. “Çoxları məndən soruşur ki, Putinin fikri nədir? Mən onun nə barədə düşündüyünü bildiyimə əmin deyiləm. Lakin görürəm ki, o nəsə edir və bundan da nəticə çıxararaq biz də nəsə etməliyik”-Filip Bridlav bildirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031