Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İrəvanda təşviş: erməni deputat Azərbaycana məğlub olduqlarını etiraf etdi

Ermənistan yanvarın 25-29-da Avropa Şurasının Strasburqda keçiriləcək qış sessiyasına ciddi hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Naira Zoqrabyan deyib.

Qeyd edək ki, sessiyada Britaniyadan olan deputat Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik”, Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər” hesabatları müzakirə ediləcək. Hər iki hesabat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasəti ifşa edir. Gözləntilərə görə, Ermənistan nümayəndə heyəti səsvermə hüququnu belə itirə bilər. Məhz bu qətnamələrdən sonra İrəvanda ciddi təşviş yaşanmışdı. Hətta nümayəndə heyətinin tərkibini dəyişmək haqda da təkliflər irəli sürülmüşdü.

Nümayəndə heyətinin üzvü N. Zoqrabyanın açıqlaması isə Ermənistanda “AŞPA təşvişi”nin hələ də keçmədiyini göstərir.

“Bu qətnamələr bizi narahat edir. Lakin bütün məsuliyyətimlə deyə bilərəm ki, bayram günlərindən başlayaraq bizim nümayəndə heyətimiz, həmçinin, Avropa Şurasına daxil olan ölkələrdəki nümayəndələrimiz buna qətnamələrə qarşı ciddi iş aparıb. Hamımız bu istiqamətdə işləyirik. Yanvarın 25-nə qədər bu şəkildə işimizi davam etdirəcəyik”, – deyə o bildirib.

Lakin erməni deputat etiraf edib ki, qətnamələri gündəlikdən çıxarmaq asan məsələ deyil: “Düzünü desək, bu qətnamələri gündəlikdən çıxara biləcəyimiz haqda optimist fikrə sahib deyilik. AŞPA-dakı hazırkı vəziyyətimiz və mövcud atmosfer bizə optimist olmağa imkan vermir. Hesab edirəm ki, biz taktikamızı dəyişməliyik”.

Erməni mediasının yazdığına görə, yanvarın 8-dən başlayaraq, erməni nümayəndələr AŞPA-ya daxil olan ölkələrə ezam olunacaq və onlar həmin ölkələrdən AŞPA-da təmsil olunan deputatlarla ayrılıqda söhbətlər aparacaqlar.

Lakin N. Zoqrabyan bu haqda danışmaq istəmədiyini bildirib.

“Bu haqda hələlik danışmaq istəmirəm. Lakin bizim hər birimiz nə etməli olduğumuzu və kimlərlə görüşmək lazım olduğunu bilirik. Bu, təkcə nümayəndə heyətinə daxil olan şəxslərə deyil, prosesdə iştirak edən hər kəsə aiddir”, – deyə o bildirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Yanvar 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031