“Ermənistan da bu təhlükələrdən kənarda qala bilməz”
“Rusiya və Türkiyə arasında isti münasibətlər Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan faktoru daxil olmaqla, Ermənistanın maraqlarına təhdid ola bilər”.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan “Azadlıq” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskva-Ankara münasibətlərinin hazırkı gərgin fonunda bu təhlükə bir qədər neytrallaşdırılıb: "Bundan başqa Azərbaycanla Ankara arasında qardaşlıq münasibətləri, habelə Su-24 təyyarəsinin vurulmasından sonra Bakının tutduğu mövqe nəzərə alınmaqla, Moskva ilə Bakı arasında silah satışına dair müqavilələri lobbiçilik edən Rusiyadakı dairələr öz mövqelərinə yenindən baxmalıdır”.
Ş. Köçəryanın fikrincə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin əks-effekti də ola bilər və regionda hərbi-siyasi vəziyyətin dəyişməsinə gətirib çıxara bilər: “Təəssüf ki, Ermənistan da bu təhlükələrdən kənarda qala bilməz”.