“Qarabağ” Türkiyə hazırlığına başladı
Son Azərbaycan çempionu "Qarabağ" artıq Türkiyədədir.
Bakı-İstanbul-Antalya reysiylə səfərə çıxan “Köhlən atlar” artıq “İC Santai” otelində məskunlaşıb. Hazırlığın ilk günündə fitnes zalında çalışan son iki mövsümün çempionu sabahdan etibarən məşqlərə başlayacaq. Bu müddətdə Ağdam klubu 4 yoxlama oyunu keçirməyi də planlaşdırır.
“Qarabağ”ın yoxlama oyunlarının proqramı belədir:
16 yanvar – Traktorsazi (İran)
20 yanvar – Diosqyor (Macarıstan)
23 yanvar – Admira Vakker (Avstrya)
23 yanvar – Yaqelloniya (Polşa)
Qurban Qurbanovun yetirmələri 18 gündən sonra vətənə dönəcək.