Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

Ətraflı

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

Ətraflı

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

Ətraflı

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

Ətraflı

“İstəmirəm nəsə başqa bir xatirə, mənim Şuşalı günlərimə şərik olsun”

Qısa arayış:

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Əsəd oğlu Səfərov 1951-ci ildə Şuşada anadan olub. Ixtisasca iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifələrində çalışıb.
Son illər “Azərbaycan Hava yolları” QSC (“AZAL”)-də işləyib. 2009-cu il fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İsması İçtimai Birliyinin sədri seçilib.
5-6 iyul 2011-ci ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına üzv seçilib.
Ailəlidir, dörd övladı var.

-Bayram müəllim salam, sizinlə görüşə saytımızın “Yurd yerim Qarabağ” adlı layihəsiylə gəlmişik. Niyə məhz ilk ünvan Şuşanı seçdik, çünki, Şuşa doğma Qarabağımızın naz-qəmzəli, gözəllər gözəli, mələk simalı övladıdır. Və bu görüşə vaxt ayirdiğiniz üçün sizə təşəkkür edirik.
“Yurd yerim Qarabağ” deyib görüşünə gəldiyimiz insan yurd yerinin nisgilini, eləcə də Dağlıq Qarabağın azərbaycanlı icmasının yükünü çiynində daşıyan bir insandı..
.

-Mən Aəzrbaycan oğluyam Xalidə xanım, bu yükü çəkməyə borcluyam.

-Şuşada böyüyüb, ərsəyə çatan Bayram müəllim Şuşani necə xatirlayir?

-Çox ağırdı çox, mən Şuşada doğulub, boya-başa çatmışam, orda təhsil almışam, orda işləmişəm, orda ailə qurmuşam, bir sözlə mənim həyatımın ən gözəl, ən mənalı günləri Şuşayla bağlıdır. İndi Şuşasız Şuşalı günlərimlə baş-başayam.
Şuşadan çıxan gündən bu yana desəm ki, yaddaşımda nəsə bir maraqlı, unudulmayan nəsə var, yalan olar. İnanın bu səmimiyyətimə. İnanırsınız ki, heç istəmirəm başqa nəsə maraqlı bir xatirə, mənim Şuşalı günlərimə şərik olsun, həqiqətən istəmirəm.
Elə qoy nə qədər ömrüm varsa, ən xoş xatirələrim Şuşayla bağlı olsun. Elə bir gününm yoxdu ki, yuxumda da, xəyalımda da Şuşaya getməyim.
Mən inanmıram ki, hər hansı bur şuşalı mənim yaşadığım bu hissləri yaşamasın, bu həsrəti çəkməsin. Bu mümkün deyil.
Dünyanın gözəl güşələrindən on gözəli varsa biri də Şuşadi.
Orda istər təbiət istər mədəniyyət, istər insanlarda, təhsil də sanki başqa cür idi. Qonağa münasibət də başqaydı. Orda hər şey müsbətə köklənmişdi.
Bilirsiniz ki, Şuşa ümümdövlət əhəmiyyətli kurort şəhəri idi. Hər il Şuşada sanatoriyalara, turbazalara, pioner düşərgələrinə ölkənin hər yerindən insanlar gəlirdilər, bir ay, iki ay dincəlirdilər.
Şuşa çox qonaq-qaralı olurdu. Yayda oranin əhalisinin sayi bəlkə də iki-üç dəfə artırdı.
Şüşada iki ali məktəbin filialı, Mədəni Maarif, Tibb, Kənd Təssərrüfatı Texnikumları, Musiqi Texnikumu, Usaq Sağlamlıq Sanatoriyası, internatlar, əlil uşaqlar üçün sanatoriya tipli internat, kitabxanalar, mədəniyyət evləri var idi. Bilmirəm ki, hardan danışım, nədən danışım. İnanın ki, mən hər məhləni xatirlayıram. Orda sütun daşlar vardı, hətta o daşların rənginə kimi yadımdadı.

-Əgər rəssam olsaydınız Şuşanı hansı rəngdə çəkərdiniz?

-Bizim bir istedadlı rəssamımız var Rovşən Bayramov. O həqiqətən də burda həmin Şuşanı rənglərə hopdurur.
Şuşanə öz fərziyyəsi ilə fırçaya alır. Hər dəfə o şəkillərə baxanda deyirəm ki, məsələn, a Rövşən orda bu belə idi, bura belə idi. Deyir ki, “müəllim mən belə təsəvvür edirəm, öz xəyyalarımda belə görürəm Şuşanı”.
Onun elə şəkilləri var ki, elə bil həqiqətən orda çəkib. Rovşən vaxti iə Şuşada Rəsm Qalareyasinin müdiri idi.

-Bayram müəllim elə bir xatirəniz varmı ki, Şuşayla, şuşalılarla bağlı siz onu heç kəslə paylaşmamısınız?
-Şuşa və Şuşaşlılar tamam başqadı. Bizmkilər hamıdan seçilirlər.
Nə deyim vallah? Mən Şuşa və şuşaşlılara görə çox təəsübkeşəm.Çox dəyərlidirlər mənim üçün onlar.
İlk növbədə valdieynlərim, müəllimlərim və şuşalılar. Hər bir şeyi yaxşını da, pisi də onlarla bölüşmüşəm. Nə deyim bəlkə söhbət əsnasında xatırlayaram kimsəyə demədiyim xatrələrimdən, amma indi …

-İndi də elə bir işdəsiniz ki, istəsəniz də, istəməsəniz də Şuşalıların əhatəsində, onların xeyrində şərində birlikdəsiniz.

-Bəli məmn çox xoşbəxt hesab edirəm özümü ki, mənə şuşalılar hörmət edirlər. Ölkə rəhbəri, möhtərəm prezidentimiz məni Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edəndə mən artıq ikiqat məsuliiyətin altına girdiyimin fərqinə vardım. Mənim üçün artıq bir borc oldu şuşalıların qayğısına qalmaq.

-Bilirsiniz, mənə bəzən sual verirlər ki, qaçqın-köçkün rayonun icra hakimiyyətimi olar, olmayan torpaqın icra strutukturuna nə gərək var? Anladıram ki, torpaq işğalda ola bilər, amma o yerlərin insanları var, onların problemləri var, onları təhsili var və.s Bu gün köçkün rayonların icra hakimiyyətlərinin işi çox çətindir. Hər rayonun icra strukturu Azərbaycanın müxtəlif rayonlarında məskunlaşaraq fəaliyyət göstərir…

-Həmin rayonların işləri, problemləri digər rayonlarınkına bənzəmir. Bizdə daha çox problem, daha çox görüləcək işlər var.
Ulu öndərin saysiz hesabsiz böyük işləri olub. Onlardan da biri işğal altında olan rayonların icra strukturlarının saxlanılmasıdir. Dünyanın heç bir yerində Dövlət səviyyəsində qaçqınlarla iş üzrə komitə yoxdu. Amma, bizdə var. Bu komitə birbaşa qaçqın və köçkünlərimizin problemləriylə məşğuldu.
Baxın bu gün Avropa 100-150 min qacqınla bacara bilmir. Əlli milyondan yuxarı əhalisi olan Avropa acizlik çəkir. Amma, Azərbaycan? Azərbaycanda hər səkkiz nəfərdən biri məcburi köçkündü. Hələ bu ailələrin hər birində artım var. Elə mənim özüm. Bakıya gələndə bir ailə idim. İndi isə dörd ailə olmusuq. Dörd övladımın üçü ailəlidir. Mənim kimi də digər məcburi köçkünlər.
Məcburi köşkünlər bu gün altmış rayonun 224 kəndində məskunlaşıb. Amma ümumi götürsək 600 kənddə, şəhərlərdə yerləşiblər.
Məsələn Ağcabədi rayonun hanisa bir meşecilik idarəsi var biri orda, biri nə bilim hansısa bir fermanın qiş yataqinda. O adamların hamısı ilə bizim icra numayəndələri əlaqə saxlayirlar. Şuşanin camaatı əlli beş rayonda yerlesib.

-İqlimə öyrəşmək də var..

-İqlimə öyrəşmək… Təbii buna məcburuq.
Hə xatırladım, heç yerdə demədiyim bir şeyi deyim. 1992-ci ildə mən Bakiya köçmək istəmirdim. Naxcivandan başqa demək olar ki, Azərbaycanin bütün bölgələrini gedib gəzdim. Hardasa Şuşanı az da olsa əvəz edə bləcək bir yer olacağı ümidi ilə axtardım. Amma… Olmadı… Tapa bilmədim, seçə bilmədim.
Şamaxi aşırımında bir yer vardı. Yolun yuxarı başında bir köhnə erməni kəndi, adını unutmusam. Sonradan Günəşli adlandırdılar.
Dedim qohum-əqarabanı gətirim burda məskunlasaq. Biz on baci-qardasiq. Bir də dedim başqa qohum-əqrabadan da kim istəyər gələr burda yaşayar.
Qəfildən uşağın dişi ağradı, indi qalmışıq carəsiz həkim yox, xəstəxana yox, o yox, bu yox…
Sanki qəfildən ayıldım, ilahi mən nə edirəm. Bu camaatı hara çəkib gətirirəm. Bunun sabah həkimi var, məktəbi var, min problemi var.
Onda artıq bu fikrimdən daşındım və Bakıda yaşamağa qərar verdim, müvəqqəti də olsa.

İndisə keçək bu mənfur qonsularımıza. Bayaq bir əhvalat danışdınız ki, Şuşada bir erməni qəssab var…

-Hə, deyirlər başı havalanıb. Hər gün gedir bir kisə torpaq götürür gətirir dükanın qarşısına qoyur. Və gəlib keçən görəndə o torpaqdan çəkir kağız torbaya deyir ki, “torpaq istəyirdiniz köpək uşağı, bu da torpaq”.
Hə başqa bir erməni də demişdi ki, əgər bu gün bir nəfər qapımı döysə, mənim onun qarşısına çıxacaq imkanım yoxdu.
Bu gün erməninin belə yuxarıdan danışmağına baxmayın, ac-yalavac gündə yaşayırlar.
Xaricdə yaşayan pullu ermənilərin dəstəyi olmasa onlar qırılıb gedərlər.

-Olurmu heç evdə yalnız Şuşa mətbəxindən yemək hazırladasınız, yəni oranın elə bir yeməyi varmı ki, siz onu tez-tez yeyirsiniz?

-Əslində, mən xasiyyətcə yemək barəsində o qədər də həssas deyiləm. Yəni Allah verəndən nə olsa, daşdan yumşaq yeyəcəyəm. Deyim ki, xüsusi sifariş edib evdən çıxıram ki, mən gələnə bu yeməyi hazırlayın, yox yalan olar.
Amma,qaldı ki, Şuşa mətbəxindən sevdiyim yeməyə, biz tərəflər plov sevənik. Plovun çox növünü bişirərlər bizimkilər. Məsələn, şüyüdlü plov, zoğallı plov, döşəmə plov və s.
Mən də bunları sevdiyim üçün, bişiriləndə ləzzətlə yeyirəm…(gülür)

-Bayram müəllim, siz icra hakimi olmaqdan başqa bir vəzifə də icra edirsiniz-Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri olaraq. Bir az da bu qurumun fəaliyyətindən danışsanız.

-Bu qurumun məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin doğma torpaqlara qayıtmasına yardım etməkdir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb.
ATƏM/ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edir.
Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınıb. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradıb.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu.
İcmanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün təcavüzkarın ifşası istiqamətində, eləcə də münaqişənin nizama salınması prosesində Azərbaycanın milli və dövlətçilik maraqlarından çıxış edərək daha səmərəli fəaliyyət göstərməsi çox vacib və əhəmiyyətli olduğunu nəzərə alaraq dövlət başçısı cənab İlham Əliyev 2009-cu il avqustun 31-də “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Sərəncam imzaladı.
Sərəncamda 65 min nəfərdən çox insanı birləşdirən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolunun əhəmiyyətli dərəcədə artdığı vurğulanaraq, icmanın keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilməsi və idarəetmə strukturlarını yaratması bildirilirdi.
Dövlət başçısı tərəfindən Daqlıq Qarabağın azərbaycanlı icmasına göstərilən qayğı və diqqət, icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul verdi. Bu istiqamətdə İctimai birlik fəaliyyətini genişləndirərək, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq, eləcə də düşmənin ifşa olunması məqsədilə Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir.

Ümumiyyətlə, Dağlıq Qarabağın 65 mindən artıq azərbaycanlı əhalisinin fəallığının artırılması istiqamətində görülən işlər çox zəruri və təqdirəlayiqdir. Bu baxımdan Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının yeni binasının istifadəyə verilməsi icmanın fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İcmanın nüfuzlu şəxslərdən – Azərbaycanın tanınmış ziyalıları, görkəmli elm və mədəniyyət xadimlərindən ibarət olan idarə heyəti artıq öz fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, istər ölkə daxilində, istərsə də respublikadan kənarda beynəlxalq qurumlarla əlaqələrini genişləndirir. İctimai Birliyin fəaliyyətini daha da canlandırmaq üçün təşkilatlanma işləri sürətlənməli, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması üçün keçirilən tədbirlərin coğrafiyası genişləndirməklə, Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq lazımdır.
Onu da qeyd edim ki, tezliklə torpaqlarımızın azad olunmasına və 2016-cı ilin xalqımız üçün uğur ili olacağına əminəm.
"İstəmirəm nəsə başqa bir xatirə, mənim Şuşalı günlərimə şərik olsun"-Bayram müəllim, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münaisbətilə İnform.az ailəsi adından təbrik edirik.
Yeni ilin ilk günlərində oxucularımıza təqdim edəcəyimiz bu layihəmizin də ayağının düşərli olacağına və qələbə müjdəsi ilə İsa bulağında sizlərlə həmsöhbət olacağımıza inanaq.

-Çox saq olun, mən də sizin kollektivi, başda siz olmaqla bu bayramlar münasibətilə təbrik edir, Yeni ildə yaradıcılıq uğurları arzulayıram. Başladığınız bu önəmli layihənizin qonaqlarının yaxın günlərdə o gözəl məkanlarda-Qarabağımızda sizinlə həmsöhbət olmalarını diləyirəm.

Xalidə Xalid/İnform.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.06.2021, 15:57

Şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün əkinlər yekunlaşmışdır

• 15.06.2021, 18:47

Müdafiə sənayesi sahəsində əlaqələrimiz fərqli şəkildə inkişaf edəcək – Ərdoğan

• 15.06.2021, 18:41

Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

• 15.06.2021, 18:39

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

• 15.06.2021, 18:36

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

• 15.06.2021, 18:34

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

• 15.06.2021, 18:31

Əliyev Ərdoğanla “Zəngəzur dəhlizi” ilə bağlı razılaşma əldə edildiyini bəyan etdi

• 15.06.2021, 18:10

İlham Əliyev və Ərdoğan Şuşa bəyannaməsini imzaladı

• 11.06.2021, 17:02

Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk Azərbaycan Prezidenti

• 11.06.2021, 16:59

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

• 11.06.2021, 16:54

NATO sammitində Qarabağ müzakirəsi… – Ərdoğan

• 11.06.2021, 16:44

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

• 11.06.2021, 16:41

Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirir

• 11.06.2021, 16:34

Azərbaycan və Ermənistan münasibətləri sıfırdan necə qurmalıdırlar?

• 11.06.2021, 16:32

“Gallup”un sorğusunda Koçaryan Paşinyanı üstələdi

• 11.06.2021, 16:28

Müharibə əlilləri bu rüsumlardan azad ediləcək

• 11.06.2021, 16:19

Bayden və Makronun Ərdoğanla görüşünün SİRLƏRİ AÇILDI: Qarabağa dönüş və Rusiyanın…

• 11.06.2021, 16:16

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı ÇIXDI

• 11.06.2021, 16:13

Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

• 11.06.2021, 16:11

“15 iyun Azərbaycan xalqına bəxş olunan Qurtuluş Günüdür” ŞURA SƏDRİ ŞƏRH ETDİ

• 11.06.2021, 14:41

Füzulinin Gecəgözlü kəndi

• 09.06.2021, 15:44

Ərdoğan Şuşaya səfər edəcəyini söylədi – VİDEO

• 31.05.2021, 11:03

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılsın və çevik tədbirlər görülsün – Zakir Həsənov

• 31.05.2021, 10:44

Zəngilanda erməni təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi xəbərləri həqiqəti əks etdirmir – DSX

• 27.05.2021, 11:45

28 May – Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2016
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031