Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

Ətraflı

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

Ətraflı

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

Ətraflı

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

Ətraflı

“Avtomatla tanka-topa qarşı dururduq…”

“Cəbhə xətti” layihəsinin bugünkü qonağı Aydın Aqil oğlu Eyvazovdur. O, 1974-cü ildə Laçın rayonunda anadan olub, orada boya-başa çatıb. Birinci Qarabağ müharibəsi əlilidir. Evlidir, iki övladı var.(axar.az)

Aydın bəylə müsahibəmiz Əlillərin Bərpa Mərkəzində baş tutdu. Düzü, onun ağrıdığını görüb müsahibə verməyəcəyini düşündüm, ancaq bizim istəyimizi yerə salmadı və müsahibəmiz baş tutdu. Müsahibəyə Aydın bəyin ayaqlarındakı qəlpə izlərinə baxaraq başlayıram:

Aydın bəy, istərdim müharibəylə bağlı xatirələrinizi danışasınız. Əvvəlcə deyin, necə oldu müharibəyə getdiniz?

– Əvvəla, sizi salamlayıram, xoş gəlmisiniz. Bizi hər kəs unutduğu bir vaxtda xatırlamağınız sevindiricidir. Mən orta məktəbi bitirdikdən sonra Laçın rayonu işğal olundu, biz Bərdəyə qaçqın düşdük. Orada tam yerləşdikdən sonra könüllü olaraq Bərdə batalyonuna qoşuldum. Bizi ilk dəfə Ağdərə rayonunda gedən döyüşlərə yolladılar. Böyük qardaşım orada döyüşdüyündən mənə qızğın döyüşlərə girməyə imkan vermirdi. Onu da deyim ki, ermənilər bizə hücum edəndə əlimizdə ancaq avtomat vardı. Düşünün, tankların qabağında avtomatla nə etmək olar? Dəhşətli qırğınlar oldu, batalyonumuz çoxlu itki verdi. Hərə bir tərəfə səpələndi. Sonra bizi Füzuli rayonunun Bəhmənli kəndinə yolladılar. Orada dəhşətli döyüşlər oldu. Gözümün qabağında bir əsgərimizi topla vurdular, parçalarını tapıb yığa bilmədik. Ağcabədidən bir oğlan vardı, onu da çox pis vurdular… Bunları danışmaq mənə çox çətindir.

O cür dəhşətin içində yəqin ki, insanda bir qorxu hissi olurdu…

– 18 yaşım vardı, etiraf edim ki, çox qorxurdum, axı hələ gənc idim. Buna baxmayaraq, son damla qanıma qədər döyüşməli idim. Müharibə dəhşətli bir şeydir. Füzuli rayonundan sonra Ağdam rayonunda oldum, 1994-cü ildə ayaqlarımdan yaralandım, iki ayağımdan PK ilə vurdular.

Onları Xocalı əsirlərilə dəyişməli idik

– Bəs batalyonda xanım döyüşçülərimiz də var idimi?

– Hə, Gəncədən xanım döyüşçülər də vardı, kişi kimi vuruşurdular. Çox yaxşı komandirlərimiz vardı, əsil qəhrəman idilər. Biz ermənilərdən əsir götürmüşdük, amma komandirlərimiz onlarla pis davranmağa imkan vermirdilər. Çünki onları Xocalı əsirlərilə dəyişməli idik. Ağdamda da ağır döyüşlərim olub. Yaralanana qədər hansı batalyon dağıldısa, bir başqasına qaçmışam. Nə olursa-olsun vətən bizimdir! Yaralanandan sonra artıq yararsız hala düşdüm, 1994-cü ildə tərxis olundum.

– İndi vəziyyətiniz necədir, dövlət sizə kömək edirmi?

– Mən zülm içində yaşamışam, çox əziyyət çəkmişəm. Həkimlər deyib ki, ayaqlarım çürüyür, elə indi də damarların işləmir. Doğrusu, mən yaralarımın üstünə çox gec düşdüm. Dövlət tərəfindən də… Cənab Prezidentimiz bizə maşın bağışlayıb. Prezident təqaüdü və pensiya alıram.

Erməninin əlini sıxmaram

– Aydın bəy, müharibə haqda müxtəlif filmlər çəkilir. Mənə maraqlıdır, bəs siz necə bir film çəkərdiniz?

– Çəkilən bəzi filmlər xoşuma gəlir. Rejissor olsam, müharibəni olduğu kimi çəkərdim. Bilirsiniz, müharibəni yaşayan insan təbii film çəkə bilər.

 – Əgər elə bu gün torpaqlarımız işğaldan azad olunsa, keçmiş bir erməni döyüşçüylə rastlaşsanız, onun əlini sıxardınızmı?

– Əsla! 100 il keçsə belə, erməninin əlini sıxmaram. Çünki mən gəncliyimi, ayaqlarımı onların işğalı  nəticəsində itirmişəm. Bugünkü Ermənistan Azərbaycan torpaqları üzərində qururlub. Əslində, Ermənistan deyə bir yer yoxdur, olmayıb da. Onlar tarixən Azərbaycanın düşməni olublar. Məncə, qan tökülərək alınan torpaq sülh yoluyla verilməz. Biz gərək müharibə edib, öz torpaqlarımızı alaq. 2016-ci il inşallah, bizə uğurlu olar.

Ermənilər çox qorxaqdırlar

– Sizcə, erməni əsgəri ilə bizim əsgərimizin fərqi nədir?

– Bizim vaxtımızda əsgərimiz əliyalın, tank önündə vuruşurdu. Ermənilər bütün texnikaları olmasına baxmayaraq, qorxaq idilər, bizdən çəkinirdilər. Bugünkü gənclərimiz də erməni əsgərindən şəxsiyyəti, mərdliyi ilə seçilir. Çünki bizim əsgərlərimiz öz vətənin qoruyur, onlarsa işğalçıdırlar.

– Son olaraq, gənclərimizə nə deyərdiniz?

– Gənclərimizə də sözüm budur ki, vətəni təmənnasız sevsinlər. Bu gün mənim ayaqlarım yer tutsa, vətənimi qorumağa hazıram.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.06.2021, 15:57

Şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün əkinlər yekunlaşmışdır

• 15.06.2021, 18:47

Müdafiə sənayesi sahəsində əlaqələrimiz fərqli şəkildə inkişaf edəcək – Ərdoğan

• 15.06.2021, 18:41

Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

• 15.06.2021, 18:39

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

• 15.06.2021, 18:36

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

• 15.06.2021, 18:34

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

• 15.06.2021, 18:31

Əliyev Ərdoğanla “Zəngəzur dəhlizi” ilə bağlı razılaşma əldə edildiyini bəyan etdi

• 15.06.2021, 18:10

İlham Əliyev və Ərdoğan Şuşa bəyannaməsini imzaladı

• 11.06.2021, 17:02

Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk Azərbaycan Prezidenti

• 11.06.2021, 16:59

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

• 11.06.2021, 16:54

NATO sammitində Qarabağ müzakirəsi… – Ərdoğan

• 11.06.2021, 16:44

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

• 11.06.2021, 16:41

Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirir

• 11.06.2021, 16:34

Azərbaycan və Ermənistan münasibətləri sıfırdan necə qurmalıdırlar?

• 11.06.2021, 16:32

“Gallup”un sorğusunda Koçaryan Paşinyanı üstələdi

• 11.06.2021, 16:28

Müharibə əlilləri bu rüsumlardan azad ediləcək

• 11.06.2021, 16:19

Bayden və Makronun Ərdoğanla görüşünün SİRLƏRİ AÇILDI: Qarabağa dönüş və Rusiyanın…

• 11.06.2021, 16:16

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı ÇIXDI

• 11.06.2021, 16:13

Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

• 11.06.2021, 16:11

“15 iyun Azərbaycan xalqına bəxş olunan Qurtuluş Günüdür” ŞURA SƏDRİ ŞƏRH ETDİ

• 11.06.2021, 14:41

Füzulinin Gecəgözlü kəndi

• 09.06.2021, 15:44

Ərdoğan Şuşaya səfər edəcəyini söylədi – VİDEO

• 31.05.2021, 11:03

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılsın və çevik tədbirlər görülsün – Zakir Həsənov

• 31.05.2021, 10:44

Zəngilanda erməni təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi xəbərləri həqiqəti əks etdirmir – DSX

• 27.05.2021, 11:45

28 May – Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Yanvar 2016
BE ÇA Ç CA C Ş B
« Dek   Fev »
 123
45678910
11121314151617
18192021222324
25262728293031