160-dan artıq əcnəbi biznesmen Qarabağa investisiya yatırıb
Azərbaycanın işğal atındakı torpaqlarına əcnəbi biznesmenlər investisiya yatırır. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejimin “iqtisadiyyat naziri” Andranik Xaçatryan məlumat verib.
Onun sözlərinə görə, Qarabağdakı 160-dan artıq şirkətdə əcnəbilərin investisiya payı var. O, həmin investorların böyük əksəriyyətinin Rusiya, Argentina, İsveçrə, Fransa, Kanada və ABŞ vətəndaşı olan diaspor ermənilərindən ibarət olduğunu bildirib.