Xocalıdan bəhs edən film beynəlxalq telekanalda
Dekabrın 11-12-də beynəlxalq “Eurochannel” televiziya kanalında Xocalı qətliamının qurbanlarına ithaf olunan “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi keçiriləcək.
Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində çəkilən film bir çox beynəlxalq mükafatlara layiq görülüb. Filmin nümayişi haqqında məlumat “Eurochannel”ın veb saytında yerləşdirilib. Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub. Filmin rejissoru Aleksandras Brokasın “Eurochannel” kanalının saytında müsahibəsi də yer alıb.