Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri – O bir gündə 12 erməni direktoru işdən qovub

1947-ci il. Müharibədən çıxmış qara şəhər – Bakı hələ ki, ağ günə həsrətdir. Müharibənin özündən sonra qoyub getdiyi aclıq, səfalət bu şəhəri cənginə alıb. Bu qara aclıq günlərinin birində tramvayda iki yeniyetmə qız qəfil bir elanla rastlaşır. Həmin elanda yazılırdı ki, 7-ci sinfi bitirən oğlan və qızlardan kim yeni açılan Neft Texnikumuna sənəd versə, imtahansız qəbul olunacaq və ayda 264 rubl təqaüd də alacaq.

Həmin xanımlar yalnız bir səbəbə görə – təqaüd xatirinə o dəqiqə bu elanın arxasınca gedirlər. Bir müddət sonra isə ilk aldıqları təqaüdlə sevinə-sevinə Bakı küçələrini gəzərək, evlərinə nə isə almaq istəyirdilər. O zaman həmin qızların yalnız 15 yaşı var idi…. Vaxt gələcək, həmin 15 yaşlı qızlardan biri nəinki Azərbaycanın, hətta o vaxt dünyanın lider dövləti olan SSRİ-nin tarixinə düşəcəkdi. Vur-tut 29 yaşı olanda Azərbaycan SSR-in məişət xidməti və yerli təsərrüfat naziri seçiləcəkdi.

Modern.az saytının təqdim etdiyi bu yazıda 29 yaşlı xanım nazir – Nəbibə Həsənovadan bəhs olunur. O, 28 yaşında nazir müavini, bir il sonra isə nazir seçilməklə SSRİ tarixinin ən gənc naziri adını qazanıb.

1950-ci illərin əvvəli…

Hələ ki adı tarixə yazılası bu xanım tələbədir. Özü də Moskva Sənaye İnstitutunu çətinliklə oxuyan bir tələbə. Rus dilin yaxşı bilmədiyindən marksizm-leninizm kimi ağır fəndən kəsilir. Geriyə isə qayıtmaq olmazdı. Bu, sadəcə mümkün deyildi. Evdən böyük çətinliklə etirazlara sinə gərərək, icazə ala bilmişdi. Getsəydi, daha geriyə dönüş ola bilməzdi. Çünki qayıtsaydı, ailəsi onu bir daha buraxan deyildi. Odur ki, gənc qız akademik məzuniyyətə çıxır. Moskva kimi böyük şəhərdə çətinliklərə baxmayaraq həm yaşayır, həm çalışır, həm də rus dilini öyrənirdi. Tolstoyun “Anna Karenina” romanı ona bu dili mənimsəməkdə kömək oldu. Min bir çətinliyin hesabına 1957-ci ildə institutu bitirdi. Bakıdakı Əli Bayramov adına Tikiş fabrikinə mühəndis kimi təyinat aldı. O zamn onun cəmi 23 yaşı var idi. Üstündən cəmi 6 il keçəcək və o, bu sahənin birinci şəxsinə çevriləcəkdi -yəni nazir olacaqdı…

1963-cü il…

Haqqında danışdığımız xanım Nəbibə Həsənova artıq işə başladığı sahədə ildırım sürətiylə irəliləyirdi. İşlədiyi müəssisənin başına keçəndən sonra sənaye sektoruna bir sıra yeniliklər gətirdi. Çox keçmədi ki, onu respublika yerli sənaye nazirinin müavini təyin etdilər. O zaman artıq iki azyaşlı uşağı olan N.Həsənovanın ailəsində problemləri başladı. Ailəyə çox vaxt sərf edə bilmədiyindən həyat yoldaşı ilə münasibətlərində anlaşılmazlıqlar yarandı. Amma o bilmirdi ki, hələ qarşıda daha bir post var. Günlərin bir günü o zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri və yerli sənaye naziri kabinetinə dəvət edib və çox danışmadan kiçik konverti ona verdi. Yeganə olaraq onu bildirdi ki, “sən bu konverti SSRİ Ticarət Palatasına təqdim etməlisən”. Nazir müavini olmasına baxmayaraq Nəbibə Həsənova başa düşməmişdi ki, əslində konvertdə onun nazir kimi yuxarılara təqdimatı yazılıb. Nəbibə xanım Moskvadan qayıdanda artıq respublikanın məişət xidməti və yerli təsərrüfat naziri idi. O vaxt Moskvada nəşr olunan «Oqonyok» jurnalında dərc edilmiş şəklin altında yazılmışdı: «SSRİ-nin ən cavan (29 yaşlı) qadın naziri Nəbibə Həsənova».

Fəhlə qızı, novxanılı balası və erməni qənimi…

Nəbibə Həsənova Bakının Novxanı kəndində anadan olub. Atası fəhlə-ocaqçı, anası isə evdar qadın idi. Nəbibə xanım gənc yaşında nazir olanda üçüncü uşağına hamilə idi. Buna baxmayaraq, uşaq doğulana qədər o vəziyyətdə çalışıb. Karyerası müddətində ona mane olmaq istəyənlər çox olub. Xüsusən də ermənilər bu işdə aktivlik göstəriblər. Amma Nəbibə xanım da sakit durmayıb. Bir gündə düz 12 erməni direktorunu işdən azad edib. Onun erməni əsilli 12 direktoru respublika rəhbərliyi ilə məsləhətləşmədən vəzifədən azad etməsi yuxarılarda birmənalı qarşılanmayıb. Hətta sensasiya doğurub. Nəbibə Həsənova 1989-cu ildən fərdi dövlət təqaüddədir..

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2015
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031