Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağda və müasir Ermənistan ərazisindəki kilsələrin üslubu alban məbədlərinin memarlıq üslubudur

XV əsrdə erməni kilsəsi Kilikiyadan Eçmiədzinə köçdü. XIX əsrdə çar Rusiyası Qafqazda xristian dövlətləri anklavı yaratmaq niyyətində idi. O vaxt Gürcü çarlığı hələ mövcud idi. Çar hökuməti Azərbaycan sərhədləri hüdudunda Alban dövlətini yaratmağı nəzərdə tutmuşdu. Üçüncü xristian dövləti isə Zaqafqaziyada heç vaxt öz dövləti olmayan Ermənistan olmalı idi.

Məhz həmin vaxtdan etibarən qədim alban torpaqlarına – xüsusilə də Qarabağ və Zəngəzura İran və Türkiyədən fəal surətdə ermənilər köçürülməyə başlandı. Lakin 1828-ci il tarixli Türkmənçay müqaviləsi çar Rusiyasının niyyətlərini dəyişdi. Rusiyanın əlinə Azərbaycan ərazilərində daha güclü erməni dövləti yaratmaq fürsəti düşmüşdü. “Böyük Ermənistan” ideyası belə yarandı. O Rusiya imperiyası ilə müsəlman dünyası arasında buferə çevrilməli idi. Məkrlilik baxımından dahiyanə olan bu planının mərkəzi müddəalarından biri Alban kilsəsini ləğv etməkdən və onun bütün mülkiyyətini, arxivlər və sənədləşdirmə də daxil olmaqla Eçmiədzin kilsəsinə verməkdən ibarətdi. Bu, 1836-cı ildə I Nikolayın fərmanı ilə baş tutdu. Nəticədə Qarabağın bütün kilsələri erməni kilsəsi adlandırılmağa başlandı, vilayətin xristian əhalisi isə ermənilər kimi qeydə alındı. Qafqaz Albaniyası əhalisinin böyük əksəriyyəti İslamı qəbul etdikdən və türkdilli Azərbaycan etnosu tam bərqərar olduqdan sonra, Azərbaycanın yerli əhalisindən yalnız etnik azlıqlar xristianlığa etiqad etməkdə davam edirdilər. Onlar arasında qədim Albaniya ilə mədəni və mənəvi bağları qoruyan udinlər xüsusi yer tutur. Lakin çar hökumətinin dəstəyi ilə udinləri Eçmiədzin kilsəsinin tərkibində hesablamağa və onları erməni kimi qeydə almağa başladılar. 1853-cü ildə udinlərin öz kilsələrinə getmələrini qadağan edən və onların yaşadıqları yerin yaxınlığında erməni kilsəsinin tikilməsi haqqında fərman dərc olundu. Nəticədə XIX əsrin ortalarında Qarabağada çoxlu udin kəndləri olsa da, XX əsrin əvvəllərində onların biri də qalmamışdı. Zorla “erməniləşdirilməyə” müqavimət göstərən udinlər həm öz kilsələrinə, həm də erməni kilsəsinə getməklərini dayandırdılar. Bir çoxları öz uşaqlarını xaç suyuna salmaq üçün Gürcüstan gedirdilər, Azərbaycanda rus pravoslav kilsəsi yarandıqdan sonra isə Bakıya və Gəncəyə getməyə başladılar. Nəticədə udinlərin əksəriyyəti pravoslavlığa itaət edirlər. 1989-cu il əhalinin siyahıya alınmasına görə, keçmiş Sovet İttifaqında 8 min udin vardı. Onlar əsasən Azərbaycanın Qəbələ və Oğuz rayonlarında yaşayırlar. Vaxtilə çoxsaylı olan bu xalqın yalnız kiçik bir hissəsi öz milli və dini özgürlüklərini saxlayıblar. Udinlərin inancları xristianlıqla bəzi bütpərəst təsəvvürlər, hətta islamla sinkretik vahidlik təşkil etsə də mütəxəssislər asanlıqla bu ənənələrin Qafqaz Albaniyası ilə aydın əlaqələrini aşkarlamaqda çətinlik çəkmirlər. Qarabağda və müasir Ermənistan ərazisindəki kilsələrin üslubu alban məbədlərinin memarlıq üslubudur. Udin etnosunun ən müqəddəs abidələri içərisində bu gün yalnız xarici divarı və yeraltı saxlancları da daxil olmaqla bəzi tikililəri qalan Ləki monastırı seçilir. Alban kilsəsinə həmçinin aşağıdakı məbədlər daxildir – Mamrux (Zaqatala rayonu – IV əsr), müqəddəs Yelisey (VI-XIII əsrlər), Xatravak (XIII əsr), Böyük Aran (VI-XIII əsrlər), Gəncəsar (Ağdərə rayonu – XIII əsr), Yedi kilsə (V-VIII ərlər), Amaras (Xocavənd rayonu –IX-XIII əsrlər), Xotavənk (Kəlbəcər rayonu – XIII əsr), Həmşivank (Gədəbəy rayonu – XIII əsr), Hütəbənk (Hadrut rayonu (Hadrut rayonu – XIII əsr), Tatev (Zəngəzur rayonu – IX-XI əsr), Ağarsin (İcevan rayonu IX – XIII), Qoşavənk (İçevan rayonu – XI – XIII), Keçaris (İcevan rayonu XI-XIII əsr).

“Право выбора”,qəzeti

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2015
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031