Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qədim Səhranın xaqanları

Dünya xəritəsində yer almış dövlətlər sırasında ərazisinə görə 9-cu yerdədir. Ərazisi 2 milyon 730 min kilometrdir. Bu ərazinin 44 faizini səhradan, 12 faizi isə yarımsəhralardan ibarətdir. Bu səhralarda nələr olmadı? Kimlər doğulmadı? Kimlər yaşamadı? Kimlər gəlib keçdi, kimlər at oynatdı, kimlər qaldı?!.. Türk xaqanlarının, monqol Çingiz xanın və Qızıl Ordanınn, Göy türklərin xanlıqlar qurub, döyüşlər etdiyi, toy çadırları, oğul yurdları saldığı qədim, sirli səhralar. Bu il xanlıqlarının 550 illiyini qeyd edən Qazax elinin və Türk xaqanlarının kiçik səhralara sahib olma səhifələrini, bir balaca da V-VI əsrlərdəki tarixlərinivərəqləmək istəyirəm. Yəqin ki, oxucularımız üçün də maraqlı olacaq. Ulu türk tariximizi dərindən bilməsək TARİX bizi bağışlamaz!!!

Səhrada xanlıqların yaranması tarixi üçün ilk Türk xaqanlığının qurulduğu dövr 556-603-cü illəri əhatə edir. Hələ o zamanlarda Böyük İpək yolunu özündə biləşdirən bu mavi göylərin bəyaz səhralarınin xanları Çin, Fars və Avropa ilə ticarət, sənətkarlıq əlaqələri qurmuşdu. Sonra bu birgəliyə Xəzər xanlığı, Aşina tayfası, Tyan-Şandan Türkeş xaqanlığı, Karluk xaqanlığı da qoşulmuşdular. Elə bu vədələrdə ərazi Böyük Türkistan səhraları adını almışdı. Türk tayfalarının tarixi səhifələrinin ağrılı səhifələrindən biri də odur ki, hər kəs “MƏN” deyib, o biri “MƏN”lə vuruşdu. Ən azı İlteriş xanın VI əsrdə çağırdığı Qurultayda Mengu daşa vurduqları BİRLİK möhürünü, Güntəkinin yazdığı Birlik Nizamnaməsini həyatda qoruya bilmədilər. Qardaş-qardaşla, tayfa-tayfa ilə vuruşdu çox vaxt. Qədim səhrada hakimiyyətinin gücləndiyini hiss edən Məvarənnəhr və Xarəzmlər qazaxların köçəri tayfaları ilə qanlı müharibələrə başladılar. 1237-ci ildə yerli qıpçaqlar qarşılaşdıqları ordudan gücsüz olduqlarını hiss edib, Batı xanın rəhbərliyi ilə, monqolların ordusunda xidmətə keçdilər. Və Xarəzmşahlara qarşı birləşərək, Şərqi Avropanı zəbt etmək planını gerçəkləşdirdilər. Böyük Türk səhraları üç monqol ulusunun tərkibində birləşdi. Sərkərdələri isə Çingiz xanın oğlanları oldu. Şərqi Dəşti qıpçaq səhraları Balxaşa qədər Çingizxanın böyük oğlu Cuçiyə tapşırılmışdı. Şərqi Türküstana ikinci oğlu Çığatay nəzarət edirdi. Üçüncü oğlu Tərbağataya isə Mərkəzi Asiyadakı yuxarı İrtış və Şərqi Monqolustan həvalə olunmuşdu. Çingiz xan Xarəzmin bir hissəsini Şərqi Sibiri və Şərqi Dəşti Qıpçağı, öz hakimiyyətinə tabe etmiş, Mərkəzi Saray şəhərini isə Batı xana etibar etmişdi. Batı xan da bu fürsətdən yararlanıb, Volqa çayı sahillərində Qızıl Orda Monqol xanlığını qura bilmişdi. Qızıl Orda əslində kiçik tayfa və xanlıqları özündə birləşdirən monoetnik bir dövlət idi. Lakin dövlətin əsasini idarə edənlər türk tayfaları olan qıpçaqlar, kanqlılar, naymanlar, keritlər, qonuratlılar və digərləri idi.

Bu gün də müasir qazaxlarin həyatında Qızıl ordalıların məişət və mədəniyyət detalları qorunub saxlanmaqdadır. Təəccüblü deyil ki, XIII əsrin sonları və XVI əsrin əvəlləri monqollarda artıq türkləşirdilər. Bu da Batı xanın bir zamanlar güclü Çingiz Ordusuna baş əyib, onunla ittifaqa girməsinin müsbət sonluğu idi. Bəhrəsini sonrakı türk xalqları və tayfaları gördülər. 7 dünya hökmüdarı Fateh Teymur 1391-ci ildə Qızıl Ordanı darmadağın edəndən sonra isə, monqollar və digər xalqların yaşadığı, nun nəzarətində olanbütün ərazilərdə türkləşmə sürətləndi. Fateh Teymurun hakimiyyəti o qədər güclənmişdi ki, ətrafında 27 dövləti birləşdirmişdi. Monqollarin səhradakı dövlətçilik ənənələri bu ərazilərdə yaşayan tayfaların həyatına köçəriliyi miras qoydu. Əslində köçəri həyatın faydaları Çingiz xanın “Yasa”sında (Qanun kitabı) öz əksini tapmışdı. Sonra bu qaydalar qazaxların “7 Qanun” (“Jetti jasa”) kitabında da öz əksini tapdı. Əsasını bu qanunlardan götürən və bu günə kimi qazax ellərində, ailə və nəsillərində yaşayan “Üç cüz” ənənəsi heç pozulmadı. Çingizlər sülaləsinin üç ulusu, qazax ellərində üç cüzə çevrildi. Ən əsası isə çingizilər türklərə qarışaraq baş cüz olan – birincini cüzü yaratdılar.

Teymurilərin hakimiyyəti və dövlətçiliyi dövründə isə Göy türklərin Göy Orda xanlığı, Noqay Orda xanlığı, Özbək xanlığı yarandı. Özbək xanlığının adı Qızıl Orda xanlarından biri olan Özbək xanın adı ilə bağlıdır. Əmir Teymurun hakimi olduğu ərazilərdə başladığı İslam dininin yayılması ənənəsini də, Qızıl Ordada Özbək xan uğurla davam etdirdi.

Qızıl səhralarda Qazax Xanlığı …

İllər ötdü qərinələr yaratdı, qərinələr əsrlərə çevrildi. Bu səhralarda, bu ellərdə, bu malikanələrdə müharibələr dayanmadı. Bir xan o birini bəyənmədi. Özbək ulusunun sultanı Abulhayır xana etiraz edən Canibəy və Kerey xan qardaşları sahibi olduqları aul və torpaqlarda olan 200 min adamı ilə birlikdə 1458-ci ildə zümrüd sulu Sırdərya sahillərindən Jetti sunun (Yeddi su) nun şərqinə köç edirlər. Monqolların hakimiyyəti zamanında bu yerlərin xanı olmuş Esen Buqi xanın torpaqlarında yerləşirlər. Canibəy və Kerey xan qardaşları ilə yeni ərazilərdə təşəkkül tapan azad insanllar özlərini “qazax” adlandırırlar. 1465-ci ildə isə Qazax xanlığını elan edirlər. 1468-ci ildə abul hayr xan dünyayadan köçdü. Yenə tayfa savaşları, Böyük səhraya sahib olmaq uğrunda müharibələr başladı. Şeybanilər və Noqaylar arasında davalar ara vermədi. Bu vuruşların birində Abul hayr xanın oğlu Şeyx Heydər öldürüldü, onun nəvələri Məhəmməd Şeybani və Mahmud Sultan Türküstana qaçaraq Teymurilərin sülaləsinin davamçısı olan Məhəmməd Məyzid Tərxana sığındılar. Seyx Heydərin tərəfdarı olan İbak xan da döyüşlərdə öldürüldü. Və tarixə yeni Qazax xanlığının səhifələri yazılmağa başladı. Müharibələrin birində İbak xan öldürüldü, onun əvəzinə taxta Kerey xan (Gəray) keçdi. Gəray xanın qardaşı Canıbəy xan isə Sarı Uçuk əyalətini və Yayuk (indiki Ural) ərazilərini idarə etməyə başladılar. Qazaxlar yenidən zümrüd sularının axartısında səhralara nəğmə səsini yayan Sırdərya çayı ətrafına qayıtdılar. Kerey və Canibəy xanın ölümündən sonra, hakimiyyət əvvəl Kerey xanın oğlu Burunduk (Murındık), sonra isə, Canibəyin oğlu Qasıma verildi. Abülhayr xanın nəvəsi Məhəmməd Şeybani isə fateh Teymurun yaratdığı Teymurilər sülaləsinin süqutundan sonra Məvarənnəhrin cənubuna gələrək, hakimiyyəti əlinə keçirib, Buxaranı 1500-cü ildə paytaxt və Buxara xanlığını elan etdi… Hakimiyyət tədricən Canibəy xanın övladlarına keçir. Tarixçilər qeyd edir ki, Canıbəy xan və sülaləsinin apardığı dövlət üsul-idarəsi nəticəsində Qazax xanlığı əzəmət və qüdrət sahibi olur. Canibəy xanın oğlu Qasım xanın hökmdarlığı dövründə (1511-1521) qazax xanlığının çiçəklənmə dövrü başlayır. Xanlıq o qədər möhkəmlənir ki, hətta çox asanlıqla Daşkəndi də öz hakimiyyətinə alır. Döyüşdə qazandığı uğurlar, ətrafda olan xanlıqlarda qısqanclıq yaratmaya bilməzdi. Bu uğurlar Noqay Ordasını narahat etməyə başlayır. Qasım xan noqayların paytaxtı Saraycıqı ələ keçirərək, Noqay Ordasıını Həştərxan xanlığına tərəf sıxışdırır. Qasım xanın apardığı islahatlar nəticəsində xanlıq böyüyərək, əhalisi 1 milyon nəfərə çatır. Qazax xanlığının möhkəmlənməsini seyr edən Rus dövlətinin çarı Vasiliy Temniy Qazax xanı Qasım xanla ittifaq bağlayır. Moskva ilə siyasi və iqtisadi əlaqələr genişlənməyə başlayır. Bununla da qazax xanlığının Şərqi Avropada yeni xanlıq üsul-idarəsi təşəkkül tapır. Dəşti Kıpçaq xanlığı günü-gündən möhkəmlənməyə başlayır.. Sarayında ən savadlı elm adamlarını, qaziləri, biyləri, bəyləri saxlayan Kasım xan XVI əsrdə hakimiyyəti dövründə yeni qanunlar toplusunu yazdırır. «Қасым ханның қасқа жолы» (“Qasım xanın işıqlı yolu”) adlı Ana yasa 5 əsas hissədən ibarət olur. Bu kitabda Mülkiyyət qanunu, Çinayət qanunu, Hərbi qanun, Səfirlik adəti, Yurdçuluq qanunu öz əksini tapır. Qasım xanın dövləti Dəşti Kıpçaq xanlığı kimi formalaşır. Tez bir zamanda xanın sülaləsinin və özününn şəkli həkk olunmuş gümüş pul sikkələri hazırlanır.

1523-cü ildə Qasım xan xan vəfat edir. Bir neçə il keçəndən sonra isə Qasım xanın nəvələri arasında hakimiyyət mübarizəsi güclənir və bu qarışıqlıq nəticəsində xanlıqda vərəndaş müharibəsi başlayır. Qanlı döyüşlərdə Qasım xanın oğlu Haq Nazar qalib çıxır. Lakin daxili çəkişmələr özbək və monqol hakimlərinə Dəşti Qıpcaq xanlığına qarşı birləşməyə rəvac verir. Xanlıq Sırdərya sahillərindəki ərazilərini yavaş-yavaş itirir. Haq Nazar xan dünyasını dəyişdikdən sonra, nəsil şəcərəsi qanunlarına uyğun olaraq onun oğlu Şiqay 1580-ci ildə taxta çıxaraq “Xan” titulunu alır. Taxta çıxanda Şiqay xanın 80 yaşı olur.

Səhra xanlarının Qanun toplusu

Qazax xanlığının tarixinin maraqlı səhifələrindən biri də 1565-1628-ci illərə təsadüf edir. Bu Qazax xanı Esim xanın hakimiyyətinin qızıl dövrü sayılır. Qasım xan və Haq Nəzər xandan sonra üçüncü xanlıq dövrünü idarə edən Esim xan Sığnaqdan paytaxtı Türkistana köçürür. Bu gedişlə də Daşkəndi ələ keçirən qaraqalpaqların üsyanının qarşısını alaraq, onları Sırdərya çayı sahillərindən qaçmağa məcbur edir. Çox dəqiq sərhəd və dövlət taktikası yeridən Esim xan Buxara ilə 1598-ci ildə sülh müqaviləsi bağlayaraq, Türkistandakı əyalətlər üzərində hakimiyyəti nəzarətə götürür. Bu siyasət Daşkənd xanı Tursun xanı özündən çıxarır, Buxara ilə Daşkənd arasındakı 15 illik sabitlik pozulur. 1627-ci ildə Esim xan Daşkəndi ələ keçirərək, Tursun xanın ordusunu darmadağın edir, Tursun xan isə özünün yaxınları tərəfindən öldürülür. Bununla da Daşkənd xanlığına son qoyulur. Esim xanın ölümündən sonra hakimiyyət onun oğlu Çanibəyə keçir. Lakin dövləti Esim xanın digər oğlu Cahangir sultan idarə edir. Esim xandan dövlətinə bir çox qanunlar yadigar qalır. Hakimiyyətdə olduğu 63 il ərzində daxili çəkişmələrin şahidi olan Esim xan yeni qanunlar yazır. Bu qanunların yazılması ilə isə, Qazax Dövlətinin siyasi sistemini dəyişməyə nail olur. Belə ki, o özündən əvvəlki xanların qanunlarını dəyişir. Qanunlar — «Есім ханның ескі жолы»(«Есим салган ески жол») “Esim xanın qədim yolu” adlı Ana Yasa kitabında yazılır. Əslində yeni yazılan qanunlar Qasım xanın yazdığı kitaba əlavələr idi. Bu qanun aktında xanın səlahiyyətləri, səhra biylərinin (hakimlər və qazilər) və batırların (döyüşçülər) hüquqları və vəzifə borcları öz əksini tapır. Qanunverici orqan hakimiyyət kimi isə Məsləhət (Maslixat) yaradılır. Məsləhətə qazax icmalarının nüfuzlu sultanları, ulusları seçilir. Məsləhət ildə bir dəfə yığılaraq, lazım gəldikdə qanunları təzələyirdi. Məslihətin verdiyi qanunlardan biri də Çingiz xanın qanun kitabından götürülmüş nəsil, şəcərə, cüz qanunu olur. Qazaxıstanda bu qanunlar əslində xalq içində bu gün də saxlanmaqdadır.Cüzlər üç qrupa bölünür: Yuxarı cüz: Sırdəryadan Yetti Suya qədər səpələnən uysun, kanqlı,n dulatlı, albanı, suanı, sırğalı, ıstı, oşaktı, cəlair tayfalarına aid edilir. Orta cüz: Mərkəzi və Şimali Şərqi Qazaxstanda yaşayan qıpçaq, arqın, yaki, nayman, konurat, kereyit və digər tafaları birləşdirir. Aşağı cüz: Sırdəryanın aşağı axarı ərazilərində Aral dənizi və Xəzər dənizi sahillərində məskunlaşan tayfalara şamil olunur. Bundan əlavə Qanun kitabında 12 tayfa və nəslin də adı həkk olunur. Qanunların hazırlanmasında isə Tole bek, Kazıbek və Ayteke bek yaxından iştirak edirlər. XVII əsrin 70-ci illərində qanunlar artıq dövlət daxilində və xaricində işləməyə başlayır. Və bu qanunlar həyatın bütün məqamlarında tətbiq olunur. Qanunlara görə yuxarı hakimiyyəti Xan idarə edir. Bu qanunlarda törətdiyi qanunsuz əməllərə görə cinayərkarların cəzalandırılması da xüsusi yer tutur. Cəzadan qurtulmaq istəyən müttəhim kun ödəməli idi. Kunun məbləği cinayət törədənin və zərərçəkənin yaşayış səviyyəsinə uyğun olararaq təyin edilirdi. Məsələn bir nəfər kişi öldürən şəxs 1000 qoyun, qadını öldürən isə 500 qoyun verərək, canını cəzadan qurtara bilərdi. Sultan və ya Xocaları öldürən 7 adama düşən pay qədər kun ödəməli idi. Məsləhətin ildə bir dəfə keçirilən Qurultaylarına silahsız gələn nümayəndə iclaslara buraxılmırdı. Qan qohumları ilə 7 arxa dönəndən evlənmək olmazdı. 13 yaşı olan şəxs artıq çinayət məsuliyyətinə cəlb oluna bilərdi. Eyni zamanda ailə nigahlarına da 13 yaşında girməyə icazə verilirdi. Bu qanunlar Qazaxıstanın XVI-XVII əsrlərdə bərqərar olan ərazilərində tətbiq olunurdu. Qazax xanlığında köçərilik geniş yayıldığından burada əsasən məişətdə işlədilən qab-qacaq sənətkarlığı, yurtu bəzəmək üçün (çadır nəzərdə tutulur) əl işləri sənətkarlığı – toxuçuluq, tikmə, boyama kimi sənət növləri inkişaf etmişdi. Eyni zamanda hərbi silahlar hazırlamaq da sənətkarlıq məktəbinə aid idi. Əsasən köçəri maldarlıq təsərrüfatı ilə məşğul olan qazaxlar geyimlərini dəvə və qoyun yunundan hazırlayırdılar. Qazaxlar uşağın doğulmasını, toy adətlərini, xanın seçilməsi mərasimlərini, düşmən üzərində qələbəni, dini və urfani mərasimlərini xüsusi olaraq qeyd edirdilər. Bu günə kimi də gəlib çıxan qədim adətlər qazax xalqı içərisində qorunub saxlanmaqdadır. Mətbəx mədəniyyətlərində isə əsasən ət və süddən istifadə edirdilər. Süddən ayran, qaymaq, qurut, koja, sarımay, kımız və şubat hazırlayardılar. Yeməkləri dəstərxana adətən dəridən hazırlanmış qablarda gətirər və saxlayardılar.. Ailə qurulması məqamında qız evi oğlan evindən mütləq kalım alar, nigahlar valideynlərin razılığı ilə kəsilərdi, bir qayda olaraq, 7 arxadönən qohumla evlənmək cinayət və günah sayılardı. Səhra qanunlarına görə hər bir adam 7 babasını (“Jetti Ata”) 7 arxa dönəndən tanımalı idi. Təqdir olunası məqam odur ki, qazax xanlığından qalan bu dəyərli ailə qanunları, tabu kimi bu gün də qorunub saxlanmaqdadır. XVI-XVII əsrlərdə qazax xanlıqlarında İslam dini dövlət səviyyəsində Türküstan, Xarəzm, Buxaranın mərkəzlərində yayılsa da, insanlarda Göy Tanrıya inanc daha güclü idi. Qazaxlar Yer ananı Torpağın ruhu, Su ananı isə suyun ruhu sayırdılar. Müqəddəs bildikləri pirlərin, qəbirlərin üzərində qurbanlar kəsərdilər. Oda-ocağa inanc onalrın məişətində və əxlaqında xüsusi yer tuturdu. Bununla belə qazaxlar həm də şaman inancına söykənir, hətta əcdadlarının inanclarına hörmət əlaməti olaraq, heyvanlara da təzim edirdilər.

İndi Türküstan adlanan Yassa əyaləti XV –XVIII əsrlərdə ruhani mərkəz sayılırdı. İslam zadəganlığı bu yerlərdə geniş vüsət almışdı. Lakin aşağı təbəqə hələ də qədim inanclarla yaşayırdılar. Sırdərya ətrafında yerləşən şəhərlərdə müsəlman ruhaniliyi böyük rol oynayırdı. Od ana (ocağa, oda) deyirdilər bu ocağın qoruyucusu idi. Onların inanclarına görə inəkləri qoruuyan ruh- Zəngi, keçi və qoyunları qoruyan ruh- Şopan, atın qoruyucusu – Qəmbər, dəvəni hifz edən isə Oysıl idi. Gecə göylərdə görünən Böyük ayı bürcünə Jeti Karakşı (Yurdu qoruyan), Marsı isə Qızıl ulduz “Kızıl juldız” adlandırırdılar. Yaman ruhları, gözü nəzəri, nəfsi Odla qovurdular.

Qazax xanlarının rus imperatoru Anna İoannovnaya elçiliyi

Qazaxıstan dövlətinin maraqlı səhifələrindən biri də Rus İmperiyasının tərkibinə daxil olmasıdır. XVII əsrin 20-ci illəri Qazaxıstanın dövlətçilik tarixində ən ağrılı və ağır dövr hesab olunur. Qonşu xalqlarla bitib-tükənməyən müharibələr, əsasən də Şərqdən Cunqarların mütəmadı baş verən hücumları , dövlətin sosial-iqtisadi həyatına güclü zərbələr endirməkdəydi. Vəziyyətin mürəkkəbliyini nəzərə alan xanlar çıxış yolu axtarırdılar. Həmin dönəmdə Abulhair xanın cüzundən olan ağsaqqallardan ibarət bir qrup şəxsi danışıqlara başlmaq üçün Rus imperatorunun yanına elçi göndərərək, onlara himayədarlıq etməsini istədilər. Rus şahzadəsi, Romanovlar sülaləsinin davamçısı Anna İoannovna 1731-ci il 19 fevralda Aşağı cüzün Rusiyanın tərkibinə daxil olması barədə fərman imzaladı. Sultan Barak xan bu ittifaqa etiraz edərək müxalifətdə dayansa da, elə həmin il oktyabrın 10-da Qazaxıstan Rusiyanın təbbəliyini qəbul etdi. Bu fərmanla Rusiyanın iqtisadi imkanları genişləndi, Rusiya güclənməyə başladı. 18-ci əsrin 30-cu illərində isə Qazax xanlıqlarından əl çəkməyən Cunqarlar orta cüzün yaşadıqları əraziləri darmadağın etməyə başladılar. Orta cüz də, xilas yolunu Rusiya ilə birləşməkdə gördü və 1934-cü il iyunun 10-da o da rusun boyunduruğuna girdi. Bu Romanovlar sülaləsi üçün geniş fürsət idi. Qazaz cüzlərinin ağsaqqalları düşmən saydıqları cunqarların hücumlarından qurtara bilmədikləri üçün, qurtuluşu Rusiyaya birləşməkdə görürdülər. 1733-1734-cü ildə Yuxarı Cüzün xanı Jolbarıs xan da Peterburqa elçi göndərərək, Rus təbbəliyini qəbul etmək arzusunda olduğunu izhar etdi. Aradan bir əsr keçəndən sonra, 1837-ci ildə Qazax sultanı çingizilər nəslindən olan Abılay xanın nəvəsi Kenesarı Qasımov milli azadlıq hərəkatı yaradaraq, Rus İmperiyasına qarşı Azadlıq usyanına başladı. Onun rəhbərlik etdiyi üsyan demək olar ki, Qazaxıstanın bütün ərazisini əhatə etdi. 1838-40-cı illərdə isə Sultan Kenesarı tərəfdaşları ilə iki cəbhədə– cənubda Kokand xanlığı ilə , şimalda isə digər qazaxlarla vuruşurdu. Onun əsas məqsədi Xan titulunu yenidən qazanıb, ölkəsinə azadlıq gətirmək idi. Tale üzəünə gülürdü. Mübarizəsi haqq işi idi. Xalqını azadlığa çıxaracaqdı. 1841-ci ildə Kenesarı sultan uğurlu döyüş əməliyyatları keçirərək, Qazax xanlığını yenidən Ata yurdunda bərpa etdi. Onun əsas tərəfdaşları biylər,bəylər,hakimlər, qazilər və batırlar (yəni döyüşçülər) oldular. Kenesarı XVIII əsrdə sözün əsil mənasında Dövlət aparatı qurdu. Dövlətin başçısı Xan idi. Xanın yanında məhkəmə, diplomatik, hərbi məsələlər üzrə vəzifələr formalaşdı. Dövlətin xəzinəsini doldurmaq üçün vergi sistemi yaradıldı. Yuxarı Məhkəmə hakimiyyəti xana məxsus idi. Daimi Ordu yaradıldı. Qazax millətinin hüququ ümumidövlət maraqları ilə eyniləşdirildi. Ordusuna güvəndiyindən Kenesarı xan 1837-ci ildə Rus İmperiyasına qarşı başladığı mabarizəsini davam etdirdi . Rusların tabeliyində olan əraziləri rus hakimiyyətindən təmizlədi. 1844-cü ildə Yekatrina qəzasını da ələ keçirə bildi.

1847-ci ildə Kenesarı əraziləri rus təəbbəliyindən təmziləmək üçün qırqızların ərazilərinə hücum etdi. Bu döyüşdə qırğızlar, kokandlılar ruslarla Kenesarı xana qarşı birləşdilər. Döyüşlərin birində Kenesarı xanı əsir götürdülər və bundan sonra, onun həlak olma xəbəri yayıldı.

XIX əsr. Mavi bayraq. Azad və Müstəqil Qazaxıstan

SSRİ tərkibində olan 15 respublika kimi, Qazaxıstan da 70 il Rus İmperiyasının boyunduruğu altında yaşadı. 1986-ci ilin 16-17 dekabrında qazaxların milli ruhu, milli iradəsi yenidən azadlıq istədi. Almata şəhərində Sovet quruluşuna etiraz aksiyasına çıxanlara meydanlarda divan tutuldu. Ara bir az sakitləşəndən sonra, Qazaxıstan Mərkəzi Komitəsinin I katibi dəyişdirilərək, yerinə Nursultan Nazarbayev təyin olundu. 1990-cı il aprelin 20-də Nursultan Nazarbayev Qazaxıstan SSR-nın ilk prezidenti seçildi, 1991-ci ildə dekabrın 1-də isə ölkədə referendum keçirərək, Qazaxıstanın Konstitusiyasında dəyişiklik etdi. 16 dekabrda isə ölkəsinin Müstəqilliyi haqqında fərman imzaladı. Müstəqil Qazaxıstanı ilk olaraq, müstəqilliyini elan edəndən 2 dəqiqə sonra Türkiyə Cümhuriyyəti tanıdı. Müstəqil Qazaxıstan Dövlətinin başçısı olandan isə çox ilkə imza atdı. Semipalatinskdəki nüvə poliqonunu dayandırmaqla tarixə adını sülh carçısı kimi yazdı. TÜRKSOY təşkilatı, Avrasiya Birliyi, “YEDDİ MƏMLƏKƏT- BİR HƏRƏKƏT” prinsipi kimi qlobal ideyaları… artıq təşəkkül tapmaq üzrədir. Qazax xanlarının uzaqgörənlik əənənəsinə sadiq qalaraq , paytaxt Almatını Akmola vilayətinə gətirib, orada qışında yalquzaqlar ulayan, yayında istisi ilanları mələdən səhrada yeni bir mərkəzi şəhər- Astananı qurması oldu. 1998-ci ildə mərhum Heydər Əliyev də bu şəhərin təməl daşının qoyulmasında iştirak etmişdi. Demişdi ki, “Türk dünyasının bu Astanası uğurlu olsun! Qapınızın astanasından gözəl xəbərlər yayılsın”. Türk dünyasının sevdiyi göy-mavi rəngli bayrağa sahib olan Qazaxıstanın prezidenti dünyada siyasi lider qalacaq bir şəxsiyyət olmaqla, həm də gözəl musiqiçidir, gözəl şerlər yazır. Şah əsəri sayılan Astana şəhərinə “Mənim şəhərim” şerini də o yazıb. Bütün türk fatehləri və sərkərdələri kimi, ona xəyaənt edəni bağışlamayan bir insandır. Bir akademikin oğluna çox imkanlar vermişdi. Hətta sirrini, sözünü bölüşdüyü, siyasi nüanslarda etibar etdiyi ən sevimli qızı Dariqa Nazarbayevanı da ona əmanət etmişdi. Rahat Əliyevə. Xəyanət etdi. Bir padşaha kürəkən ola bilmədi. Vergisi haqdan, padşahlığı Tanrıdan verilən Nurekenin qədir-qiymətini bilmədi. Sonu məlum. Xəyanətkarı bağışlamazlar. Onu cəzalandırmamağın özü günahdır! Sağlığında Türkiyədə heykəli ucalan Nursultan Nazarbayev! Tanrı Sizi hələ çox yaşatsın! Türk dünyasının birləşməsini görməyi Sizinlə birgə hamımıza nəsib etsin! Qazaxlar deyən kimi: BİRGƏ BOLSUN!!!

Aida Eyvazova

Azərbaycan jurnalistlər Birliyinin üzvü

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Dekabr 2015
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031